Ana içeriğe atla

Kayıtlar

Haziran, 2017 tarihine ait yayınlar gösteriliyor

İlham Əliyev üçün xoşbəxtlik düsturları

“Varlılar da ağlayır”. Cənubi Amerika öz teleserialları ilə təzə-təzə ölkəmizə ayaq açanda göstərilən seriallardan birinin adı belə idi. Bir çox şəkkaklar inkar etsə də, varlılar doğrudan da ağlayır. Yəni, bu sadəcə film adı deyil. Varlıların saysız bəxtsizliyi, ürək parçalayan həyat hekayətləri var. Axşam oturdum, qabağıma bir kağız-qələm qoyub araşdırma apardım. Araşdırma mövzum bir sadə sual ətrafındaydı: Bizim ölkənin bir nömrəli varlısı Ilham müəllimin bəxtsizliyi nədir, hansılardır? Uzun və qara bir siyahı alındı. Az qaldı dərddən ürəyim dayansın. Sadalayım.
Onun bəxti olsaydı, qədim Roma imperiyası zamanında doğular və azman bir quldar kimi həyata vəsiqə qazanardı. Minlərlə qulu hüzurunda əmrə müntəzir saxlayar, könlü istəyəndə onları minər, çapar, anqırdar, kişnədər, mələdər. Həftə sonu qladiator döyüşləri təşkil edib adrenalini yüksəldər, məğlub olan qladiatorların qaraciyəri, ürəyini çıxartdırıb onlardan zəngin kolleksiya yaradardı.
Ilham müəllimin şansı, bəxti güclü olsayd…

"Heydər baba, min yaşa"!- Amansız təklif

Tutaq ki, siz orta məktəbdə direktor əvəzisiniz və əvəzləmədən təngə gəlib direktor olmağa qərar vermisiniz. Istəyinizi reallaşdırmaq üçün Azərbaycanda apaydın iki yoldan birini seçməlisiniz: ya yaşadığınız rayonun təhsil şöbəsi müdirini görməli, ya lap yuxarılardan bir dayday tapıb ona əhəmiyyətli adamlara zəng etdirməyə məcbursunuz.
Uzun illərdir Azərbaycan bu qayda ilə idarə olunaraq çiçəklənən diyara, analoqsuz ölkəyə çevrilmişdir. Lakin, lap qədimlərdən bəllidir ki, bütün cəmiyyətlər bəzən elə başqalarının tapdadığı yolla getməkdən imtina edən, özünə təzə cığır açan insanlar yetişdirmək qüdrətindədir. Onlardan birini, mən onu novator adlandırardım, sizə təqdim etmək fikrindəyəm.
Arzuman Əliyev - Masallı rayon Qızılağac kəndindəki 2 saylı orta məktəbin direktor əvəzidir. Təbiidir ki, əməlisaleh müsəlman kimi Arzuman müəllimin də ürəyi direktor olmaq təşnəsiylə qovrulub yanır, amma yuxarıda qeyd etdiyim kimi, tapdanmış yolla yürümək istəmir.
Istedadına, uzun illərdən bəri topladığı…

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

"O duzu tapın"

Təxminən 10-12 il qabaq tele-kanallarda Eyyub bəyin (İstehlakçı Hüquqları) həzin çıxışları olardı. Mən onlardan xüsusən birini misilsiz diqqət və həyacanla izləyərdim. Bu yodlaşdırılmış duzun müəyyən edilməsinə dair bəyimizin göstərişləri idi. O vaxt internetin, ağıllı telefonların ələ çətin düşən vaxtları idi, buna görə mən televizorun səsini yaxşı duymaq üçün otaqda maksimum sabitliyi bərqarar edər, "48 vərəq" dəftəri qarşıma qoyub, intizamlı şagirdlər kimi qeydlər tutardım. Eyyub bəyi təqib eləmək asan deyildi. O saxta duzu aşkar eləmək və əsl yodlu duz almaq üçün Mendeliyevin, Zininin, Butlerovun apardığı reaksiyalardan mürəkkəb, analitik tərcübə və reaksiyaları bizi tamaşaçılarla bölüşürdü.
Məsələn deyirdi ki, tutun duz qutusunu qulağınızla bərabər, dirsəyiniz tam bükülmədən qolunuzu bədəninizlə paralel istiqamətdə aşağı yuxarı 6-8 dəfə sürətlə hərəkət etdirin.
Bundan sonra qutunun qapağının üstü nayihəsində duz dənəcikləri görsəniz, tez onları steril qaydada cəmləyib, gö…

Natiq Əliyevin ölümü və dəfni barədə

İlham Əliyev Natiq Əliyevin dəfnində iştirak eləmədi. Natiq Əliyev hazırkı hakimiyyətin ən uzunömürlü kadrlarından idi. Dövlət başçısı tətilini yarıda kəsib onu son mənzilə yola salmağa gəlmədi. 
Burda bir incə məqam var. 
Ey özünü bu hakimiyyətin ayaqda qalması üçün xalqın fədakar hissəsini, ləyaqətli oğul və qızların repressiya edənlər, şərləyənlər! Sizin heç biriniz Natiq Əliyevdən vacib fiqur deyilsiniz, olmayacaqsınız da.
Bu gün Natiq Əliyevlə vidalaşmağa gəlməyən adam sabah, biri gün azca çətinə düşən kimi sizi elə özü qarışqa kimi tapdalayacaq. Bu adam sizə qarantiya ola bilməz. İstəsə belə ola bilməz. İş burasıdır ki heç istəmir də.
Yaxşı-yaxşı fikirləşin. Nə bu hakimiyyət əbədi qalandı, nə də heç bir fövqəladə qüvvə etdiyiniz cinayətlərin, pisliklərin cavabsız qalmasına təmina vermir!
Diqqətli olun, insan hüquq və azadlıqlarına ehtiram bəsləyin. Kiminsə şəxsi marağını təmin etmək naminə qanunları pozub, insanların həyatı ilə oynamayın.
Tarix yazılır və unudulmur.

Prezidentin bacısı ilə dəlisov bir konfliktim barədə

Heydər Əliyevin bacısı-Rəfiqə Əliyeva mənin müəllimim idi. BDU-da. Analitik kimyadan seminar aparırdı. İndicə xəbər tutdum ki xanım vəfat edib. Bu gün qırxı imiş. Dövlət Agentliyi mərasim barədə belə bir cümlə işlədib.
"Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib". Güman edirəm ki, agentlik bunu bizdə olan ənənəyə əsasən (ölünün dalıyca danışmazlar) işlədib. Çünki, düzün demək gərəkdirsə, olsun ki xanım kimya elminin inkişafına nəsə töhfə verib, amma biz tələbə olaraq o lütfdən məhrum olmuşuq. Bəlkə də, mərhumə bizi adam yerinə qoymurdu deyə, elmin cövhərlərin bizə göstərməyə gərək bilmirdi. Bizim dərs prosesimiz belə keçirdi: Müəllimə bir qayda olaraq, 2-3 dərsdən bir auditoriyaya təşrif buyururdu. Onda da, dərsin əhəmiyyətli hissəsi onun hüzuruna səcdəyə gələnləri qarşılamağa gedərdi. Müəllimlər, müəllimələr bizim üçün ayrılan vaxtı öz şəxsi -təsərrüfat qayğılarını, bəziləri isə yaltaqlıq ehtiyacını qarşılamaq üçün istifadə edirdi. Allah…

Baş Prokurorluq iki eşşəyin arpasın bölə bilirmi?

3 il əvvəl, konkret desək 2014-ci ilin 28 fervalında bizim baş prokurorluq çox gülməli bir multfilm üçün ssenari yazdı.  Azərbaycan yaradıcı birlikləri bataqlıq dövrlərini yaşadığından bu gül kimi senariya həyat verə, onu efirdə ekranda canlandıra bilmədilər. Həmin ssenari bütün mətbuat orqanlarına da göndərilmişdi. Lakin, mətbuatımız da əflatunamaşlaşdığından onlar da dəxi baş prokurorlumuzun zəngin yaradıcı irsinə biganə qaldılar. Mən ölkəmizin baş prokurorunun və onun idarəsinin necə gülməli, fabtazyor olmasını göstərmək, eləcə də prokurorlarımızın yaradıcılığına ehtiram əlaməti olaraq, o günə və həmin ssenariya dönüş edirəm. Beləliklə, Zakir Qaralovun ssenarisini sözbəsöz bura köçürərəm. “ Fevralın 28-də Türkiyənin "Zaman" qəzetində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyev barədə həqiqətə uyğun olmayan məlumat dərc edilib.
Daha sonra digər Türkiyə xəbər saytlarında təkrar dərc edilən həmin məqalədə Türkiyədə həbs edilmiş iş ad…

Allahsızlar və dindarlar spirtə qarşı

1929-cu ilin "Yeni Yol" qəzetində "Allahsızlar Cəmiyyəti"nin bir qərarını tapmışam
Çox maraqlı olan bu sənədin ən qəribə yeri araq və çaxır satılan dükanların sayının azaldılması barədədir. Araq və çaxırı sən demə allahsızlar da sevmirmiş :)
Yada salsaq ki, həmin dövrdə  (1920-33) ABŞ-da spirtli içki qadağası olub. "Prohibition era" (Qadağalar dövrü) adlanan bu zamanda amerika rəsmiləri lap qabağa gedərəkspirtli içkilərin istehsalını, daşınması və satışınını da yasaqlamışdı. Özü də konsitutusiya dəyişikliyi əsasında. Çox maraqlıdır ki, SSRİ-də spirtə qarşı çıxanlar allahsızlar idisə, onlardan daha sərt mövqe tutan amerkanlılar inanclı idilər. Bu iki hadisəni tutuşdurub, o məşhur ifadəni belə dəyişə bilərdik: "20-ci əsrin əvvəlində spirtin üzərində qara buludlar dolaşırdı"

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil

İlham Əliyevi kimlər baltalayacaq?

Yuxarıda foto kimi oxuduğunuz sözləri keçmiş dövlət başçısı Heydər Əliyevə həsr edilən seriya kitablardan birindən götürmüşəm. Heydər Əliyevin hakimiyyətdən gedəndən sonra vəziyyətini belə təsvir edir: " Sevdiyim, inandığım adamların 95 faizi birdən-birə mənə arxa çevirdi. Çünki başqa adam gəlmişdi və fərdi maşının, bağın əldən çıxmamasının, uşaqların yerbəyer edilməsinin və i.a. qayğısına qalmaq lazım idi. Onlar vicdanlarını bu şeylərə satdılar"
Rəqəmi görürsünüzmü 95 faiz!
Yəni, İlham Əliyev öz atasının bu cür acı təcrübəsindən də ibrət ala bilmir? Bəyəm aydın deyil ki, İlham Əliyev devrildiyi günün səhərisi ətrafındakıların 99,9 faizi onu baltalayacaq?!

Cılız motivli repressiya

Bizim ən böyük səhv yanaşmalarımızdan biri hazırkı Azərbaycan hakimiyyətinin apardığı müstəbid siyasəti, günahsız insanları şərləməsini, həbsə atmasını, ölüdürməsini və s. 1937-ci il repressiyaları ilə eyniləşdirməyimizdi. Stalin repressiyaları indikindən əlbəttə daha qanlı qadalıydı. Fəqət o repressiyalarının nə qədər qəribə görünsə də bir mənası, daha uca hədəfi vardı, başa düşülən idi. Kobud ifadə eləsək, yeni sovet quruluşu Kommunizmi hədəfləmişdi. Bu hədəfə çatma cəmiyyətdə məhsullar bolluğu, qardaşlıq və s maddi mənəvi dəyərlərin hökmran olmasın vəd edirdi. Başda Stalin olmaqla, əksər Sovet nomenklaturasının (xırda istisnaları çıxmaqla) repressiyalarında əsas motivin tamah, görməmişlik, şəxsi lüks həyat alüdəçiliyi təşkil etməyib. Bəs indi? Bunun üçün biz aşağıdakı sualları özümüz üçün aydınlaşdırmalıyıq. - İlham Əliyevin repressiyalarının ana hədəfi nədi? Əliyev bizi hara aparmaq istəyir? Onun "kommunizmi" nə cürədir? Mən belə başa düşürəm ki, o elə hədəflədiyi "…

Tarixə, yoxsa şaha ethiram?

Deputat Rəbiyyət xanım Aslanova Şərin böyük müdafiəçilərindən biridir. Deputatdır, parlamentdə insan haqları komissiyasına rəhbərlik edir. Parlamentin son iclaslarında bu xanım Azərbaycan tarixinə ehtiram göstərməklə bağlı elə bir fikir işlədib ki, adam naşı olsa, gedib ətəyində namaz qılar.
Deputat Aslanova həmkarı Nəsib Nəsiblinin Quba xanını xəyanətkarlıqda suçlamasına cavab olaraq, onu keçmişi baltalamaqda günahlandırıb.
“Keçmişə kölgə salırıq, ona qiymət verməyi bacarmırıq.
Azərbaycanın hər bir xanı, şahı bu dövlət üçün çalışıb. Amma onların nə qəbirləri var, nə də yadigarları",- bunlar Rəbiyyət xanımın sözləridir. Bunu da əlavə edim ki, deputat Aslanova Bakıda qüdrətli sərkərdələrin heykəllərinin azlığından da şikayətlənib.
Rəbiyyət xanımın yuxarıdakı çıxışı ilə tanış olandan sonra tam arxayınam ki, o, məsələn, günlərin birində qalxıb, şəxsən məni ABŞ-Iraq müharibəsini törətməkdə, Kürün daşmasında, Eynulla Fətullayevi türməyə salmaqda ittiham edə bilər. Bu situasiya tam göz…

Heydər Əliyev: hoppan burdan!

Əliyevlə öpüşəndən sonra yuyunmayan AKRTİSA!