16.11.17

Siyavuş Novruzovun incə bir yalanı barədə

Rəngli televizorun bir dənə mənfi cəhətin deyim.
Baxıram, Siyavuş Novruzov deyir: Özlərinə demokrat sayan cəbhə-müsavat hakimiyyəti "ulu öndər" Naxçıvanda olarkən onunla görüşə gedən adamlara göz verib, işıq vermirdilər, onları aeroportda tutub geri qaytarırdılar.
***
Əksinə, o zamankı hakimiyyətin bağışlanmaz səhvlərindən biri o sayılmalıdır ki, H.Əliyevin dövləti içindən sökməyə yönələn fəaliyyətin vaxtında zərərsizləşdirə bilmədi. Faktlar varkı, hətta postun (döyüş bölgəsindən) qanunsuz olaraq atıb onunla görüşə gedənlər olub. Bu gün az qala yapşıların hamısının bir xatirəsi var ki, bəs Heydər Əliyev Naxçıvanda lampa işığında yaşayanda onun ziyarətinə getmişəm. Bəs bu adamlar ora necə gedirdi, ay Siyavu müəllim? Yoxsa, İvan Vasiliyevin sizin o tərəfdarlarınızı gözəgörünməz eləyib görüşə yollamışdı?
***
Naxçıvana Əliyev tərəfdarlarının gedişinə hər hansı maneənin olmamasına bariz sübut onun qurduğu partiyanın təsis qurultayının Naxçıvanda keçirilməsidir. Qurultay nümayəndələrinin hamısın Şərurdan yığmamışdılar ki, Bakıdan da gedənlər vardı da bə.
Bu qədər yalanı adam necə bunca rahat deyə bilər? Hə, sözün başqa idi axı. Bax, televizorum rəngli olmasaydı, ağ-qara olsaydı, düşünərdim ki, Siyavuş müəllim bu yalanları uyduranda utanıb, yanağı qızarıb. Amma, qırmızdan əsar əlamət yox idi. Müəllim, təndir kötüyü kimi qapqara idi, axıra qədər də elə qaldı.