5.8.17

Gələcək haqda düşüncələrim

Bu nazir balalarının adamları maşınla vurub öldürməsi şükürlük hadisədir. Sabah, biri gün bunlar "İstiqlal" küçəsində, "Neftçilər" prospektində camaatın balasın sadəcə kefləri istədiklərindən güllələyib, zövq qalsanlar heç təəccüblü olmaz (İnanmasan, Sorokinin "Snayperçi" hekayəsin oxu).
Ola bilməz deyirsənsə, onda soruşum: İnsanı o cür qanlı əyləncəli cinayətdən nə çəkindirə bilər?
Deyəcəksən: Qanun, cəza!
Məndə deyəcəm, sənin ölkəndə qanun yazan adam sənə "otxod" deyən adamlardısa, o nə qanun olacaq?!
Sənin ölkəndə qanun yazan adamlar o kürsülərin rüşvət verib, yaltaqlıq edib tutublarsa, onun yazdığı nə olacaq?
Sonra soruşacam; Azərbaycanda bəyəm elə cinayət varmı ki, pul verib, yalataqlıq edib ondan azad olmayasan?
Sonra deyəcəksən ki, o qanlı əyləncəni həyata keçirməyə mənəvi dəyərlər, vicdan-filan imkan verməz.
Mən də deyəcəm ki, sadəlövh olma. Mənəvi dəyərlərə sahib çıxan adam o ölkədə insanları bir tikə çörəyə möhtac qoyub, korrpusiya yolu ilə aldığı yarımmilyonluq maşınla şəhər küçələrində ağnamaz.
Sonra çox söz deyə bilərəm, amma hər şey göz qabağındadı, çənəmi ağrıtmayım. Görənlər ibrət alsın, görmək istəməyənlər, özlərin növbəti təkərin altında xıncımlanmağa hazırlasın.