28.4.17

Cəlal Əliyevin siyasi yetirmələri


Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha artığını İlham Əliyevin əmisi Cəlal da edib. O Prezident aparatında hələ də məsul vəzifətə tutan Fatma Abdullazadəyə parlamentdə "ifritə" belə demişdi. Təsəvvür edirsinizmi? İrfitə haa! Aman Tanrım.
Aşağıdakı çıxış 01 mart 2006-ci ildə Parmanetdə edilib. Müəllif akademik Cəlal Əliyevdir.


21.4.17

Vəkil Yalçın İmanovun Muradla bağlı qeydləri

Sabah Murad Adilovun məhkəməsidir. Murad siyasi məhbusdur, AXCP-nin üzvüdür, Natiq Adilov-un qardaşıdır. İki dəfə - 13 və 15 apreldə onun məhkəməsi təxirə salınıb. Amma bu nəyəsə ümid verirmi? Yox. Hakimi siyasət əvvəlki kimi cəbhəçilərə münasibətdə buz kimi soyuq və təmkinlidir. Bilənlər bilir, bilməyənlər və tarix üçün xatırladım: Murada qarşı cinayət işi saxta, heç bir hüquqi əsası olmayan və çox kobud, çirkli prosessual pozuntularla aparılan kağız qalağından başqa bir şey deyil. A-dan Z-yə kimi bütün sübutlar qanunsuz yollarla əldə edilib.
Nümunələr: Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları Muradın yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndindəki 4 otaqlı, 2 aynabəndli mənzilin yalnız 1 otağında axtarış və götürmə aparıblar. Məhkəmədə sual verdim: Niyə yalnız 1 otaqda? Dedilər “bizə lazım olanı həmin otaqda tapdıq və bununla da kifayətləndik”. 
Sual verdim: Bəlkə o biri otaqlarda, aynabənddə, həyətyanı sahədə də narkotik vasitə vardı, niyə baxış keçirmədiz? Cavab təbii ki yoxdur.
Murad şəxsi axtarışa tutulan kimi dərhal deyil, əlləri qandallandıqdan və polis maşınına otuzdurulub 1-2 km. aparıldıqdan sonra məruz qalıb. Murad şübhəli şəxs kimi tutma protokolu tərtib edilmədən şəxsi axtarışa məruz qalıb (vəkillər bilir ki, belədə əldə edilmiş sübutlar ittihamın qanuni həlli üçün istifadə edilə bilməz)
Baxış keçirmə və götürmə haqda protokola, həmin tədbirin iştirakçısı olmamış vəkil (onu siz də tanıyın - Səxavət Məmmədli) qol çəkib, müdafiə etdiyi şəxsin üzərinə atılmış narkotik vasitənin “yerləşdirilməsinə” hal şahidliyi edib.
Murad Sabirabad RPŞ-də bir saata yaxın işgəncəyə məruz qalıb və bu işgəncənin izləri ilə bağlı müdafiənin əldə etdiyi sübut cinayət işinin materiallarında nə vaxtsa bəxtinin açılacağını və layiq olduğu hüquqi qiyməti alacağını gözləyir.
Hal şahidi Narkoloji Mərkəzdə qeydiyyatdadır, narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsinə (Cinayət Məcəlləsinin 234.2-ci maddəsi) görə məhkum edilub və qısa bir zamanda şübhəli şəkildə azadlığa çıxıb. Hal şahidlərinin ifadələri polis əməkdaşlarının ifadələri ilə sözbəsöz eynidir.
Muradın üzərinə baxış keçirilməsiylə mənzilinə baxış keçirilmə arasındakı zaman fərqi 2 saata yaxındır, halbuki, əməliyyat məlumatına əsasən əməliyyatçıların cəld və adekvat davranması tələb olunurdu. Əməliyyatçıların heç bir izahatı yoxdur, bizim izahat isə odur ki, Murad üzərinə atılan maddənin ona aid olmadığını işgəncə altında da etiraf etməyib və bundan sonra “indi sənin evinə gedib, bundan ordan da çıxararıq”.
Onlarla belə pozuntunu saya bilərəm.
Avqust ayında Muradın həbsinin 2 ili tamam olur. Adamın əllərinin qabarı bu iki illlik həbs dövründə də getməyib, təsərrrüfatda işləməkdən, zəhmətdən. Şirvan Apellyasiya Məhkəməsinin qabağına 3 körpə uşağı gəlmişdi. Zala da buraxmadılar, soyuqda gömgöy göyərmişdilər körpələr...
Ədalət varsa, o hardadır? Yoxdursa, bəs onda bu məhkəmə adlı instrumental teatr(lar)ın səbəb(lər)i nədir? Və bir də adamın nəticəsini bildiyi prosesdə iştrakından cansıxıcı nə ola bilər?!

12.4.17

Milli gop strategiyası

Camaatın başın qatmaq üçün hakimiyyət ortalığa təzə söhbət atıb. "Yol xəritəsi", "2025"nəbilim nəyi.
Qulaq asın. Axı bu hökumətin 2012-ci ildə qəbul elədiyi bir sənəd vardı." Azərbaycan 2020: Gələcyə baxış".
Orda xeyli vədlər verilmişdi. Birini mən paylaşıram. Əvvəlcə bir izahat versinlər görək, bu vədlər noldu? Niyə həyata keçirilmədi, ondan sonra 2025 barədə xəyal qurarıq.

İnqilabi foto

Bu foto hələ də cəmiyyətimizdən layiqli qiymətin almayıb. Halbuki, vacib sənət əsəridir. 
Dahi rəhbərlərimizin protretlərin hansısa inqilabçı biologiya müəllimi götürüb asıb, ilan qurbağanın arasından.

Sadələşdirilmiş planimetriya məsələsi



Fotoda "molla rejimi" ilə görüş zamanı fövqəladə nəzakət göstərən nazir Kəmallədin Heydərovun bel sütununun (CB parçası) AC parçası ilə kəsişməsindən alınan bucağın qiyməti nə qədərdir?
Cavabı tümənlə, yaxud dollarla ifadə edə bilərsiniz.

BDU-da mürəkkəb fiziki kolloid reaksiyalar

BDU-nun rektoru, kimya elmləri doktoru, akademik Abel Məhərrəmov öz işçisi (prorektor) kimya elmləri dosenti İbad İbadovu otağına çağırıb və ona deyib: Ərizə yaz işdən çıx, yoxsa, hüquq elmləri üzrə fəlsəfə doktoru olan, keçmiş nazor oğlun Telmanı zorlama maddəsi ilə tutduracam.
Kimya elmləri dosenti İbad müəllim kimya elmləri doktorunun bu təhdidinə boyun əyməyib. Ona görə də polis əməkdaşları gecə ilə onun hüquq elmləri üzrə fəlsəfə doktoru olan, keçmiş nadzor, hazırkı sahibkar oğlunun qolun burub aparıb atıblar içəri. Zorlama maddəsi ilə. 
Sonra da düşmən qüvvələr deyirlər ki, bizdə elm sahəsində sükunət, durğunluq var.

"Əli və Nino"nun evini necə yıxdılar?

Nəhayət "Əli və Nino" filmin izlədim.
Hələ də özümə gələ bilməmişəm. Filmin təsirindən yox, ona xərclənən 20 milyon USA dollarına görə odlanıram.
20 milyon dollar! Təsəvvür edirsiniz?! Elmlər Akademiyasının təxminən bir illik xərcidi bu (söz yox, Akademiyamız da bir qəpiklik iş görmür).
Dostlar, mən film bilicisi deyiləm. Peşəkarlar qorxmasalar, məncə dəqiq qiymətlərin verərlər, ancaq 5-10 filmə baxan adam kimi qətiyyətlə deyə bilərəm ki, nə qədər gec deyil, 2-3 milyon da xərcləyib bu filmi it-bata salmaq, efirlərdən yığışdırmaq lazımdır.
Müqayisə üçün çox araşdırmadım.Son vaxtlar zirvələri fəth edən iki filmin büdcəsinə baxdım; "Satıcı" (İran) 96 min dollara, "Mina sahəsi" 5 milyon dollara ərsə gəlib. Pulu qoyaq qırağa, hesab edək ki, adın çəkdiyimiz dövlətlər bizə baxanda acından ölür, onlarda maddi problem var, bizdə isə yox. Olsun. Yaxşı bəs hanı bu qədər pulun yaratdığı sənət?!!
Gül kimi romanı heç edib atıblar bir kənara. Bir qram dramatizm yox, səhnələr bir-birin azqala heç bir üzvü əlaqə olmadan əvəzləyir, hollivud filmlərinin par-par alışqan effektləri.
Hansın deyəsən? Əli və Nino kəbin kəsən mollanın qabağında öpüşür, heç bir zərurət olmadan yataq səhnələri, milli musiqidən imtina və s.
Bir qayda olaraq, məşhur romanlara çəkilən filmlər onun çap variantına, kitaba uduzur. Burda mübahisə yoxdur. Ancaq film də filmdir. Kitabın yarada bilmədiyi qüdərti o nümayiş etdirməlidir. Mən elə bir şeyi bu filmdə görmədim. Saat yarımlıq filmdə bir dənə insanı daxili təlatümə salan, fikir burulğanında çalxalayan süjet görmədim. Siz görmüsünüzsə, yazın xatırladın.
PS. Bu film haqda ən çox tənqidi bu konteksdə oxumuşdum: Canları çıxardı orda Rəsulzadədən bəhs etsəydilər?!
Mən bu tənqidi bölüşmürəm. Romanda da Rəsulzadə görməzdən gəlinib. Çox güman ki, roman yazan kimdirsə, mühacirətdə anti-Rəsulzadə cəbhəsində yer alan şəxs imiş.
Heyf.

4.4.17

Ailələr və talelər

4 aprel 2016
...və bir il ötür 4 aprel 2017 aydın səmada şişmək çaxır

2017, 4 aprel

3.4.17

Məsuliyyət barədə

2003-cü ilin prezident seçkisinə 2 gün qalmış "Yeni Müsavat"ın azman mühərriri Elşad Paşasoy bir çağırış məqaləsi yazmışdı.
Komissiya üzvü olan müəllimlərə ünvanlanan məqalədə deyilirdi, siz dirəniş göstərin, yox bacarmasanız, görsəniz ki işinizə görə sizi çox sıxırlar ərizənizi yazın işdən çıxın.
Bundan heç nə itirməyəcəksiniz, çünki bir neçə gün sonra prezident İsa bəy sizi daha üstün vəzifəyə qoyacaq.
Bu çılğın məqaləyə görə inşallah ki, heç bir vicdanlı, zəhmətkeş adam işi itirməyib. Dua edək ki, Elşadın fikrini, çağırışını ciddiyə alan belə bir adam olmayıb.
Sözüm ayrıdır, lütfən heç kim statusda İsa Qəmbər o zaman filan-bəsməkan cür etməliydi yazmasın. Bu qedylərdə məqsəd  cəmiyyətə mesaj, çağırış edən insanın məsuliyyətli olmasına vurğu salmaqdı.
Khadija Ismayil xanım, mənə bir ktab bağışlayıb (müəllif Augusto Boal).
Kitabın müəllifi yazır ki, kasıb, zülm əlində inləyən cənubi amerikalılara tamaşalar göstərirmişlər. Müəllif deyir ki, tamaşalarımız böyük ajiotaj gücündəydi. Biz məzlumların səsi idik, problemləri qabardırdıq və belə mesajlar verirdik: azadlıq, xoşbəxtlik üçün qan tökəcəyik, öz qanımızı axıdacağıq və s.
Kənd tamaşalarının birində bu mesajlar verilib quraranda bir kişi gözü yaşlı müəllifə (o rejissor idi) yaxınlaşıb deyir:
-Siz də bizlərdən imişsiz. Dərdlərimizi necə dəqiq bilirsiz. Mən sizi nahara dəvət edirəm hamınızı. Yeyək, sonra silahlarınızı da götürün, gedək kənddə bir ağa alçaqlıq edib, yazığın biri döyüb, əlində nə var hamısını alıb, onun qanın tökək.
Augusto Boal deyir, çaşıb qaldım. Güclə izah edir ki, qardaş bizim tapançalar düzünçü deyil, saxtadır, oyuncaqdı.
Kişi isə qayıdır ki, tapança saxtadı-saxtadı, özünüz ki saxta deyilsiz.. mən görürdüm ki siz o sözləri çox ürəkdən deyirdiniz, gəlin biz sizə öz silahlarımızdan verərik, təki gedək haqq üçün qan tökək.
Bütün teatr heyəti panika və pərt duruma düşür. Augusto Boal güclə başa salır ki, qardaş, biz manıs adamlarıq, dava-zad bizlik deyil, bir qələtdir eləmişik.
O qoca Boalın həyatı dəyişdirən sözü deyir və gözdən itir: " demək siz sənətçilər qanın axmasının lazımlığıı deyərkən, onun axıdılması barədə mahnılar oxuyarkən, öz qanınızı deyil bizimkini nəzərdə tuturmuşsuz?"
Bu fikir Boalın dünyaya və yaradıcılığa münasibətini dəyişir. O, qocanın sözlərini əfsanəvi Çe Gevaranın " həmrəylik eyni riskləri almaq deməkdir" fikri ilə qüvvətləndirir və o gündən başlayaraq tamaşaçıya mesaj, çağırış ötürəndə diqqətli olur. Yəni, nəyi edə bilər, onu deyir.
Bu qədər uzunçuluq etməkdə məqsədim min illərdir möhkəmlənən bir fikri yada salmaq istəməyimdir: "özünə rəva görmədiyini başqasına rəva görmə".

2.4.17

Elçibəy hökuməti, Kəlbəcər və "Heydər Əliyev-Surət" cütlüyü

Yoldaşlar, bu gün 2 aprel Kəlbəcərin işğal günüdür. AXC hakimiyyəti zamanı itirilən yeganə rayon Kəlbəcərin. Lakin, Kəlbəcərin işğal faktı ilə yanaşı vacib üç faktı da bilməliyik. Nədir onlar? 1: İlk dəfə (30 aprel 1993) beynəlxalq səviyyədə BMT çərçivəsində Azərbaycanın işğala məruz qalması barədə qətnamənin qəbuluna nail olunurdu. Həmin qətnamədə açıq formada göstərilirdir: " İşğalçı qoşunlar qeyri-şərtsiz Kəlbəcəri tərk etməlidir" 2: Aparılan danışıqlar, müzakirələr nəticəsində artıq erməni tərəfi ilə də razılaşdırılmışdı ki, iyunun 14-də (tarixə diqqət) ermənilər Kəlbəcəri qeyri şərtsiz boşaldır. 3: İyunun 4-də Surət Hüseynov qiyam qaldırır (tarixə diqqət). Sonra onlar Heydər Əliyevlə milli hökuməti tam devirir, Kəlbəcərin azad olunması nəinki unudulur, hələ 6 rayon da keçir düşmən tapdağına. Dediklərimi görkəmli Qafqaz araşdırmaçısı Tomas De Vaalın kitabından üç iqtibasla təsqidləyirəm. Oxuyaq və düşünək.