17.4.11

İctimai Palatanın 17 aprel mitinqi

Yazının mənbəsi bu linkdə https://www.azadliq.info/4561.html  
Yüzdən artıq aksiyaçı polis bölmələrinə aparıldı; Polis hətta 5 yaşlı uşağı da həbs etdi

Aprelin 17-nə Ictimai Palata şəhərin mərkəzində növbəti aksiyasını keçirdi. Bakı Şəhər Icra Hakimiyyəti mitinqə icazə verməsə də, aksiya baş tutdu. Müxalifətin aksiyasını dağıtmaq üçün Bakının bütün polis və təhlükəsizlik qüvvələri şəhərin mərkəzinə cəlb olunmuşdu. Çevik Polis Alayı səhər saatlarından avtobuslarda hazır vəziyyətdə gözləyirdilər.

Yollar bağlandı

Səhər saatlarından başlayaraq, bütün metrostansiyalarda, şəhərin mərkəzi küçə və meydanlarında polis hazır vəziyyətə gətirilmişdi. Mərkəzi küçələrin əksəriyyətində təmir bəhanəsilə yollar bağlı idi.
Polislər vətəndaşların hərəkətinə nəzərat edirdi. Metronun “28 May”, “Sahil”, “Içərişəhər” stansiyalarının çıxışlarında insanların dayanmasına imkan verilmirdi. Sahil bağı isə polis tərəfindən dövrəyə alınmışdı. Bağa giriş-çıxış da qadağan olunmuşdu. Saat 16.00-da parkda istirahət edənlər də uzaqlaşdırıldı.
Heydər Əliyev Parkına da giriş-çıxış qadağan olunmuşdu. Polis jurnalistlərdən başqa heç kimi parkın ərazisinə buraxmırdı.
Həbs edilənlərin ilkin siyahısı
İctimai Palatanın 17 aprel mitinqi zamanı polsi tərəfindən saxlanılanların ilkin siyahısı. Bu siyahı tam dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanıb.

AXCP

1.Gözəl Bayramlı – sədr müavini
2.Asəf Quliyev – sədr müavini
3.İradə Əliyeva – Ali Məclis sədrinin müavini
4.Şakir Abbasov – sədrin müşaviri
5.Elbəyi Əliyev
6.Füzuli Əliyev
7.Xəyal Rüstəmov
8.Adil Hüseynov- Ali Məclis üzvü
9.Arzuman Məcidli – NTK üzvü
10.Azər Türkoğlu
11.Hüseynqulu Məmmədov
12.Şəkər İsgəndərli- Ali Məclis üzvü
13.Səadət Qabilqızı- Rəyasət Heyətinin üzvü
14.Ramiz Əhədov-sədr aparatı
15.Akif Babayev – Binəqədi şöbəsinin sədri
16.Südabə Səlimova
17.Kəmalə Xəlilova
18.Afina Əliyeva
19.Ağalar Qurbanlı
20.Allahverdi Hüseynov – şöbə sədri
21.İsmayıl Əliyev
22.Fuad Əliyev
23.Sətdar Şahlarov – şöbə sədri
24.İlham Hüseyn
25.Sahib Rüstəmli
26.Dəyanət Babyev
27.İltifat Mehtiyev – NTK üzvü
28.Elxan Məstəliyev
29.Cümşüd Abdullayev
30.Rüfət Abdullayev
31.İlham (soyadını dəqiqləşdirmək mümkün olmayıb)
32.Maqsud Babayev
33.Rüfət Nəsibov
34.Orxan Rüstəmzadə
35.Vaqif Xalıqov – Suraxanı şöbə sədri
36.Maarif Ağammədov – Yasamal şöbə sədri
37.Şövqi Məmmədov
38.Elturan Rüstəmli
39.Renat Nəcəfov
40.Elçin Hacıyev
41.Kərim Şükürov
Müsavat

1.Həqiqət Əlizadə
2.Hüseyn Məlik
3.Füzuli Cərullayev
4.Rasim Abbasov
5.Faiq Qasımov
6.Əliş Əziz
7.Əhliman Hüseynli
8.Sənani Məmmədli
9.Sabit Hacılı
10.İzzət Məmmədov
11.Zahir Feyzullayev
12.Əlihüseyn Ağayev
13.Elşad Budaqov
14.Rauf Məmmədov
15.Fəxrəddin Abbas
16.Nurlan Qasımov
17.Afət Hüseynov
18.Vidadi Feyzi
19.Aqil Həsənov
20.Ayaq İmranoğlu
21.Cahid İmanov
22.Niyaz Nəsirov
23.Eynulla Əzizov
24.Bəxtiyar Tağıyev
25.Şahin bəy (soyadını dəqiqləşdirmək olmayıb)
26.Rüfət Hacıbəyli
27.Nazim Əliyev
28.Əliqəmə Xəlilov
29.Adil Qeybulla
30.Yaşar Türkazər
31. Əli Qarayev
Başqaları

1.Fikrət Cəfərov-KXCP
2.Elman Türkoğlu-KXCP
3.Tağıyev Fədai – KXCP
4.Cavid Möcətli – bitərəf
5.Hacıbala Abdullayev – bitərəf
7.Fuad Talıbov – bitərəf
8.Hüseyn Heydərov – bitərəf
9..Ağanəcəf Cəbrayılzadə – bitərəf
10.Pənah Hüseyn – İcitmai Palatanın Koordinasiya Şurasının üzvü
11.Rahib Ümman – şair, bitərəf
12.Etibar Salmanlı – “Nida” Vətəndaş Hərəkatının üzvü
13.Rüfət Əliyev – bitərəf
14.Niyaməddin Musayev – bitərəf
15.Toğrul – gənc fəal
16.Fuad Hacıyev – “Nida” Vətəndaş Hərəkatının üzvü
17.Vasif Sadıqov – bitərəf
18.Nəriman Nəzərov – xəstə yanına gedən
19.Kərim Şükürov – xəstə yanına gedən
20. Qiyas Sadıqov – AXP
21.Samir Abbasov- gənc fəal, bloqçu
22.Ağasif Şakiroğlu – Hədəf gənclər təşkilatı
23.Kamal Hüseynov – ADP
24.Orxan Hüseynov – ADP
25.Osman Əhmədov – ADP
İsveçdən olan jurnalistlər

Roder Strit
Şarlotta Uijkstrom

Jurnalistlər zorakılığa məruz qalır
Mülki geyimli şəxslər də yenə iş başındaydılar. Onların budəfəki əsas fəaliyyəti jurnalistlərin fəaliyyətini  məhdudlaşdırmaq idi. Onlar reportyorların əlindən fotoaparatları almağa, media nümayəndələrini zorakılıqla aksiya yerindən uzaqlaşdırmağa çalışırdılar. Mülki geyimlilərin bu hərəkətləri hətta bəzən polislər tərəfindən də qınanırdı.
R.Behbudov adına Mahnı Teatrının qarşısında insident yaşandı. Polislər aksiyaçılardan birini saxlayanda jurnalistlər bunu çəkmək istəyirdilər. Polislər buna imkan vermədilər. Media nümayəndələri peşə fəaliyyətlərinə mane olan polislərə etiraz etdilər. Bu zaman jurnalistlər polisin təzyiqilə üzləşdilər. “Azadlıq” radiosunun əməkdaşları Ilqar Rəsul, Maarif Çingizoğlu, qəzetimizin əməkdaşı Vidadi Məmmədov və digər reportyorlar polisin kobudluğuna məruz qaldılar.
İsveçli jurnalistlər tutuldular

Aksiyanı işıqlandırmaq üçün aprelin 16-da Bakıya gələn 3 isveçli jurnalist – May Rohvedder Strit, Çarli Laprevot və Şarlotta Vickstrom da polis tərəfindən saxlanıldı. Əldə etdiyimiz məlumata görə, onlar əvvəlcə Səbail rayonu, 39-cu polis bölməsinə, daha sonra arxa qapıdan çıxarılaraq Miqrasiya Idarəsinə aparılıblar. Idarədə onlara deportasiya olunacaqları deyilib.
M.R.Strit “Azadlıq” radiosuna bildirib ki, onlar heç bir çəkiliş aparmayıblar, sadəcə baş verənləri müşahidə ediblər. Jurnalist deyir ki, onlar Azərbaycanın Isveçdəki səfirliyinə viza üçün müraciət edərkən jurnalist olduqlarını gizlətməyiblər. Viza alarkən də onlara deyilib ki, hər hansı problem yaranacağı halda, səfirliklə əlaqə saxlasınlar. Onların sənədləri Azərbaycan Xarici Işlər Nazirliyinə göndəriləcək.
AXCP rəhbərliyinə qarşı total hücum
Aksiyanın başlanmasına 15 dəqiqə qalmış “Sahil” bağı istiqamətində irəliləməyə hazırlaşan 100-ə yaxın AXCP fəalı həbs olundu. Saxlanılanlar arasında AXCP sədrinin müavinləriÿGözəl Bayramlı,ÿAsəf Quliyev,ÿsədrin müşaviriÿŞakir Abbasov, AXCP Qadınlar Şurasının sədriÿSolmaz Hüseynova,ÿAXCP funksionerləriÿRamiz Əhədov, Səadət Qabilqızıÿda var idi. Asəf Quliyevin tutulmasını şəxsən “məşhur” Süleyman Nemətov (Nəsimi Rayon Polis Idarəsinin rəis müavini) həyata keçirib.
“İlham, istefa!..”

Saat 16.10 radələrində Opera və Balet Teatrının arxa tərəfindəki küçədə bir neçə gənc “Istefa!” şüarı qışqıraraq, havaya vərəqələr səpdilər. Gənclərin hamısı polis tərəfindən uzun qaçdı-tutdudan sonra saxlanıldı. “Rədd olsun tiranlıq, yaşasın Azadlıq!”, “Kral-klan rejiminə son!”, “Ilham, istefa!”ÿyazılmış vərəqələr bir neçə dəqiqə ərzində yoldan yığışdırıldı.

Polis 5 yaşlı qız uşağını da tutdu

Axundov kitabxanasının yanından keçən bir qadın 5 yaşlı qızından zarafatla “Istefa!”, “Azadlıq!” şüarları səsləndirməsini istədi. Anasının əlindən tutmuş qızcığaz “Istefa!”, “Azadlıq!” deməyə başladı. Bu vaxt polislər ananı da, uşağı da zorla polis maşınına mindirirək uzaqlaşdırdılar.

Müstəqil gənclər mitinqdə

Mitinq “Sahil” bağına təyin olunsa da, əsas qaynar nöqtələrdən biri “Nizami” kinoteatrının qarşısı idi. Burada polis aksiyanı müşahidə etmək istəyən vətəndaşları da uzaqlaşdırmaq istəyirdi. Insanlar “polisə müqavimət” adıyla həbs olunurdular. “Azad gənclik” təşkilatı və “Nida” vətəndaş hərəkatının üzvləri, eyni zamanda, müstəqil gənclər Bülbül prospetkində şüar səsləndirmədən, əl çala-çala irəliləməyə başladılar. Mülki geyimli şəxslər gənclərin üzərinə şığıdlar. Onlardan bir neçəsi – Etibar Salmanlı, Fuad Hacıyev və digərləri saxlanıldı.

İctimai Palatanın rəhbərliyi də həbsə göndərildi

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn “Sahil” bağında həbs olundu. Xatırladaq ki, Koordinasiya Şurasının daha bir üzvü Köçəri Nağıbəyli bir gün əvvəl evindən aparılaraq, 7 sutkalıq həbslə cəzalandırılıb.
Cəbhəçilər “Torqovı”nı istefa şüarlarına bürüdü

Saat 16.45 radələrində 30-dan çox cəbhəçi gənc Fəvvarələr meydanında əllərində plakatlarla “Istefa!”, “Azadlıq istəyirik!”, “Azad seçki!” şüarları qışqıraraq, Nizami küçəsinə doğru irəliləməyə başladılar. Aksiyadan xəbər tutan polis gəncləri təqib etsə də, yalnız bir nəfəri – Xəyal Rüstəmovu saxlaya bildilər.
Ictimai Palatanın aksiyası başa çatdıqdan sonra partiya üzvü olmayan gənclər Fəvvarələr meydanında oturaq aksiya keçirdilər. Onlara polis müdaxiləsi olmadı.
Yüzlərlə aksiyaçı saxlanıldı

Saxlanılanların əksəriyyəti Nəsimi Rayon Polis Idarəsinə aparıldı. Bakı şəhər Baş Polis Idarəsi və prokurorluğun yaydığı birgə bəyanatda 65 nəfərin saxlanıldığı deyilir.
Ictimai Palata isə 100-dən çox aksiya iştirakçısının saxlanıldığını bildirir. Onlardan 41-i AXCP, 31-i Müsavat, 30-dan çoxu digər partiyalardan və partiya üzvü olmayanlardan ibarətdir.
Etiraz aksiyasında həbs olunanlar Səbail, Nəsimi və Yasamal rayon polis idarələrində saxlanılır.
Saxlanılanlardan bəziləri gecə saatlarında Qobustan qəsəbəsinə aparılaraq çöllükdə sərbəst buraxılıb.
Yaşar Əliyev vəkilləri qovdu

Axşam saatlarında Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev vəkil Yalçın Imanovla birlikdə Nəsimi Rayon Polis Idarəsinə gedib. Vəkil Yalçın Imanov orderi polislərə təqdim edərək müdafiə etdiyi şəxslərlə görüşmək istədiyini bildirib. Lakin vəkili polis idarəsinə buraxmayıblar. Polislər vəkilə bildiriblər ki, idarədə aksiyada saxlanılanlardan heç kim yoxdur. Polis idarənin qarşısına toplaşmış insanlara və vəkillərə bildirib ki, BŞBPI-nin rəis müavini Yaşar Əliyev idarədədir və hər kəsdən idarənin qarşısını tərk etməyi tələb edir. Bir qədər sonra Yaşar Əliyev idarədən çıxıb. Idarənin qarşısına toplaşanlarla, o cümlədən vəkillərlə kobud davranan “qorotdel” şefinin müavini onları idarənin qarşısında uzaqlaşdırmağa cəhd göstərib.

“Azadlıq”ın reportyor qrupu