26.11.17

İlham Əliyevə baş əyən Avropa dövləti

"Avropada islamofobiya hökm sürür, orda müsəlman qaçqınlarla insan kimi davranılmır, onları tikanlı məftillərin arasına salırlar".
Bunlar İlham Əliyevin vaxtaşırı Avropa əleyihə elədiyi qeybətlərdə tez-tez səslənən fikirlərdir. Səhvdimi? Tamam yox, həqiqət var, lakin, biz dəqiqləşdirməliyik: Avropa böyükdür, orda çoxlu dövlət var, hansı dövlət belə edir, hamısımı? Xeyr, lakin belə dövlətlər təəssüf ki var və onlar Avropanın özündə belə üz qarası sayılır. Hansı dövlətdi bəs o? Deyim, məsələn, Macarıstan!
Macarıstan uzun müddətdir ki, demokratik dünyanın, sivil təşkilat və insanların tənqid hədəfindədir. Hər kəs ölkədə faşizimin baş qaldırmasından narahatlıq ifadə edir. Bunlara baxmayaraq isə macar hakimiyyəti etnik, dini və cinsi azlıqlara qarşı zorakılığın, əcizi siyasətində zərrə qədər də yumşaltma etmir.O Macarıstandır ki, onun rəhbəri-Viktor Orban İlham Əliyevlə qardaş kimidir. Aşağıdakı videoya baxın, Orban İlham Əliyevin qarşısında rejissor Vaqif Mustafazadənin Heydər Əliyevin məzarı önündə əyildiyindən betər əyilir. (Aşağıdakı videoya bax)

Bu kiçik qeydim və izləyəcəyiniz video göstərir ki, İlham Əliyevin özünü islam təəssübkeşi kimi aparıb Avropanı tənqid etməsi qətiyyən və qətiyyən səmimiyyətdən irəli gəlmir. Sadəcə, avropalı dostları ona Avropanı gözdən salmaq üçün yaxşıca əsas verir. Əliyev doğrudan da müsəlman mühacirlərin təəssübün çəkən rəhbər olsaydı, birincisi öz müsəlman xalqına ölkəsində gün verərdi, ikincisi, heç olmaya ən zəif Avropa ölkəsi qədər müharibə gedən ölkələrdən qaçqın qəbul edərdi, ən nəhayət ümumi sözlərlə yox, konkret fakt göstərib müsəlmanlara aqressiya göstərən dövlət və onun rəhbərin tənqid edərdi. Daha yoxsa, bu videodakı kimi o cür axmaq siyasət yürüdnlərlə qəlbbir qardaşlıq etməzdi.Əliyevdən fərqli olaraq, Avropanın əsas dövlət və siyasətçiləri Macarıstanı ciddi tənqid edir, vaxtaşırı onu "adam olmağa" dəvət edirlər. Bu barədə sanballı bir reportajı BURANI BAS İZLƏ

22.11.17

Ramiz Mehdiyev nə cürə filosofdur?

Mən elə bilirdim dövrümüzün ən məşhur filosofu Ramiz Mehdiyev materialistdir. Ancaq indi onun "Fəlsəfə" kitabın oxuyanda görəm ki, müəllim təpədən dırnağa idealist mövqedədir.
Lakin, bilmək olmaz. Ola bilər Ramiz müəllim materialistdir, amma onun yerinə kitab yazanlar idealist. Sadəcə, deyəsən, məndən başqa onun çıxış və yaradıcılığın izləyən yoxdu deyə, bu ziddiyətlər gündəmə gəlmir 

Qurd yağının sehrili qüvvəsi

http://publika.az/news/sosial/175570.html

16.11.17

Şirindilli gopçu yapçı

Birinci bu videoya bax
Dövlət televizyasına çıxan dırnaqarası deputat ən məşhur gülüş ustaların, komediya yazanları bir çıxışı ilə mat qoydu. Vudi Allen bu dəqiqələrdə Azərbaycan hakimiyyətinə milyonlar təklif edib ki dırnaqarası deputat Elmanı ona versinlər.
Vudi deyib ki, bundan sonra nəsə çəkməyə, yazmağa ehtiyac yoxdur, Elmanı çəkib göstərəcəm, bəsdir.
Hazırda tərəflər arasında danışıqlar gedir.

Siyavuş Novruzovun incə bir yalanı barədə

Rəngli televizorun bir dənə mənfi cəhətin deyim.
Baxıram, Siyavuş Novruzov deyir: Özlərinə demokrat sayan cəbhə-müsavat hakimiyyəti "ulu öndər" Naxçıvanda olarkən onunla görüşə gedən adamlara göz verib, işıq vermirdilər, onları aeroportda tutub geri qaytarırdılar.
***
Əksinə, o zamankı hakimiyyətin bağışlanmaz səhvlərindən biri o sayılmalıdır ki, H.Əliyevin dövləti içindən sökməyə yönələn fəaliyyətin vaxtında zərərsizləşdirə bilmədi. Faktlar varkı, hətta postun (döyüş bölgəsindən) qanunsuz olaraq atıb onunla görüşə gedənlər olub. Bu gün az qala yapşıların hamısının bir xatirəsi var ki, bəs Heydər Əliyev Naxçıvanda lampa işığında yaşayanda onun ziyarətinə getmişəm. Bəs bu adamlar ora necə gedirdi, ay Siyavu müəllim? Yoxsa, İvan Vasiliyevin sizin o tərəfdarlarınızı gözəgörünməz eləyib görüşə yollamışdı?
***
Naxçıvana Əliyev tərəfdarlarının gedişinə hər hansı maneənin olmamasına bariz sübut onun qurduğu partiyanın təsis qurultayının Naxçıvanda keçirilməsidir. Qurultay nümayəndələrinin hamısın Şərurdan yığmamışdılar ki, Bakıdan da gedənlər vardı da bə.
Bu qədər yalanı adam necə bunca rahat deyə bilər? Hə, sözün başqa idi axı. Bax, televizorum rəngli olmasaydı, ağ-qara olsaydı, düşünərdim ki, Siyavuş müəllim bu yalanları uyduranda utanıb, yanağı qızarıb. Amma, qırmızdan əsar əlamət yox idi. Müəllim, təndir kötüyü kimi qapqara idi, axıra qədər də elə qaldı.

1.11.17

Bizə kimin gözü dəyir?

Yenə təkrar edirəm, bizim başımıza gələn müsibətlərin çoxunun kökündə bəxtsizliyimiz durur. Daha doğrusu, rəhbərimizin, əlahəzrət İlham müəllimim talesizliyi.
Yadınızda qalıbsa, Əliyev Bayıl türməsinin ətrafında nə qədər adamı gözü yaşlı qoyub ev-eşiyin zorla uçurtdurdu ki, orda dünyanın ən uca bayrağın tiksin. Tikdirdi də. Külli miqdarda pul getdi. Amma bayrağın açılışı oldu, axşaç külək vurdu onu cırıq-cırıq elədi. Bayraqla bağlı videonu aşağı qoymuşam, baxın. 
Bu hələ bir yada, bir-iki aydan sonra dünyanın ən uca bayrağın MDB-nın ən kasıb dövləti Tacikstan ucaltmaqla bizim rekordu təzələdi. Bu elə bir dərd idi ki, nə çiyindən atmaq olurdu, nə daşımaq.
İndi başımıza gələnə baxanda, bayraq şükürlükdür.
10 ildir tonlarla pul töküb Bakı-Tblisi-Qars dəmiryolun çəkirdik.
30 oktyabrda onun təntənəli açılışın nəhayət ki etdik. İllərdir bu xətti öyməkdən hökumətimizin dili qabar bağlayıb, iki gündür, bəzi "vətənpərvərlərimiz" də cuşa gəlib. Heç bir mübaliğə etmədən deyirlər ki, bəs bu xəttlə biz şərqi Avropaya caladıq, bu xəttin analoqu yoxdur və s belə söhbətlər.
Lakin, reallıq çox qəddardır. Siz heç bilrisiniz ki, bziimlə bir gündə Çin hansı nəhəng dəmiryolu xəttinin açılışın edib?
Bilin. Eyni gündə Çindən Fransaya qatar yola çıxıb! (Hadisə ilə bağlı "euronews"un VIDEO reportajın buranı vur İZLƏ) 17 günə Fransaya çatacaq. Belə-belə işlər!
BTQ dəmiryolu xətti lazımsızdımı? Xeyr! Laızmlıdır. Hətta bu xətti açılışına ən çox sevinənlərdənəm, Lakin, incə nüans, bu analoqsuz bir iş deyil. Bu dünyanın gözün tökmək üçün qürrələnəcək bu şey heç deyil. Dünya indi kosmosa bir neçə dəfə uçub geri dönən nəqliyat növü icad edib, onun həyəcanın yaşadığı dövrdədir, belə zamanda dəmiryolu istifadəyə verməklə öyünmək onun təsdiqidir ki, sən təfəkkürcə ən azı yüz il dalda qalmısan.
Azərbaycanın BTQ xəttini hansı dəbdəbə ilə açılışın etdiyini də gördünüz. Prezidentlər, baş nazirlər, birinci ledilər, qırğın qiyamət. BTQ xəttindən azı 12 dəfə uzun olan Çin-Fransa xəttinin istifadəyə verilməsində isə deyəsən, heç "jek" müdirləri də qatılmayıb. Haa axtardım fotoların tapa bilmədim. Xülasə, dərdimiz ağırdır.