5.8.17

Tilsimdən özünüzü azad edin

90-cı illərin əvvəlində, Heydər Əliyev hakimiyyətə gələndə onun reytinqi kəllə-çarxda idi. Reytinqin belə olması, o demək idi ki, xalqın bu şəxsə etimadı və dəstəyi yüksəkdir.
Buna rəğmən Heydər Əliyev nə xalqımızın ən yaralı problemi olan Qarabağ məsələsində bir təsirli iş görə bildi, nə də ölkəni taqətdən salan rüşvətxorluq, yaltaqlıq kimi neqativ halları aradan qaldırdı. Əksinə...
***
3-4 il əvvələ qədər Azərbaycana neftdən gələn pullar kəllə-çaxrda idi. Tarixi boyunca ölkəmizə heç vaxt bu qədər kapital axmamışdı.
Buna rəğmən İlham Əliyev nə xalqımızın ən yaralı problemi olan Qarabağ məsələsində bir təsirli iş görə bildi, nə də külli miqdarda pul olmasına baxmayaraq azərbaycanlıların elementar rifah problemin həll etdi.
Əksinə...
***
İndi göstərdiyim bu iki faktdan sonra kimsə hələ də Əliyevlərin ölkə və xalqımız üçün faydalı olacağını düşünürsə, o adamlara "qəflət yuxunuz şirin olsun" deməkdən başqa əlac qalmır.
Bu adamlar ən güclü vaxtlarında sadalanan məsələlərin öhdəsindən gələ bilməyib. İndi yarımcan olduqları vəziyyətdə bizim üçün nə edə bilərlər?
O başqa sualdı ki, ümumiyyətlə bu işləri görmək üçün onlarda arzu, istək var, ya yox?