8.6.17

Baş Prokurorluq iki eşşəyin arpasın bölə bilirmi?

3 il əvvəl, konkret desək 2014-ci ilin 28 fervalında bizim baş prokurorluq çox gülməli bir multfilm üçün ssenari yazdı.  Azərbaycan yaradıcı birlikləri bataqlıq dövrlərini yaşadığından bu gül kimi senariya həyat verə, onu efirdə ekranda canlandıra bilmədilər.
Həmin ssenari bütün mətbuat orqanlarına da göndərilmişdi. Lakin, mətbuatımız da əflatunamaşlaşdığından onlar da dəxi baş prokurorlumuzun zəngin yaradıcı irsinə biganə qaldılar.
Mən ölkəmizin baş prokurorunun və onun idarəsinin necə gülməli, fabtazyor olmasını göstərmək, eləcə də prokurorlarımızın yaradıcılığına ehtiram əlaməti olaraq, o günə və həmin ssenariya dönüş edirəm.
Beləliklə, Zakir Qaralovun ssenarisini sözbəsöz bura köçürərəm.
“ Fevralın 28-də Türkiyənin "Zaman" qəzetində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyev barədə həqiqətə uyğun olmayan məlumat dərc edilib.

Daha sonra digər Türkiyə xəbər saytlarında təkrar dərc edilən həmin məqalədə Türkiyədə həbs edilmiş iş adamı Rza Zərrab adlı şəxsin guya Azərbaycanda bir sıra vəzifəli şəxslərlə gizli əlaqədə olduğu və həmin şəxslərdən birinin də Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Ə.Nağıyev olduğu vurğulanıb. "Zaman" qəzetində dərc edilən həmin məqalənin müəllifi heç bir ciddi mənbəyə əsaslanmadan, general Ə.Nağıyev barədə açıq böhtan və iftiradan istifadə etmiş və bununla da Baş Prokurorluğun işgüzar nüfuzuna xələl gətirmişdir.

Türkiyənin "Zaman" qəzetində dərc edilən həmin məqalə ilə bağlı Azərbaycanın Baş prokuroru yanında iclas keçirilib və məsələnin araşdırılması ilə bağlı müvafiq göstərişlər verilib.
Baş Prokurorluq olaraq, bir daha bildiririk ki, qeyri-ənənəvi dini dairələrin təsiri altında olan bir mətbu orqanın Azərbaycana yönəlik təxribat xarakterli fəaliyyəti heç bir effekt verməyəcək və bu meyillərin Azərbaycanın vəzifəli şəxslərini gözdən salmaq cəhdləri boşa çıxacaq. Baş Prokurorluq bir daha xatırladır ki, yalan və böhtan xarakterli məlumatların yayılmasına görə KİV orqanı rəhbəri cinayət və digər məsuliyyət daşıyır". ( Bir çox saytlar əvvəlcə məlumatı dərc etsə də, biabırçılıqdan sonra sildilər. Hansı biabırçılıq az sonra. Hələlik silinməyən linklərdən BİRİ)
Bəzi zilə qalxmaları istisna eləsək, standart mətndi. Deyəcəksiniz, “hə noolsun”?!.
Amma bir dəqiqə dayanın Allah eşqinə!
İş ondadır kı, “Zaman” qəzeti nə həmən tarixdə, nə əvvəl Əli Nağıyev barədə heç bir məqalə dərc etməyib. Bəli, bəli etməyib! Nə çap varinatdında, nə saytında! Təsəvvür edirsinizmi?
Sadəcə adı layiqli dəftərlərin heç birindı olmayan bir sayt götürüb yüngülvari provakasiya edib, yazıb ki, “Zaman” belə-belə məqalə verib. Vəssalam. Bizim baş (baş haaa!) prokurorluq da araşdırıb eləmədən, yoxlamadan ki, doğrudan da “Zaman”da belə məqalə var-yox, baltanı əllərinə götürüb döşəyiblər!
Anlayışı olmayan adamlara çətin gələ bilər. Lakin, cənabi internetdə “google” yaza bilən adam üçün “Zaman”da elə bir məqalənin gedib-getmədiyini müəyyənləşdirmək su içməkdən də asandı. Görünür, Zakir Qaralovun idarəsində Novruzləli məktəbinin parlaq müdavimləri çoxdur. Yaxşı, fərz edək ki, bunlar internet istifadə edə bilmir. Belə olanda, Türkiyədə bir babat iş adamına “vızıv atıb” demək olmazdımı ki, qardaş, bacı düş o köşkə 40 kuruş ver bir “Zaman” al oxu görək orda nə basıb bağlayıblar bizim barədə?! Etmək olardı. Bəs niyə etməyiblər? Heç nə. Bizə gülüş və təbəssüm bəxş etməkdən ötürü.
Mən 3 ildir hər cümə günləri bu hadisəyə gülürəm. Bax haa, o boyda prokuror iclas çağırır və demək olar, öz yuxusu, fantaziyası barədə ağır-ağlr müzakirələr başlayır, sonra bu gülməcəni məlumat halına salıb mediaya ötürür. Pay sizi!
Hə, onu da deyim ki, baş prokururluq bu şanlı açıqlamasının "fuflo" olduğunu 5-6 saat sonra bildi. Sonra prokurorluğun danosbaz mətbuat xidməti rəhbəri bir-bir saytlara, qəzetlərə zəng vurub dil tökdü ki, mənölüm, o yazını saytlarınızdan çıxardın!