Ən yeni tarix

Bəzi dostlar var, çox böyük etirasla, şövqlə tarix oxuyur, tarix barədə müzakirələr açır. Şübhəsiz, burda pis bir şey yoxdur. Lakin, bir məqam var. Məqsəd!
Tarix həm də bu gündür. Sənin tarixi öyrənməyin, olub keçənləri təhlil eləməyin nə üçündür-bu sualın cavabın vermədən keçmişə zaman ayırmaq həm bu gününü, həm gələcəyini zay eləməkdir.
Yaşadığımız hər gün tarixdir. Sən keçmişi, tarixi bu günlə uzlaşdıra, əlaqələndirə bilməyəcəksənsə, bu günü unudub keçmişlə nəfəs alacaqsansa, heyf o beyinə, heyf o əməyə.
Sən bu halınla olacaqsan, ən yaxşı halda bir muzey bələdçisi.
Təkrar eləməyə məcburam. Tarix həm də bu gündür.