Ana içeriğe atla

Kayıtlar

2017 tarihine ait yayınlar gösteriliyor

"Fransada müsəlman olmaq daha asandır, nəinki Azərbaycanda"

"Demokratik qərb ölkələrində halallıqla yaşamaq daha asandır. Nəinki bizim ölkədə. Çünki burada halal yolla qazanmaq imkanı var, səni yalan, oğurluq, mərdimazarlıq kimi naqis əməllərə həvəsləndirən, təhrik edən amillər bizdəkindən çox-çox azdır". Günel Mövluda "Azadlıq" radiosu üçün verdiyim müsahibənin tamamın BURANI VUR OXU

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Sərdar Cəlaloğlunun yeni icadı

ADP sədri yoldaş Sərdar Cəlaloğlu "Nobel" mükafatı iddiasındadır. Burda pis bir şey yoxdur, ancaq, hiss olunur ki, "Nobel" ona yox, başqalarına nəsib olduqca, Sərdar bəy elmi intizamın gücləndirmək yerinə, atını minib tərsə çapır.
Məsələn, bayaq onun Əvəz Zeynallıya verdiyi müsahibəyə baxıram. Özünün ölkə və dünya çapında fəal siyasətçi olduğunu sübut etmək üçün Sərdar Cəlaloğlu dedi ki.. Yaxşısı budu özün dinləyək, balaca videodu
Dinlədinizmi? Ola bilər sizin googledə reytinqi necə müəyyən etməklə bağlı bilgiləriniz azdı, ona görə Sərdar bəyin dediklərindən bir şey başa düşməyəsiniz, yaxud da ona inanıb deyəsiniz "əhsən"!
Problem ondadır ki, Sərdar Cəlaloğlu özünün fəal siyasətçiliyin tamami ilə havadan götürülən "faktla" əsaslandırmaq istəyir.
Birincisi, Müsavat partiyasının yaydığı (yayıb, yaymadığı və nə zaman yaydığı şübhəlidir), həmin məqalənin etibarlığına biz hardan əmin olmalıyıq? Müsavat partiyası, yaxud bir başqa partiya cəmiyyət üçün…

Avara söhbətlər

“Avara” adlı köhnə bir hind filmi var. Sovet vaxtı çox məşhur olub. Filmdə bir momeneti dəqiqləşdirmək istəsəm də, onu tam gözdən keçirməyə hövsələm çatmırdı. Belə anda sizin kimi mən də “dosta zəng” xidmətindən istifadə elədim. Fizika-riyaziyyat müəllimi, can qardaşım Sahib Rüstəmliyə üz tutdum. Soruşdum, müəllim “Avara”ya baxmısan. Dedi, "20 dəfə" və bu mübaliğə deyildi. Sonra mənə lazım olan momenti soruşdum, tapança kimi onun da cavabladı. Bu müqəddimə idi, mətləbə keçək. “Avara” filminin Sovet Azərbaycanında nə qədər populyar olduğun fizika-riyaziyyat müəlliminin dediyi “20” rəqəmi bizə nümayiş etdirməlidir. Gəlin, yada salaq ki, riyaziyyatçılar, fiziklər əksərən baş beyninin sol payı daha inkişaf etmiş, sağ yarım kürəsi isə nisbətdə zəif qalan insanlardır. Bu isə o deməkdir ki, belə adamlar xəyalpərəstlikdən, romantikadan, xüləs emosionallıqdan uzaqdılar (buna görədir ki əksər riyaziyyat müəllimlərimiz bizə qəddar, quru, əzazil şəxsiyyət təsiri bağışlayıb). İndi hesabl…

Azər Həsrət mənfur rejimə meydan oxurkən

Aşağıda oxuyacağının məqalə 2003-cü ilin  28 oktyabrında "Azadlıq" qəzetində dərc edilib. Məqalənin müəllifi bu gün "tayfa telekanalizasiya"larında ikrah doğrucu çıxışları ilə seçilən Azər Həsrətdir. Qeyd edək ki, bir zamanlar İlham Əliyev və komandasını "it, küçük" deyib təhqir edən cənab Həsrət qəfil mövqe dəyişikliyi edəb hakimiyyət tərəfə adladı və hazırda "öz çınını bəyənməyərək" təhqirləri bir zaman biryerdə olduğu yoldaşlarına yağdırır. Lakin, aşağıdakı qədim mətni oxuyanda belə anlaşılır ki, Azər Həsrətin "tayfa telekanalizasiya"larında elədiyi o çıxışlar ürəyinin səsin ifadə etmir, o qəsdən belə çıxışlar edir ki insanlarda hakim rejimə qarşı antipatiya doğursun, vətəndaşlar hər gün əvvəlkindən daha çox rejimin dəyişməsi üçün səfərbər olsun. Çünki, cənab Həsrət məqaləsində çox böyük əminliklə bizi inandırır ki, bir müxalifətçinin, cəbhəçinin, müsavatçının yapçılaşması mümkün deyil. Oxuyaq. MÜXALİFƏTÇİLƏRİN YAP-ÇILAŞMASI     Hak…

Mitinqdə qızıl paylanacaq

Deyirlər, bir ağzıdualı, bütün ömürün xeyir işlərə, zəhmətə sərf edən kişi varmış. Amma adam hədsiz kasıb imiş.
Bir gün yoxsulluğundan təngə gələn o şəxs Tanrıya üz tutur. Çox təsirli formada şikayətlənir ki, nə üçün ona kömək etmir, axı yoxsulluq onu tam əldən salıb.
Kişi hər gün bir nazik körpüdən keçirmiş. Allah onu mükafatlandırmaq qərarın verir və beləcə həmin körpünün üstünə bir kisə qızıl atır.
Kişi nə edir? Körpüyə çatanda deyir, illərdir bu körpüdən istifadə edirəm, bu gün yoxlayım görüm gözü yumlu onu adlaya bilirəmmmi? Arxası da məlum.
Əziz dost,  "Məhsul" meydanında ("İnşaatçılar" metrosunun yanı) müxalifətin mitinqi var. Bu mitinq bax o yuxarıda göstərdiyim "qızıl kisəsi" kimi bir şeydir. Gözünü aç, mitinqə qatıl.
Bəsdir, taeleyindən gileyləndin. Dəyişiklik məhz sənin addımlarından, gözü açıqlığından asılıdır. Ayağa dur və o meydana get. Get öz haqqını tələb et, maddi mənəvi sərvətlərimzi talayıb bizi yoxsul buraxanlara sözünü de!

Basatın Təpəgözü öldürdüyü boy haqqında

Bayaq televizoru youtuba qoyub yatmışdım, ayıldım ki, "Dədə Qorqud" dastanı barədə cizgi filmi gedir. Konkret desək, başlıqdakı boya dair.
***
İlk dəfə idi görürdüm, 2003-də çəkilibmiş. Maraqla izlədim. Yaradıcılıq məhsulu kimi bərbad idi, bununla işim yoxdur. Ancaq bir yerdə məni fikir götürdü. Azı 4-5 dəfə oxumağıma baxmayaraq, bu momenti heç zaman tutmamışdım ( "Dədə Qorqud" hər kəsin oxuması vacib olan kitablardandı. Son dərəcə gözəl, son dərəcə maraqlı bir mirasdır, qədrin bilək).
***
Demək, orda bir yer var, Təpəgözün necə dünyaya gəldiyini göstərir. Çoban bir pərini tutur, üstnünə yapıncısın atır. Sonra pəri uçub gedir, gedəndə də deyir ki, ağsaqqal bax, bir il sonra gələrsən əmanətini götürərsən, amma bil ki, özünü də Oğuz elini də zibilə saldın. Bundan sonra Təpəgöz dünyaya gəlir. Cizgi filmidir, prosesin bu formada təfərrüata varmadan verilməsi başa düşüləndi. Maraq məni çəkdi ki, bəs görən bu zorakılıq səhnəsi kitabın özündə necə əks olub.
Açdım kitabı …

Mitinqdə adam yemək

Belə bir agentlik var-APA. Hakim rejimin digər media orqanları ilə müqayisədə normaldır (APA azad media deyil, öz səngər yoldaşları ilə müqayisədə normal yazmışam-bunun fərqinə varın).
Buna baxmayaraq, ötən gün Milli Şuranın mitinqi barədə APA-nin oxucularına təqdim etdiyi fotonu yuxarıda görürsünüz.
Gəlin sual qoyaq: bu foto obyektiv realllığı, dünənki mitinqi ifadə edirmi? Xeyr, qətiyyən.
Bəlkə fotonun altında "mitinq başlamazdan əvvəl" qeydi qoyulub? Xeyr, o da edilməyib.
Demək, bu fəaliyyəti ilə APA şər-şəbədə polis bülleteni dərc edən məcmüadən başqa bir şey deyil.
Müzakirəyə təqdim etmək istədiyim fikirsə, heç də apa ilə bağlı deyil. Apa sadəcə bizim öz düşüncəmizi formalaşdırmaq üçün vəsilədir, vasitədir.
Fikir verin, bunlar bilə-bilə ki, mitinqin həqiqətən necə keçməsini, orda iştirakçı sayını göstərən videolar, fotolar yüksək səviyyədə paylaşılacaq və beləliklə onların mitinqdən əvvəl çəkdikləri fotonun reallığı əks etdirmədiyi bilinəcək, yenə bunu edirlər. Aydındı…

Mitinqi necə gözdən salmaq olar?

Dünən mitinqdən sonra bir yoldaş deyir ki, televiziyalarda, sosial şəbəkələrdə hakimiyyətin apardığı anti-təbliğat kampaniyasının nəticəsi "nol" oldu. Yəni, özlərin öldürdülər, min bir böhtana, yalana əl atdılar, polisi köməyə çağırdılar, amma nə fayda xalq meydana dolub sözün dedi. Düz gözlərinin içinə rejimi yalana və talana qurşanmaqda ittiham olundu. Mən dedim ki, dostum, bir az haqlısan, bir az haqsız. Haqlısan o mənada ki, doğrudan da hakim rejimin öz təbliğat vasitələrində qaldırdığı tozanağın faydası olmadı. Haqsızsan o mənada ki, bu faydasızlıq qətiyyən mənfur rejimin təbliğatçılarının qeyri-peşəkarlığına görə deyil. Heç bir peşəkar təpədən dırnağa cinayətə, yalana qurşanmış qüvvəni təmizə çıxarmaq, ona haqq qazandırmaq gücündə deyil. Düzü müdafiə eləməyə nə var ki? Düzü, haqqı müdafiə etmək üçün bəzəkli, təmtaraqlı, çoxgedişli mətnlər düşünməyə ehtiyac yoxdur. Sadə formada deyirsən "qatıq ağdır", qarşındakı da deyir, "elədir, ölənlərin rəhmət". İş do…

İlqar Məmmədovla bağlı iki düşündürücü sual

REAL sədri İlqar bəy haqda qoyduğum sualın cavabı bəllidi: hakimiyyət onu xoşlamadığından, daha çox başqaların qorxutmaq üçün günahsız yerə həbs edib. İlqar bəylə bağlı Avropa Məhkəmsinin bir müsbət qərarı da var. Göstərilir ki onun barəsində çıxarılan həbs qətimkan tədbiri qərəzlidir. Buna görə hökumət cəzalanıb da. Yada salım ki, İlqar bəy siyasi çevrəmizdə Qərbin mütərəqqi kəsimi ilə ən sıx təması olanlardandı. Üstəgəl adam neçə ildi Avropa Şurasının "Yay məktəbi"nə ölkəmizdə direktorluq edirdi.
Onu tanıyanlar onun günahsızlığına da əmindilər və buna görə də İ. Məmmədova azadlıq tələb edirlər. Fəqət, azadlıq hələ yoxdu.
Bunları Trotskinin kitabında bir informasiyanı oxuyarkən xatırladım. Diqqət edək.
1936. Stalinin zirvədə olduğu zamanlar. Qılıncının önü də kəsir, arxası da.
və bu adı unutmayın- Viktor Serj Kibalçiç. Gəncliyində anarxist olan Serj 20-ci ilin ortalarında həbs edilir və 1928-də azad olunur.
1933-də yenə həbs edilir. Sol ziyalıların Fransada keçirdiyi etiraz kam…

Əliyev hakimiyyətindən nə üçün tezcə canımızı qurtarmalıyıq?

Əliyev hakimiyyətindən nə üçün tezcə canımızı qurtarmalıyıq?
İlham Əliyevlə görüşən bu cənabın adı Tyorborn Yaqlanddır. O, Avropa Şurasının baş katibidir. Siyasətlə maraqlananlara cənab Yaqlandın necə təmiz siyasətçi, hətta dövrümüzə xas olmayan idealistliyi çoxdan bəllidir. Onun olduqca vicdanlı, mədəni, demokratik şəxs olmasını Azərbaycanın sərsəm hakimiyyət təbliğatçılarından başqa yadıma gəlmir kimsə mübahisələndirsin. Görün, bu insanlar (Azərbaycanı idarə edənlər) böhtançılıq, şərbazlığı hara qədər qaldırıblar ki, Yaqland ona qarşı Azərbaycan hakimiyyətinin apardığı qara təbliğata qarşı dünən belə bir bəyanat yayıb: Avropa Şurasının bütün tarixi boyu onun baş katibinə qarşı belə qarayaxma kampaniyası olmayıb! (Məlum açıqlamanı burdan oxu http://bit.ly/2yBaT0Q ) Təsəvvür edirsinizmi? Bunlar Yaqland kimi təmkinli, kübar insanı da öz axmaq, vulqar, səviyyəsiz qara kampaniyaları ilə hövsələdən çıxartdılar. Mən indi Yaqlandın təəssübün çəkmirəm. Nəyimə lazımdır? Məni öz dərdimiz …

Kimdir bizə dost, kimdir düşmən?

Bu yoldaş Aleksandr Dugindir. Sadə arayış verim ki, bu şəxs Putinin, Rusiyanın fikir atası sayılır. ABŞ və ümumən qərb dünyası barədə nəzəri, ideoloji tezisləri Rusiya hakim dairələri üçün bu düzüb qoşur. Biz o tezislərin nə qədər düz-səhv olduöğun müzakirə etməyəcəyik, sözümüz başqadır.
Bizim rəsmi qəzetlər, müəllif hüquqların gizlətsə də, bir qayda olaraq, Duginin anti-qərb tezislərindən istifadə edir. Ancaq bir şey var. Dugin onun nəzəriyyəsini necə qiymətləndirməyimizdən asılı olmayaraq, öz ideyasına inanan adamdır. O, ORT önündə də, BBC, "NYTimes" önündə də Qərb, liberal demokratiya, Avrasiyaçılıq barədə eyni sözləri deyir, eyni emosional tövrü nümayiş etdirir. Məsələn, 4-5 ay olar, onun "BBC"-nin müxbiri ilə müsahibənin 2-3-cü dəqiqəsində sözü çəpləşdir, durdu onu tərk elədir. Dedi ki, siz öz demokratiya anlayışınızla məni sıxışdıra, mühakimə edə bilməzsiniz və s. Bəs Duginin təqlidçisi olan bizimkilər? Tipik nümunə İlham Əliyevin özü. Məktəblilərin önünə çıxı…

"Dost dar gündə bilinər"

Ardıcıl olaraq başıma belə işlər gəlir; bilirsiz ki, qardaşım Murad Adilov şərlənib, türmədədir, mən də ölkədən kənarda. Belə bir hal istəməsəm də məni ara-sıra dostlarıma, yoldaşlarıma möhtac qalıram. Onlardan müxtəlif xahişlər edəsi oluram. Son vaxtlar bu gözəl insanlardan o ən elementar xahişlərdən ustalıqla o qədər yayınmalar görürəm ki, pərişan olmamaq əldə deyil.
Bu an Natiq Adilov dedi ki, ey Kəlilə, dərdimi izah eləmək üçün gəl sənə "kənd müəlliminin qəzet alma mükülü"ndən söz açım. Kəlilə dedi, o necə olur? ***
Bir kəndiçimiz var (Allah ondan bu dünyada da o dünyada da razı qalsın), rayon mərkəzinə hər gün yolu düşən adamdı. Mən kənddə müəllim işləyəndə, hər gün ona pul yollayar (səhər obaşdan getdiyindən özünü görə bilmirdim), xahiş edərdim ki, gələndə mənə "Azadlıq" qəzeti alsın. Bir gün keçir, iki gün keçir üçüncü gün qəzet gəlib mənə yetişirdi. Yaxud 3-cü gün xəbər göndərirdi ki, qəzeti qoymuşam filankəsgilə, gedib götürərsən. O gözəl insana necə başa …

Düşmən ocaq başında?

 Yaxud Lapşini kim döyüb
Əvvəlcə, nabələd oxucular üçün kiçik arayış. Bu il fevralda Lapşin adlı bir bloqçu Belarusda həbs edilib Azərbaycana gətirildi. O, dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirlirdi. Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına daxil edilib. Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və bu dəfəki səfər barədə bloqunda yazıb. ***İndi keçək əsas məsələyə. Bloqçu Lapşin bir neçə gün əvvəl qəfildən, qəribə formada əfv edildi. Qəribəlik onda idi ki, bir qayda olaraq əfv fərmanları əlamətdar günlərdə verilir və adətən bir yox, azı 50 nəfər bu fərmana düşür. Düzdü, prosedur kimi burda qüsur yoxdur. Lakin, razılaşaq ki, bu fərman da elə belə, sırf prosedur naminə ortaya çıxmayıb. İndi deyirlər, bunu İsrail təkid edib. Ola bilər. Ancaq görün təzyiq, təkid hansı formada olub ki, Əliyev "bir az gözləyin qabaqdan…

Prezidentin saytında nə görsəm yaxşıdır?

Dünən çox möhtəbər bir diplomat qonaq dövlət başçısı İlham Əliyevlə görüşüb. Gecə rəsmi xəbərləri oxuyanda, açıq deyim, çox dilxor oldum. Ona görə ki, prezidentin saytından belə çıxırdı ki, qonaq- ATƏT Parlament Assambleyasının sədri cənab Kristin Muttonen ölkəmizlə bağlı dünyanı və azərbaycanlıları narahat edən məsələləri "unudub" yersiz "şən maarifçilik" edib. (Görüş barədə xəbərdən skrini aşağıda yerləşdirirəm)
Lakin, bu gün sağ olsun, "Azadlıq" qəzeti üzə çıxarıb ki, görüşdə çox ciddi mətləblərə toxunulub. Sadəcə söhbətin məğzi təhrif edilərək ictimaiyyətə təqdim edilib. (Həmin məqaləni buranı vur oxu) İndi sual yaranır. Prezidentin mətbuat xidmətinin o forma informasiya yayması nəyə xidmət edir? Bununla tutaq ki, azərbaycanın sadə əhalisinin başın qatdınız, nolsun. Bunun nə əhəmiyyəti?
Birincisi, sadə əhali üçün o görüşün heç bir diqqətçəkən yanı yoxdur.
Belə informasiyalara həssas təbəqəni isə bu sayaq primitiv metodlarla uzun müddətəlik aldatmaq ol…

Trampı aciz qoyan suallar

"3 milyard dollarlıq" zərbə hakimiyyət üçün betər tutarlı olub. Novruz Məmmədovun təbirincə desək, beynəlxalq mediada gedən məqalələr hakim düşərgənin ideoloqlarını da pis "havalandırmayıb". Rəsmi açıqlamalarda, məqalələrdə 3 milyard dollarlıq korrupsiyaya verilən cavablar, son dərəcə isterikliyi ilə fərqlənir. Hakimiyyət belə skandallardan həmişə "müdrikcəsinə susmaqla" çıxardı, bu dəfə şeytan onları yoldan azdırıb, danışırlar, amma hər belə danışıq, açıqlama aydın səmada qəhqəhə ildırımları çaxdırır. Aşağıdakı abzaslara lütfən, diqqət edin. Bir: D.Tramp ABŞ prezidentidir. Seçildiyi gündən, bu günə qədər ABŞ mediası ilə müharibə şəraitindədir. Onun ABŞ-ın ən nüfuzlu qəzeti- "Vaşiqnton Post”u tviterində "yalançı" adlandırması lap təzə söhbətdir. İki: "Azərbaycan" qəzeti Milli Məclisin rəsmi qəzetidir.





Vəkil də belə iş görər?

Yalçın İmanovu kim tanımırsa, mütləq onu tanımağa çalışsın. Çünki, çox eşidirik, hamı şikayətlənir "axıniyə bizim ölkədə yalançılar, əclaflıq edənlər, mərifətsizlər, oğrular hər yanı götürüb, yaxşı adamlar yoxdur". Yaxşı adamlar var, özü də lap yaxşı. Amma biz bəzən tənbəllik, bəzən isə öz "işimizə yaradığı" üçün onları qiymətləndirmirik, axtarışına çıxmırıq. Yalçın bax, o cür insanlardandır. Dürüst, mərd, peşəkar, insansevər. *** Yalçın bəy vəkildir. Ən çətin işlərə olduqca məsuliyyətli, həssaslıqla can yandırır. Özü də qarşılıq güdmədən. Peşə kodeksinə və yüksək mənəvi meyarlara onun nə qədər bağlı olduğuna birbaşa şahidlik etmiş adamam. Başağrısı deyilsə yazım. Qardaşım Muradı tutmuşdular. "Bandotdel"də saxlanılırdı. Muradın işgəncəyə məruz qalması barədə əlimizdə çoxlu informasiya vardı. Yalçını da vəkil seçmişdik. Ancaq, elə o işgəncə faktının ört-basdır edilməsi üçün "Bandotdel" qanunsuz olaraq vəkilin Muradla görüşməsinə imkan vermirdi. İki-ü…

Həmişə gecdir

Həmişə gecdir, həmişə nəzərə almaq lazımdır ki, fürsət yoxdur və bu gün deyilə biləcək sözü, bu gün görülə biləcək işi heç zaman sabaha saxlamaq olmaz, çünki həmişə gecdir. 
"Hələ tezdir" deyən məsləhətpərəst şəxslərdən fərqli olaraq mən deyirəm ki, həmişə gecdir. 
Bu gün görmək istədiyimiz hər bir iş, azından yüz illər öncə görməli olduğumuz işdir. Buna görə də hər nə iş olur olsun, gecikib...
(c) Dr. Əli Şəriəti

Elçibəy barədə qeydlər

Və ya biz kimi itirmişik?.. Bu gün Milli Azadlıq Hərəkatının lideri, eks-prezident və AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin dünyasını dəyişdiyi gündür.
Biz “narahat ruh” ifadəsini qəbul ediriksə,  illərdir başımızın üstündə Elçibəyin narahat ruhunun dolaşdığını deyə bilərik. Amma bir şey də var ki, 2000-ci ilin avqustuna qədər olduğunu kimi, indi də ictimai-siyasi meydanda Elçibəy faktoru diridir, sözünü deyən, eşidiləcək həddədir.
                                                 ***
Elə sonuncu mitinqdə coşqulu kütlə aksiyanın məram və məqsədinə aidiyyəti olmadığı halda, birdən-birə “Elçibəy” deyə hayqırmağa başladı. Bəlkə də mən mistikaya varıram, amma “Elçibəy!” şüarı etirazçı insanlar üçün “Ura!” tipli bir səfərbəredici şüara çevrilməkdədir.  
                                                  ***
Elçibəy indi çox populyardır. Xüsusən gənclər arasında yeni bir Elçibəy renesansı gedir – bunu yazsam, yəqin, çox şişirtmiş olmaram. Elçibəy haqqında bir zamanlar səslənən irad vardı: “Gərə…

Gələcək haqda düşüncələrim

Bu nazir balalarının adamları maşınla vurub öldürməsi şükürlük hadisədir. Sabah, biri gün bunlar "İstiqlal" küçəsində, "Neftçilər" prospektində camaatın balasın sadəcə kefləri istədiklərindən güllələyib, zövq qalsanlar heç təəccüblü olmaz (İnanmasan, Sorokinin "Snayperçi" hekayəsin oxu). Ola bilməz deyirsənsə, onda soruşum: İnsanı o cür qanlı əyləncəli cinayətdən nə çəkindirə bilər? Deyəcəksən: Qanun, cəza! Məndə deyəcəm, sənin ölkəndə qanun yazan adam sənə "otxod" deyən adamlardısa, o nə qanun olacaq?!
Sənin ölkəndə qanun yazan adamlar o kürsülərin rüşvət verib, yaltaqlıq edib tutublarsa, onun yazdığı nə olacaq?
Sonra soruşacam; Azərbaycanda bəyəm elə cinayət varmı ki, pul verib, yalataqlıq edib ondan azad olmayasan? Sonra deyəcəksən ki, o qanlı əyləncəni həyata keçirməyə mənəvi dəyərlər, vicdan-filan imkan verməz.
Mən də deyəcəm ki, sadəlövh olma. Mənəvi dəyərlərə sahib çıxan adam o ölkədə insanları bir tikə çörəyə möhtac qoyub, korrpusiya yolu i…

Tilsimdən özünüzü azad edin

90-cı illərin əvvəlində, Heydər Əliyev hakimiyyətə gələndə onun reytinqi kəllə-çarxda idi. Reytinqin belə olması, o demək idi ki, xalqın bu şəxsə etimadı və dəstəyi yüksəkdir. Buna rəğmən Heydər Əliyev nə xalqımızın ən yaralı problemi olan Qarabağ məsələsində bir təsirli iş görə bildi, nə də ölkəni taqətdən salan rüşvətxorluq, yaltaqlıq kimi neqativ halları aradan qaldırdı. Əksinə... ***
3-4 il əvvələ qədər Azərbaycana neftdən gələn pullar kəllə-çaxrda idi. Tarixi boyunca ölkəmizə heç vaxt bu qədər kapital axmamışdı.
Buna rəğmən İlham Əliyev nə xalqımızın ən yaralı problemi olan Qarabağ məsələsində bir təsirli iş görə bildi, nə də külli miqdarda pul olmasına baxmayaraq azərbaycanlıların elementar rifah problemin həll etdi.
Əksinə... ***
İndi göstərdiyim bu iki faktdan sonra kimsə hələ də Əliyevlərin ölkə və xalqımız üçün faydalı olacağını düşünürsə, o adamlara "qəflət yuxunuz şirin olsun" deməkdən başqa əlac qalmır.
Bu adamlar ən güclü vaxtlarında sadalanan məsələlərin öhdəsindən…