5.6.17

Allahsızlar və dindarlar spirtə qarşı

1929-cu ilin "Yeni Yol" qəzetində "Allahsızlar Cəmiyyəti"nin bir qərarını tapmışam
Çox maraqlı olan bu sənədin ən qəribə yeri araq və çaxır satılan dükanların sayının azaldılması barədədir. Araq və çaxırı sən demə allahsızlar da sevmirmiş :)
Yada salsaq ki, həmin dövrdə  (1920-33) ABŞ-da spirtli içki qadağası olub. "Prohibition era" (Qadağalar dövrü) adlanan bu zamanda amerika rəsmiləri lap qabağa gedərək   spirtli içkilərin istehsalını, daşınması və satışınını da yasaqlamışdı. Özü də konsitutusiya dəyişikliyi əsasında. Çox maraqlıdır ki, SSRİ-də spirtə qarşı çıxanlar allahsızlar idisə, onlardan daha sərt mövqe tutan amerkanlılar inanclı idilər. Bu iki hadisəni tutuşdurub, o məşhur ifadəni belə dəyişə bilərdik: "20-ci əsrin əvvəlində spirtin üzərində qara buludlar dolaşırdı"