20.2.17

Ən yeni tarix

Bəzi dostlar var, çox böyük etirasla, şövqlə tarix oxuyur, tarix barədə müzakirələr açır. Şübhəsiz, burda pis bir şey yoxdur. Lakin, bir məqam var. Məqsəd!
Tarix həm də bu gündür. Sənin tarixi öyrənməyin, olub keçənləri təhlil eləməyin nə üçündür-bu sualın cavabın vermədən keçmişə zaman ayırmaq həm bu gününü, həm gələcəyini zay eləməkdir.
Yaşadığımız hər gün tarixdir. Sən keçmişi, tarixi bu günlə uzlaşdıra, əlaqələndirə bilməyəcəksənsə, bu günü unudub keçmişlə nəfəs alacaqsansa, heyf o beyinə, heyf o əməyə.
Sən bu halınla olacaqsan, ən yaxşı halda bir muzey bələdçisi.
Təkrar eləməyə məcburam. Tarix həm də bu gündür.

"Günəbaxanlar" filmi

Deyirlər, bu xaricilərin SSRİ-də çəkdiyi ilk filmdir. Fransa, İtaliya və SSRİ birgə çəkib. 1970-ci ildə tamaşaçıların ixtiyarına verilən bu filmə mən bayaq baxmışam (bəyənmədiyimiz ANS 2006-da tərcümə edibmiş).
Film müstəsna dərəcədə gözəldir. Süjet, aktrorlar, musiqi bir sözlə hər şey.
Yəqin ki, bu film barədə çox qiymətli sözlər deyilib. Ona görə "Günəbaxanlar" barədə iddialı bir sözüm yoxdur, bu böyük hünər istəyər. Mən sadəcə bunu deyə bilərəm; "Günəbaxanlar", "Qərbdə insanlar maşınlaşıb, duyğular (o sıradan vəfa, sədaqət) ölüb- yoxdur" deyənlər üçün bir cavabdır. Bu filmdə biz görürük ki, dünyanın harasında, hansı şəraitdə yaşamasından asılı olmayaraq, insanların ürəylərinə, beyinlərinə hakim olan ülvi hisslər eynidir.
Film optimist notlardan kənardır. Bizim "kino kimi" dediyimiz xoş sonluqdan məhrumdur. Rejissor bizi də, qəhrəmanların da sonda buraxır həyatın dolaşıq, çətin yollarına.
Bir şey də var. Bizdə filmləri (kitabları) tərifləyəndə bu ifadə tez-tez işlənir. " Filan vaxt baş verən hadisəni çəkib (yazıb)". Guya ki, baş verən, bizim şahid olduğumuz nəyisə filmə, kitaba köçürmək o əsərin qiymətin birə beş qaldırmalıdır. "Günəxabanlar" sonda titr yazılarında bu ehkama zərbə vurur. Rejissor deyir: bu filmdə baş verənlər, adlar tamami ilə qondarmadır. Hansısa epizod sizə tanış gəlsə, əmin olun ki, bu bir təsadüfdür.
Çalışın, siz də mənim kimi ləng tərpənməyin. Çəm edin, baxın bu filmə.

Əməkdar işverən barədə

qopduğunuz budaqları unudun getsin,
pərişan xəzəl qardaşlarınızı əsla
(Rasim Garaja)
Hörmetli dostlar, deyerli ziyalılar.
Men sizi bir az uzaqlara aparmaq isteyirem. Meselen, 1937-ci ile.
Azerbaycanlıların çoxu hemin illeri meşum günler kimi xatırlayır: repressiyalar, sürgünler, hebsler, güllelenmeler ve s.
1937-ci ide heyata keçirilen ixtiyari qanlı hadisenin ne qeder absurd seslense de qanuni esasları olub.
Yeni, tutulan, güllenen, sürgün edilen adamlar barede sened toplanıb, kağız üzerinde onların günahkar olduğu sübut olunub.
Yeqin, ele bir adam tapmaq olmaz ki, onun üzüne duran, eleyhine şahidlik eden olmadan güllenensin ve ya başqa repressiya metodu ile izleşsin.
Üzeduranlar, çuğullar ...onlar bizi çimsindirir, az qala isteyirik, zaman maşınına minib 37-e gedib onlardan birini tapıb boğazın gemirek.
Amma, bir az temkin dostlar, ziyalı yoldaşlar.
Heç yere getmeye ehtiyac yoxdu. Bir sağ solunuza baxın.
Ne günlere qalmışıq bilirsizmi?
Adamlarımız çox rahatlıqla çuğulluq, üzeduranlıq edir. Özü de kime, kime?
Azerbaycanın heç bir ideyaya sahib olmayan, cahil ve savadsız hüquq mühafize orqanlarına.
Bir anlıq gözünüzün önüne Stalini, Bağırovu, Dzerjinskini, Beriyanı, sosialist quruculuğu illerin getirin, o biri yandan da İlham Aliyevi, Siyavuş Novruzovu, Zakir Qaralovu ve yeni azerbaycan partiyasını...
Bağırov, Stalin qarşısında sınan adamları başa düşmek olar, amma bu kiçik eqreblere agentlik edenleri esla.

(2014 fevral, facebook qeydi)

Dünya bizə biganədir, bəs biz özümüz?



20 ildir davam edən etnik münaqişə nəticəsində insan ev-eşiyindən olub. Əhalinin hər on nəfərindən biri ən zəruri ehtiyacların ödəyə bilmir.
Bu Konqo Demokratik Respublikasıdır!
Bunu niyə yazdım?
Bir: Dünya bizim Qarabağ (Xocalı və s) faciəmizə biganədir söhbəti üçün. Vicdanla deyin, biz özümüz guya Konqodan ötəri çox can yandırırıq? (Konqo tək deyil)
İki:
Qarabağ problemi müsəlman olduğumuz üçün həll edilmirmiş. Diqqət, KDR-da əhalinin 10 faizi müsəlmandır, 70 faizi xristiandır.

18.2.17

NİDA-da baş verənlərə dair

NİDA-çı dostlar, onlara və ümumən müxalif hərəkata simpatiya ilə baxanlar əsla son günlər "populyarlaşan" dönülük hadisəsinə görə çıxdıqları Böyük Yolla bağlı tərəddüd yaşamamalı, məyus olmamalıdırlar.
Çiyindaş olduğun, güvəndiyin birinin xəyanətə yuvarlanması ağırdır. Ancaq nə edəsən, heç bir hərəkat, heç bir təşkilat bundan sığortalanmayıb. Hətta müqəddəs sayılanların da düz bir metrliyindən tarixə düşən satqınlar çıxmayıb? Çıxıb.
İndi kimsə ağıllı çıxıb deyə bilər ki, qabaqcadan bilmək, ifşa eləmək lazım idi filan. Bunu deyən yoldaşlar güman ki, insan təbiəti barədə bir az xəbərsizdilər.
Siyasi mübarizə iradə, əsəb savaşıdır. Bunu qəbul edək və yola davam. Məşhur mahnıda deyilən kimi, onsuz da "yolun azanı qurd yeyir".

16.2.17

Made in Naxçıvan

Naxçıvanda qəbiristanlıq islahatları uğurla davam edir. Respublika ictimaiyyəti bu tərəqqipərvər addımdan məmnundur.

14.2.17

İran inqilabında bir detal

1979-cu ilə aid fotodur. Sağdakı İran inqliabının rəhbəri Ayətullah Xomeynidir. Oturmaq üzrə olan şəxsin adı isə Sadiqdir. Sadiq Təbatəbai. Sadiq Təbatabai Qəzzafinin aradan götürdüyü (bu gündə sağ olub, olmadığı bəlli deyil) məşhur islamçi reformist Musa əl Sədrin qardaşı oğludur. Onun bacısı eyni zamanda Xomeyninin gəlini idi.

Sözümüz başqadır.

Bizdə İran haqda qulaqdan dolma söhbətlər lap bezdiricidi. “Mollalar yığışdı, dini dövlət qurdular” kimi bəsit ümumiləşdirmələrlə, nə edəsən, tez-tez rastlaşırsan. Sanki, bu adamlar özünə əziyyət verib, yaxın qonşumuzda baş verən 20-ci əsrin ən məşhur inqilabın (biz onun yaxşı, pis olmasını mübahisələndirmirik) araşdırmağı öz izzət nəfsi üçün həqarət sayır. Mənim təmannam ondan ibarətdir ki, heç olmaya “ay aman Azərbaycanda İran inqilabı təkraralanacaq” iddasın tirajlayanlar heç olmaya bu tarixi diqqətlə araşdırsın. Bu barədə axı indi lap çox sayda materiallar var. Xülasə, sözüm heç bu da deyil.

Mən bizdə möhkəmlənən bir mif barədə söz açmaq istəyirəm, o mif ki lap yuxarıda ona işarə elədim. Bizim çoxumuz hələ də dindarlara 19-cu əsrin maarifçilərin gözü ilə baxırıq. Çox adam səmimi olaraq hələ də belə sanır ki, mollalar və bu dəstəyə aid olanlar, kitab nədir bilməz, dünyadan xəbərləri yox, elmdən uzaq adamlardı və s.

Biləsiniz yoldaşlar, İranın İnqlabdan sonrakı ilk hökumət başşısı Mehdi Bəzirgan Parisdə yüksək təhsil görmüşdü. O tək deyil. Götürün Xomeynini Parisdən Tehrana uçarkən müşayət eləyən şəxslərin sırasına baxın. Hamısı İsveç, Almaniya, Fransada təhsil alan insanlardı.
Sadiq də onlardan biri idi.

Bu şəxs Xomeyni Fransada yaşarkən onun sözçüsü (mətbuat katibi) olub. Sadiq Tabatabai Almaniyada biokimya üzrə doktorluq dərəcəsi alıb. Onunla bağlı bir təəcüblü məqamı yazım. Deməli, İnqlabdan sonra bildiyiniz kimi İranda ABŞ səfirliyinin işçiləri əsir götürülür. Xomeyni onların azad olması üçün ağır şərtlər irəli sürür. Lakin, sonrada bir təhər kompramis əldə edilir, görüş üçün, ABŞ dövlət katibinin məsul əməkdaşı (adın xatırlaya bilmirəm, yadıma düşəndə əlavə edəcəm) ilə görüşə Sadiq göndərilir. Onun müsahibəsinə qulaq asmışam. Deyir ki, görüş Almaniyada hansısa villaya təyin edilir. Bu da oturub gözləyir. Sadiq içəri görəndə, etiraf edir ki, bir anlıq şok keçirdim. Amerkalı diplomat gözləyirmiş ki, indi əbalı, əmmaməli saqqalı biri gəlib buna “əmr be məruf, nəhy əz münkər”dən filandan danışacaq. Amma görür ki, qarşısında amerkan tərzində bir gənc dayanıb və müzakirədə də özünü çox yetkin aparır.
Sadiq Təbatəbai daha sonra Almaniyada İranın səfiri işlədi, 2 il əvvəl xərçəngdən dünyasın dəyişdi. Bütün bunları yazmaqla bəndeyi həqiriniz onu demək istədi ki, inamı, dini əqidəni savadın antipodu kimi qoymaq səhvdir. Çox dindar adam görərəsən ki, taxta parçasıdır, ancaq eyni zamanda əksi də mövcuddur.
Yaxud, biz inanclı alimlərlə də, rastlaşırıq, inancsız da. 


PS. Bu qeydlər, “dindar olmaq yaxşıdır, dinsiz” kimi müzakirələr üçün deyil. Müəllif xahiş edir ki, müzakirələri o istiqamətə yönəltməyək.
Müəllif sidq ürəkdən inanır ki, unversal dəyərlərə hörmətlə yanaşmağı bacaran hər kəs din baxışlarının fərqliyiyindən asılı olmayaraq başqaları ilə dinc, bərabər, qardaşcasına yaşaya bilər.


Mövzu ilə bağlı müzakirələr BU LİNKDƏ