31.12.17

100 faiz gülüş qarantiyadır

Hamınızın qanı qaradır bilirəm, ona görə bir lətifə danışım, kefiniz düzəlsin.Deməli, bir gün Rəşid Behbudovu orkestrinin bir əməkdaşı qonaq çağırır. Heyətin hamısı qonaqlığa gedir. Hələ yeyib-içmək başlamazdan Rəşid müəllim stolun üstündəki kotletin birin dadır, çox bəyənir. Yanındakına deyir, ədə tez bunları yığ gizlət.Adam soruşur ki, niyə ay Rəşid müəllim?
Rəhmətlik də deyir ki, ədə bundan yaxşı burda yemək yoxdur.
Adam da elə edir. Bir azdan ev yiyəsi gəlir, stolun üstünə baxıb soruşur ki, baaa kotletlər necə oldu?Rəşid müəllim deyir: Pişik apardı.
***
Necədi? Gülməli deyil? Valla dünən mən buna "Azadlıq" radiosunda qulaq asdım. Mən də siftə gülə bilmədim. Sonra yadıma düşdü ki, təqdimatda dedilər, sizə Rəşid müəllimin duzlu məzəli əməllərindən söz açacıq. Güldüm. Siz də baxın da. Məncə, elə də pis deyil. "Pişik apardı".