"İfritə Fatma!!".Cəlal Əliyevin unudulan şedevri


Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha artığını İlham Əliyevin əmisi Cəlal da edib. O Prezident aparatında hələ də məsul vəzifətə tutan Fatma Abdullazadəyə parlamentdə "ifritə" belə demişdi. Təsəvvür edirsinizmi? İrfitə haa! Aman Tanrım.
Aşağıdakı çıxışı 01 mart 2006-ci ildə Parmanetdə edilib. Müəllif akademik Cəlal Əliyevdir.