Məsuliyyət barədə

2003-cü ilin prezident seçkisinə 2 gün qalmış "Yeni Müsavat"ın azman mühərriri Elşad Paşasoy bir çağırış məqaləsi yazmışdı.
Komissiya üzvü olan müəllimlərə ünvanlanan məqalədə deyilirdi, siz dirəniş göstərin, yox bacarmasanız, görsəniz ki işinizə görə sizi çox sıxırlar ərizənizi yazın işdən çıxın.
Bundan heç nə itirməyəcəksiniz, çünki bir neçə gün sonra prezident İsa bəy sizi daha üstün vəzifəyə qoyacaq.
Bu çılğın məqaləyə görə inşallah ki, heç bir vicdanlı, zəhmətkeş adam işi itirməyib. Dua edək ki, Elşadın fikrini, çağırışını ciddiyə alan belə bir adam olmayıb.
Sözüm ayrıdır, lütfən heç kim statusda İsa Qəmbər o zaman filan-bəsməkan cür etməliydi yazmasın. Bu qedylərdə məqsəd  cəmiyyətə mesaj, çağırış edən insanın məsuliyyətli olmasına vurğu salmaqdı.
Khadija Ismayil xanım, mənə bir ktab bağışlayıb (müəllif Augusto Boal).
Kitabın müəllifi yazır ki, kasıb, zülm əlində inləyən cənubi amerikalılara tamaşalar göstərirmişlər. Müəllif deyir ki, tamaşalarımız böyük ajiotaj gücündəydi. Biz məzlumların səsi idik, problemləri qabardırdıq və belə mesajlar verirdik: azadlıq, xoşbəxtlik üçün qan tökəcəyik, öz qanımızı axıdacağıq və s.
Kənd tamaşalarının birində bu mesajlar verilib quraranda bir kişi gözü yaşlı müəllifə (o rejissor idi) yaxınlaşıb deyir:
-Siz də bizlərdən imişsiz. Dərdlərimizi necə dəqiq bilirsiz. Mən sizi nahara dəvət edirəm hamınızı. Yeyək, sonra silahlarınızı da götürün, gedək kənddə bir ağa alçaqlıq edib, yazığın biri döyüb, əlində nə var hamısını alıb, onun qanın tökək.
Augusto Boal deyir, çaşıb qaldım. Güclə izah edir ki, qardaş bizim tapançalar düzünçü deyil, saxtadır, oyuncaqdı.
Kişi isə qayıdır ki, tapança saxtadı-saxtadı, özünüz ki saxta deyilsiz.. mən görürdüm ki siz o sözləri çox ürəkdən deyirdiniz, gəlin biz sizə öz silahlarımızdan verərik, təki gedək haqq üçün qan tökək.
Bütün teatr heyəti panika və pərt duruma düşür. Augusto Boal güclə başa salır ki, qardaş, biz manıs adamlarıq, dava-zad bizlik deyil, bir qələtdir eləmişik.
O qoca Boalın həyatı dəyişdirən sözü deyir və gözdən itir: " demək siz sənətçilər qanın axmasının lazımlığıı deyərkən, onun axıdılması barədə mahnılar oxuyarkən, öz qanınızı deyil bizimkini nəzərdə tuturmuşsuz?"
Bu fikir Boalın dünyaya və yaradıcılığa münasibətini dəyişir. O, qocanın sözlərini əfsanəvi Çe Gevaranın " həmrəylik eyni riskləri almaq deməkdir" fikri ilə qüvvətləndirir və o gündən başlayaraq tamaşaçıya mesaj, çağırış ötürəndə diqqətli olur. Yəni, nəyi edə bilər, onu deyir.
Bu qədər uzunçuluq etməkdə məqsədim min illərdir möhkəmlənən bir fikri yada salmaq istəməyimdir: "özünə rəva görmədiyini başqasına rəva görmə".