31.3.17

Heydər Əliyev gələndən sonra


İ. Əliyev bu gün növbəti dəfə tarixə nihilist mövqe göstərir. Deyəsən, o bizi aldatmaq istəmir, sadəcə özü uydurduğu miflərə sidqi dildən inanır.
Əliyev deyir ki, torpaqlarımız Cəbhə hakimiyyətə gələndən sonra düşmən əlinə keçib. Gəlin, ingilis oğlu inglis, Qafqaz münaqişəsi üzrə mütəxəssis Tomas De Vaalınadlı kitabından (kitabı BURANI BAS YÜKLƏ) iki yüngül faktla tanış olaq.
Bu faktlar xüsusən o adamlara müalicə effekti ilə təsir göstərəcək ki, o adamlar bu gün də sadəlövhcəsinə düşünürlər ki "Heydər Əliyev gələndən sonra Azərbaycan ağ günə çıxıb". Oxuyaq və faydalanaq.


Bakıda 88 müsəlmanın asılması

Mart qurbanları
Təqvimimizdə “31 mart azərbaycanlıların soyqırım günü”dür. Buna görə əvvəlcə “31 mart”ın günahsız qurbanlarımızı anaq, onlara rəhmət diləyək.  Dalıyca arzu edək ki, hökumət Heydər Əliyevə abidə, muzey tikməkdən yorulanda həmin qurbanları da yada salıb, onların da xatirəsin normal formada əbədiləşdirsin.
Ülvi arzular öz yerində,  “31 mart”a dair bir maraqlı faktdan bəhs edəcəyəm. Bir gün əlimə Azərbaycan Xalq Cümhuriyyətinin parlament iclaslarının stenoqramı düşdü. ( Kitab son dərəcə maraqlıdır, mütləq siz də oxuyun zövq qalın. İnternetdə də var). Stenoqramı məni çox təəccübləndirirdi. Çünki, müxaliflər hökuməti Bakı qırğınlarının yaxşı araşdırılmamasına görə ittiham edirdi. "Bakı qırğını" nədir, təbii orda izah verilmirdi, ona görə ilk olaraq “mart soyqırımı”n ağıla gəlirdi. Özlüyümdə düşünürdüm ki, əcaba milli hökümət niyə bu məsələyə laqeyd qalsın ki?
 Başınızı çox ağrıtmayım, kəsədən gedirəm. Gəldim kitabın o yerə çatdım ki, səhv eləmirəmsə, hökumət adından müdafiə naziri arayış verir. Deyir ki, ay balam, bizdən nə istəyirsiniz, qırğın vaxtı biz iş başında olmamışıq, ona görə insanlara təsir eləmək gücümüz də olmayıb, işi də lazımınca araşdırmışıq, həddini aşan 88 nəfər müsəlmanı müəyyən edib onları asmışıq da!!!
Allahu əkbər! Müsəlmanı niyə asır bunlar?
Sonra araşdırdım, hal qəziyyə belədir ki, parlamanda müzakirə edilən o " Bakı qırğını" Qafqaz-İslam Ordusunun Bakını azad etməsindən sonra yerli əhalinin 31 martin intiqamın alarkən baş verib. Bu haqda Azərbaycan tarixçiləri niyə susur anlamıram?
Bəlkə də, susmurlar, lakin, siz də mənim kimi faktı dünən, yaxud srağagün öyrənmisinizsə deməli, bu barədə məqalələr, danışıqlar hədsiz az olub. 
İndi sual yaranır, bir halda ki bu faktı (intiqam) bizdən başqa hamı danışır; ermənilər, ruslar bu faktı şişirdilmiş formada dünyaya çatdırır, belə olanda öz ictimaiyyətimizdən onu gizlətməklə nəyə nail oluruq ki? Əksinə, bəlkə bu faktı bilmək bizi aşağılıq kompleksindən (daim bizi öldürüblər, əziblər, məzlum olmuşuq) az-maz qurtarmağa vəsilə olacaq?
Öldürülən erməni sayına gəlincə... ruslar bunun 20, ermənilər 40 min olduğun deyir. Praktika görtərir ki, həmişə belə rəqəmlər şişirdilmiş olur, o rəqəmləri real göstəriciyə gətirmək üçün 3-4 dəfə azaltmaq lazımdı. Bu hesabla güman eləmək olar ki, 10-12 min ermənini bizimkilər o zaman məhvi nabud edib intiqam alıblar. İndi isə qarşımızda bir kəskin sual dayanır: o ermənilər harda basdırılıb?

30.3.17

Çətin görünən asan suallar

Gəlin belə bir müzakirə aparaq: qanunsuz rejimlərdə qanuni fəaliyyət necə olmalıdır?
Sualı yanıltmac formasıdan çıxarıb daha da sadələşdirək.
Əvvəlcə aydınlaşdıraq, qanun nədir?
Qanun- cəmiyyətdəki ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxsləri cəzalandırılmasını müəyyən edir.
Bəs bu qanunları kim yaradır bizim üçün: saxta milli məclis, xalqdan sözün bütün mənalarında aralı düşən deputatlar.
Buna əlavə edək ki, avtoritar rejimlər onları dəyişmək üçün əksər yolların üzərində "qanundan" əngəllər yaradır.
Yəni, bizim qəlbimizin harayına cavab verməyən, əzalil hakimiyyəti dəyişmək üçün edəcəyimiz əməllərin bir çoxu qanunsuzdu, qanuna ziddir.
Paradoksal görüsə də, diktatura zamanı güllələnən, həbsə atılan insanların çoxu "qanun" əsaslanaraq cəzalandırılıb.
Beləliklə sual yaranır avtoritar rejimdə qəbul edilən qanunlara münasibət necə olmalıdır?
 Biz onlara kölə kimi itaət etməliyik yoxsa necə?

Mənbə: https://www.facebook.com/nadilov/posts/10202992378026122

18.3.17

Durdum Elçibəyə dedim ki

Qamçılılar sinfinin tipik nümayəndəsi-Yaşıl Evqilina
"Cəbhə hakimiyyət"inin yıxılmasından 25 il keçib. Ancaq, hələ də bəzi yaltaq-yultaqlar ancaq o dövrdə elədiyi qəhrəmanlıqlardan (hakim sistemə, haqsızlığa qarşı baş qaldırma, dirəniş göstərmə və s) danışır.
Şübhə eləmirəm. Yəqin ki, o zaman belə edənlər çox olub. Problem isə başqadı. O adamlara ("durdum Elçibəyə dedim ki, ə dövləti dağıtmısınız" ritorikası müəlliflərinə) sual eləmək lazımdı: ağsaqqal, ağbirçək barıtın elə bir atımlıq idi, 25 ildə bəs niyə lal olmusan?
Əslində, bu hal o adamların çərənçiliyi ilə yanaşı bir şeyi də sübut edir: bütün qüsurlarına rəğmən o yıxılan hakimiyyət bizlərə ən fundamental azadlıqlar olan fikir, söz, etiraz etmək azadlğın bəxş etmişdi! Bunlar isə düşünən, zəkası olan insan üçün çox qiymətli sərvətlərdi.

Xalqın gücü!

Yaxşı deyiblər, demokratiyada çarələr tükənməz. Camaatımız kasıbçılıq vaxtı bahalı enerji haqları ilə mübarizə aparmağın çəmin tapmaqdadır. Çarə "maqnitli sayğaclar"dı.
Düzdü, bəzi dövlət orqanları bu nəcib təşəbbüslərə mane olmaq istəyir. Amma əbəsdir. 
Xalqın yekdil və birgə mübarizəsinin qabağında heç nə dayana bilməz.

Mövzu ilə bağlı xəbər

"Müəllim, bəs necə dolanırsınız"

O günlərdə Evez Zeynalli keçmişdə YAP-ın qara qırğılarından olan birindən müsahibə almışdı. Həmin şəxsi 10 ildir qəzet redaktorluğundan, və deputatlıqlan "qavalayıblar". Deyir ki, on ildir işsizdi, dolanışıq üçün də heç bir obyekti-filan yoxdur.
Müsahib insanların tez- tez "müəllim, bəs necə dolanırsan" sualları ilə üzləşdiyini də bildirir.
                                             ***
Əla mənzərədir. İş burasındadı ki, bu müəllim və əqidədaşları eyni sualı tənəli formada biz müxalifətçilərə verib, veməkdədir. Həmişə onlar belə sual qoyurdular ki, bu müxaliflər işsiz-gücsüzdü, bəs necə dolanırlar.
İndi həyat o sualı praktik surətdə cavablayır. Hamıya da növbə beləcə bir-bir çatacaq. 
Seyrə davam.

15.3.17

Vətəndaş müharibəsinin buynuzu

Əslində ölkəmizdə vətəndaş müharibəsi gedir. Sadəcə bu müharibə bir tərəfli və qeyri bərabər şərtlərlə aparıldığından səsi bərk çıxmır.
İnanmırsınız oxuyun: "Nardaran işi-3" üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri Gəncə polis idarəsində başına gələnləri danışır: "Əvvəlcə ailə üzvlərimlə hədələdilər. Sonra mənəvi təzyiqə keçdilər, şalvarımı aşağı çəkdilər, bir-birinə dedilər ki, gəlin, bunun başına pis oyun açaq, vatsapdakı nömrələrə paylayaq, rüsvay olsun..."
"Mənə gecə 4-ə qədər işgəncə verdilər. Üzümün tüklərini əlləri ilə yoldular. Adamın bir tükünü dartanda ağrıdan gözündən yaş gəlir. Mənim bütün üzümün tükünü əlləri ilə bir-bir dartdılar, tük komasını qoydular qabağıma..."

Hadisə barədə tam məlumatı BURANI BAS OXU

14.3.17

Düşündürücü bir sual

Nardaran əməliyyatında həlak olan polislərin dəfn mərasimi
İnişil Naradaran əməliyyatına həlak olan polislərin dəfn mərasimin xatırlayırsız? Ölkənin güc nazirlərinin hamısı qatılmışdı, o cümlədən baş prokuror və s.
Nardaran əməliyyatında həlak olan polislərin rütbəsi serjant idi. Hər ikisinin. 
Onlar Fəxri Xiyabanda dəfn edildilər.
İndi başqa bir hadisəni yada salaq.
2012-ci ildə Gəncədə bir anti-terror əməliyyatı oldu. MTN-nin keçirdiyi bu əməliyyatda Elşad Quliyev adlı zabit həlak oldu. (hadisə barədə burdan oxu http://m.apa.az/…/gencede-silahli-qruplasmaya-qarsi-keciril…)
Elşad Quliyev İlham Əliyevlə
Mən bu fikiri xüsusi bir cənfəşanlıqla müdafiə etməyəcəm, qulaq günahkarıyam, şahidim Seymur Hezidir. 2013 seçkiləri vaxtı İraqda döyüşən bir azərbaycanlı ilə yazışırdım. O, Elşad Quliyevi əqidədaşlarının öldürməsindən fəxrlə danışırdı.
Təkrar edirəm, bu onun uydurması da ola bilər, həqiqət də. O əməliyyatın təfərrüatların bilmirəm. Ancaq, ortada daşdan keçən faktlar var.
Nədir o?
Odur ki Elşad Quliyev MTN-in xüsusi təyinatlı dəstəsində polkovnik-leytenant idi (rütbələri bilənlər bilir ki serjantlar polkovnik leytenant uzun və yetişilməyən iyerarxiya var).
- o, İgidliyə görə" medalla (2005)
- "Vətən uğrunda" medalla (2009)
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdu.
Bütün bunlara baxmayaraq, onun dəfnində heç bir nazir iştirak etmədi. Heç baş prokuror da.
Elşad Quliyev Bülbülə qəsəbəsində adi məzarlıqdan dəfn edildi.
Bu sizi də düşündürürmü, niyə???
Qeyd: Elşad Quliyev həm də Qarabağ qazisi idi.

11.3.17

Kədər haqqında qeydlər



Diqqət mərkəzində qadındır

İş belədir ki, bizi təsirləndirən ən ciddi əbədiyyat, film nümunələrinin mərkəzi mövzusu kədərdi, qəmdir. Bayaq, Zamin Vəzir Hacı bəy bir film paylaşmışdı, afişasına baxdım ki "Kann" mükafatı qazanıb. Soruşdum ki, bu filmdə depressiya notları ilə doludur? Dedi, hə. 
"Hə" cavabı təəccüblü olmadı, çünki mən müşahidə eləmişəm, sanki "Kann"da filmlər yox, qüssələr, dərdlər yarışır.
Bizim çox sevdiyimiz "Heydər babaya salam" şeirində bir yeri unutmamısınız?
"Heydərbaba, kəndin gunu batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan cıxıb qaş-goz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə coxlu qəmu qüssə de". Qissə farscada nağıl deməkdir. Fikir ver, şair deyir bizdən uşaqlara nağıl danış, amma nağılmızda qəm qüssəni bol elə. Bu dərin və baş ağrıdan bir mövzudur.
Kədər, qəm, melonxoliya təbii hisslərdir və mən də onları özümə məhrəm bilirəm. Belə filmlər, kitablar mənə doğma gəlir. Lakin və lakin mən bu mövzuda hədsiz diqqətliliyin tərəfdarıyam. Bu gün pessimizm çox aqressiv formada təbliğ olunur, sənət əsərlərində də ondan sui istifadə cəhdləri hədsizdir. Belə yanaşma ilə ən elementar problemləri faciəyə dönüdərirlər. Bu xüsusən, mübarizə aparan adamlar üçün yolverilməzdir. Çox təəssüf ki, dəqiq xatırlaya bilmədim, ancaq Leninin pessimist mədəniyyətlə bağlı parlaq bir fikir vardı (kimin yadındadısa şərhə yazsın). Təxminən, belə yadımda qalıb ki, ağlayıb, sızlayan sənət əsərinə alüdəçilik inqilabi hissləri kütəldir.
Mən razıyam ki, nə rejissorların, nə insanların əksəriyyətinin inqlabçı olmaq fikiri yoxdur. Bu belədir. Lakin, dövrümüz elə məzmun alıb ki, indi simanı qouyaraq yaşamaq özü bir inqilabı hərəkata dönüb. Odur ki, mən yaradıcı dostlarımı şairin sözü ilə desək "bizi həyata səsləyən" mətnlər, süjetlər yaratmağa səsləyirəm.
Söhbət heç də bayağı, basmaqəlb, yalançı optimizmdən getmir. Bir nümunə verməklə, çıxışımı tamamlayım.
Məsələn, bu film "Dünən, bu gün və sabah".
Bu filmdə nələr yoxdu? Mən heyran oldum. Bizim cəmiyyəti bu gün narahat edən, ona əzab verən hər şey!
-Talançı bank kreditləri.
- Yoxsul ailə.
- Əfv fərmanı (bu çox maraqlıdır)
- Meşşanlıq
- Yüngü həyat tərzi yaşayanların yüksək materiya barədə danışması və s.
Rejissor bunların hamısın bu filmdə göstərib. Hamısın. Ancaq, bütün bu problemləri elə xoş atmosferdə, elə qəribə optimist tonda verir ki, adam məəttəl qalır. Nə hırıltı var, nə ağlaşma.
Başlığa dönürəm. Haqqında danışdığım film 3 ayrı filmindən ərsə gəlib. Onları birləşdirən isə hər bir filmdə qadının mərkəzi rolda çıxış etməsidir. Birincidə, zəhmətkeş, alverçi qadın, ikincidə meşşan bir varlı qadın, üçüncüdə fahişə qadın. Film 1963-cü ildə çəkilib. Bizim üçün bu gün də aktualdır. Sizin üçün xüsusi əhəmiyyət daşıyırsa iki şey də deyim. Oskar qazanıb və filmdə SofiaLorenlə, Marçello Mastroiani oynayıb. Baxın, peşman olmazsınız.

10.3.17

Mədət müəllim qıra-qıra gedir

Bu gün DTX daha 2 nəfəri öldürüb. Rəsmi arayış belədir ki, ölümün səbəbi təslim olmamaq, müqavimət göstərməkdir.
Mədət Quliyev iş başına keçəndən bu yanılmıramsa 11-cü ölümlə bitən əməliyyatdır.
İndi sual yaranır; Görəsən, Eldar Mahmudov gedəndən sonra "dövlətçiliyə qarşı olanlar" ipə yatmaza çevirilib? Ki onları öldürmədən ram etmək mümkün deyil.
Yoxsa, Mədət müəllimin əməliyyatçıları tipik nazorlar kimi əməliyyat aparırlar?
Belə birir variant da var ki, Eldar Mahmudov işə daha peşəkar yanıaşırmış, sadəcə adamı tutub pulun alıb buraxırmış. Ancaq, düzü nədir deyə bilməyəcək.