Ana içeriğe atla

Kayıtlar

Ocak, 2017 tarihine ait yayınlar gösteriliyor

"Min bir gecə"

Qədim əyyamlarda şahın könlünü şad etmək üçün ona nağıllar dəyişərdi. İndi vəziyyət tərsə dönüb. Şah bizə il boyu nağıl danışır.

"Elm və həyat"

Yaxud Heydər Əliyev ətrafında təmərküzləşmə Deyirlər ki, qədimdə cəmi bir elm, fənn olub-fəlsəfə. Sonra insanların müşahidə və bilikləri artdıqca, müstəqil elmlər formalaşaraq fəlsəfədən ayrılıb. Fəlsəfədən o qədər elm doğdu ki, bir ara dedilər daha onun missiyası başa çatıb. Ayrı-ayrı elmlər var və onlar həyatın müxtəlif problemləri ilə məşğul olacaq.
İndi düzü bilmirəm elmdə o müzakirələr hansı səviyyədədir, ancaq müşahidə elədiyim bir maraqlı hal var. Elmlər öz ata yurduna dönməkdədilər. Geridönüş baş verir.
Necə?
Məsələn, 2 il əvvəl orta məktəblərdə "Astronomiya" fənnin ləğv elədilər. Səbəbin soruşanda, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov dedi: "Bu fənn “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır".
Bir ay əvvəl isə eşitdim ki, bu dəfə "Həyat bilgisi" gedir işinin dalıyca. Onu da tədrisdən yığışdırılar. Yəqin, indi hər iki fənni, "…

"Natiqnamələr"

Xalqımızdan heç kim nigaran qalmasın. Xalqın yumor duyumu, yüksək məziyyətli mətnlərə həssaslığı yüksək səviyyədə imiş. Deyilən hər qiymətli sözü xalqımız əvəzsiz əmanət kimi öz yaddaş boxçasına salır və lazımı məqamlarda onu iti qılınc kimi yağılara endirir. Buyurun, bu da (aşağıda) sübut. Düşünürəm ki, "Su həyat mənbəyi olaraq qalır- Heydər Əliyev"-kimi aforizmlər öz yerini, amansız formada tərk edərək, yeni siyasətçilərimizin ixtiyarına verməkdədilər. Buna da şükür!