17.6.17

Natiq Əliyevin ölümü və dəfni barədə

İlham Əliyev Natiq Əliyevin dəfnində iştirak eləmədi. Natiq Əliyev hazırkı hakimiyyətin ən uzunömürlü kadrlarından idi. Dövlət başçısı tətilini yarıda kəsib onu son mənzilə yola salmağa gəlmədi. 
Burda bir incə məqam var. 
Ey özünü bu hakimiyyətin ayaqda qalması üçün xalqın fədakar hissəsini, ləyaqətli oğul və qızların repressiya edənlər, şərləyənlər! Sizin heç biriniz Natiq Əliyevdən vacib fiqur deyilsiniz, olmayacaqsınız da.
Bu gün Natiq Əliyevlə vidalaşmağa gəlməyən adam sabah, biri gün azca çətinə düşən kimi sizi elə özü qarışqa kimi tapdalayacaq. Bu adam sizə qarantiya ola bilməz. İstəsə belə ola bilməz. İş burasıdır ki heç istəmir də.
Yaxşı-yaxşı fikirləşin. Nə bu hakimiyyət əbədi qalandı, nə də heç bir fövqəladə qüvvə etdiyiniz cinayətlərin, pisliklərin cavabsız qalmasına təmina vermir!
Diqqətli olun, insan hüquq və azadlıqlarına ehtiram bəsləyin. Kiminsə şəxsi marağını təmin etmək naminə qanunları pozub, insanların həyatı ilə oynamayın.
Tarix yazılır və unudulmur.