Ana içeriğe atla

İran inqilabında bir detal

1979-cu ilə aid fotodur. Sağdakı İran inqliabının rəhbəri Ayətullah Xomeynidir. Oturmaq üzrə olan şəxsin adı isə Sadiqdir. Sadiq Təbatəbai. Sadiq Təbatabai Qəzzafinin aradan götürdüyü (bu gündə sağ olub, olmadığı bəlli deyil) məşhur islamçi reformist Musa əl Sədrin qardaşı oğludur. Onun bacısı eyni zamanda Xomeyninin gəlini idi.

Sözümüz başqadır.

Bizdə İran haqda qulaqdan dolma söhbətlər lap bezdiricidi. “Mollalar yığışdı, dini dövlət qurdular” kimi bəsit ümumiləşdirmələrlə, nə edəsən, tez-tez rastlaşırsan. Sanki, bu adamlar özünə əziyyət verib, yaxın qonşumuzda baş verən 20-ci əsrin ən məşhur inqilabın (biz onun yaxşı, pis olmasını mübahisələndirmirik) araşdırmağı öz izzət nəfsi üçün həqarət sayır. Mənim təmannam ondan ibarətdir ki, heç olmaya “ay aman Azərbaycanda İran inqilabı təkraralanacaq” iddasın tirajlayanlar heç olmaya bu tarixi diqqətlə araşdırsın. Bu barədə axı indi lap çox sayda materiallar var. Xülasə, sözüm heç bu da deyil.

Mən bizdə möhkəmlənən bir mif barədə söz açmaq istəyirəm, o mif ki lap yuxarıda ona işarə elədim. Bizim çoxumuz hələ də dindarlara 19-cu əsrin maarifçilərin gözü ilə baxırıq. Çox adam səmimi olaraq hələ də belə sanır ki, mollalar və bu dəstəyə aid olanlar, kitab nədir bilməz, dünyadan xəbərləri yox, elmdən uzaq adamlardı və s.

Biləsiniz yoldaşlar, İranın İnqlabdan sonrakı ilk hökumət başşısı Mehdi Bəzirgan Parisdə yüksək təhsil görmüşdü. O tək deyil. Götürün Xomeynini Parisdən Tehrana uçarkən müşayət eləyən şəxslərin sırasına baxın. Hamısı İsveç, Almaniya, Fransada təhsil alan insanlardı.
Sadiq də onlardan biri idi.

Bu şəxs Xomeyni Fransada yaşarkən onun sözçüsü (mətbuat katibi) olub. Sadiq Tabatabai Almaniyada biokimya üzrə doktorluq dərəcəsi alıb. Onunla bağlı bir təəcüblü məqamı yazım. Deməli, İnqlabdan sonra bildiyiniz kimi İranda ABŞ səfirliyinin işçiləri əsir götürülür. Xomeyni onların azad olması üçün ağır şərtlər irəli sürür. Lakin, sonrada bir təhər kompramis əldə edilir, görüş üçün, ABŞ dövlət katibinin məsul əməkdaşı (adın xatırlaya bilmirəm, yadıma düşəndə əlavə edəcəm) ilə görüşə Sadiq göndərilir. Onun müsahibəsinə qulaq asmışam. Deyir ki, görüş Almaniyada hansısa villaya təyin edilir. Bu da oturub gözləyir. Sadiq içəri görəndə, etiraf edir ki, bir anlıq şok keçirdim. Amerkalı diplomat gözləyirmiş ki, indi əbalı, əmmaməli saqqalı biri gəlib buna “əmr be məruf, nəhy əz münkər”dən filandan danışacaq. Amma görür ki, qarşısında amerkan tərzində bir gənc dayanıb və müzakirədə də özünü çox yetkin aparır.
Sadiq Təbatəbai daha sonra Almaniyada İranın səfiri işlədi, 2 il əvvəl xərçəngdən dünyasın dəyişdi. Bütün bunları yazmaqla bəndeyi həqiriniz onu demək istədi ki, inamı, dini əqidəni savadın antipodu kimi qoymaq səhvdir. Çox dindar adam görərəsən ki, taxta parçasıdır, ancaq eyni zamanda əksi də mövcuddur.
Yaxud, biz inanclı alimlərlə də, rastlaşırıq, inancsız da. 


PS. Bu qeydlər, “dindar olmaq yaxşıdır, dinsiz” kimi müzakirələr üçün deyil. Müəllif xahiş edir ki, müzakirələri o istiqamətə yönəltməyək.
Müəllif sidq ürəkdən inanır ki, unversal dəyərlərə hörmətlə yanaşmağı bacaran hər kəs din baxışlarının fərqliyiyindən asılı olmayaraq başqaları ilə dinc, bərabər, qardaşcasına yaşaya bilər.


Mövzu ilə bağlı müzakirələr BU LİNKDƏ

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …