17.6.17

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il
" Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır.
Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin.
İlham Əliyev: Sizə qaz verilir?
Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım?
İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən.
Sakin: Mənim gözlərim üstə. İmkanım olsa, niyə verməməliyəm ki?! Amma imkanım yoxdur axı. Bir adam göndərin mənim evimə baxsın. Görün ki, evim nə vəziyyətdədir. Vallah mümkünatım yoxdur.
İlham Əliyev:  Amma bəzi pulu olanlar vermirlər. Sən pul vermə.
Sakin: Sənin qadan alım, verməmək də olmur. Deyirlər ki, gəlib qazı, işığı kəsəcəyik.
İlham Əliyev:   Rayon icra hakimiyyətinin başçısına tapşırıram ki, məşğul olsun.
Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun