"Taxtabaş ziyalı"ya bir sual

Tale Bağırzadəni ona görə müdafiə etmirsən, hətta böhtana məruz qoyursan ki, o dindardı, dünya baxışında əsas ağırlıq din təşkil edir.
Bəs, onunla birgə tutulan, namazı-orucu olmayan, sənin kimi qalstuk-kostyümlü, hər an dünyəvi və demokratik Azərbaycan üçün can qoyan və yeganə günahı yazdığı status olan Fuad Qəhrəmanlını niyə müdafiə eləmirsən, ay "xalq şairi?"
Nə Fuad, nə Tale sizin kimi başı qarnına calaq olan, "zülmət saçan ziyalılara" (ifadə Asif Atanındı) müdafiənizə ehtiyacı var. Sadəcə, bu tablonu sizin riyakarlığınızı göstərmək üçün çəkdim.