"Günəbaxanlar" filmi

Deyirlər, bu xaricilərin SSRİ-də çəkdiyi ilk filmdir. Fransa, İtaliya və SSRİ birgə çəkib. 1970-ci ildə tamaşaçıların ixtiyarına verilən bu filmə mən bayaq baxmışam (bəyənmədiyimiz ANS 2006-da tərcümə edibmiş).
Film müstəsna dərəcədə gözəldir. Süjet, aktrorlar, musiqi bir sözlə hər şey.
Yəqin ki, bu film barədə çox qiymətli sözlər deyilib. Ona görə "Günəbaxanlar" barədə iddialı bir sözüm yoxdur, bu böyük hünər istəyər. Mən sadəcə bunu deyə bilərəm. Bu film qərbdə insanlar maşınlaşıb, duyğular (o sıradan vəfa, sədaqət) ölüb yoxdur deyənlər üçün bir cavabdır. Bu filmdə biz görürük ki, dünyanın harasında, hansı şəraitdə yaşamasından asılı olmayaraq, insanların ürəylərinə, beyinlərinə hakim olan ülvi hisslər eynidir.
Film optimist notlardan kənardır. Bizim "kino kimi" dediyimiz xoş sonluqdan məhrumdur. Rejissor bizi də, qəhrəmanların da sonda buraxır həyatın dolaşıq, çətin yollarına.
Bir şey də var. Bizdə filmləri (kitabları) tərifləyəndə bu ifadə tez-tez işlənir. " Filan vaxt baş verən hadisəni çəkib (yazıb)". Guya ki, baş verən, bizim şahid olduğumuz nəyisə filmə, kitaba köçürmək guya o əsərin qiymətin birə beş qaldırmalıdır. "Günəxabanlar" sonda titr yazılarında bu ehkama zərbə vurur. Rejissor deyir: bu filmdə baş verənlər, adlar tamami ilə qondarmadır. Hansısa epizod sizə tanış gəlsə, əmin olun ki, bu bir təsadüfdür.
Çalışın, siz də mənim kimi ləng tərpənməyin. Çəm edin, baxın bu filmə.