Ana içeriğe atla

Kədər haqqında qeydlər



Diqqət mərkəzində qadındır

İş belədir ki, bizi təsirləndirən ən ciddi əbədiyyat, film nümunələrinin mərkəzi mövzusu kədərdi, qəmdir. Bayaq, Zamin Vəzir Hacı bəy bir film paylaşmışdı, afişasına baxdım ki "Kann" mükafatı qazanıb. Soruşdum ki, bu filmdə depressiya notları ilə doludur? Dedi, hə. 
"Hə" cavabı təəccüblü olmadı, çünki mən müşahidə eləmişəm, sanki "Kann"da filmlər yox, qüssələr, dərdlər yarışır.
Bizim çox sevdiyimiz "Heydər babaya salam" şeirində bir yeri unutmamısınız?
"Heydərbaba, kəndin gunu batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan cıxıb qaş-goz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə coxlu qəmu qüssə de". Qissə farscada nağıl deməkdir. Fikir ver, şair deyir bizdən uşaqlara nağıl danış, amma nağılmızda qəm qüssəni bol elə. Bu dərin və baş ağrıdan bir mövzudur.
Kədər, qəm, melonxoliya təbii hisslərdir və mən də onları özümə məhrəm bilirəm. Belə filmlər, kitablar mənə doğma gəlir. Lakin və lakin mən bu mövzuda hədsiz diqqətliliyin tərəfdarıyam. Bu gün pessimizm çox aqressiv formada təbliğ olunur, sənət əsərlərində də ondan sui istifadə cəhdləri hədsizdir. Belə yanaşma ilə ən elementar problemləri faciəyə dönüdərirlər. Bu xüsusən, mübarizə aparan adamlar üçün yolverilməzdir. Çox təəssüf ki, dəqiq xatırlaya bilmədim, ancaq Leninin pessimist mədəniyyətlə bağlı parlaq bir fikir vardı (kimin yadındadısa şərhə yazsın). Təxminən, belə yadımda qalıb ki, ağlayıb, sızlayan sənət əsərinə alüdəçilik inqilabi hissləri kütəldir.
Mən razıyam ki, nə rejissorların, nə insanların əksəriyyətinin inqlabçı olmaq fikiri yoxdur. Bu belədir. Lakin, dövrümüz elə məzmun alıb ki, indi simanı qouyaraq yaşamaq özü bir inqilabı hərəkata dönüb. Odur ki, mən yaradıcı dostlarımı şairin sözü ilə desək "bizi həyata səsləyən" mətnlər, süjetlər yaratmağa səsləyirəm.
Söhbət heç də bayağı, basmaqəlb, yalançı optimizmdən getmir. Bir nümunə verməklə, çıxışımı tamamlayım.
Məsələn, bu film "Dünən, bu gün və sabah".
Bu filmdə nələr yoxdu? Mən heyran oldum. Bizim cəmiyyəti bu gün narahat edən, ona əzab verən hər şey!
-Talançı bank kreditləri.
- Yoxsul ailə.
- Əfv fərmanı (bu çox maraqlıdır)
- Meşşanlıq
- Yüngü həyat tərzi yaşayanların yüksək materiya barədə danışması və s.
Rejissor bunların hamısın bu filmdə göstərib. Hamısın. Ancaq, bütün bu problemləri elə xoş atmosferdə, elə qəribə optimist tonda verir ki, adam məəttəl qalır. Nə hırıltı var, nə ağlaşma.
Başlığa dönürəm. Haqqında danışdığım film 3 ayrı filmindən ərsə gəlib. Onları birləşdirən isə hər bir filmdə qadının mərkəzi rolda çıxış etməsidir. Birincidə, zəhmətkeş, alverçi qadın, ikincidə meşşan bir varlı qadın, üçüncüdə fahişə qadın. Film 1963-cü ildə çəkilib. Bizim üçün bu gün də aktualdır. Sizin üçün xüsusi əhəmiyyət daşıyırsa iki şey də deyim. Oskar qazanıb və filmdə SofiaLorenlə, Marçello Mastroiani oynayıb. Baxın, peşman olmazsınız.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Cəlal Əliyevin siyasi yetirmələri

Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha ar…