"Sekülyar" müəllimlər

Məsələnin bir yanı da var, deyim sizə.
Bu gün o günahsız yerə uzun müddətə həbsə göndərilən dindarlara həqarət edənlər ki var, onlar öz əclaflığını pərdələmək üçün özlərin sekülyar göstərirlər.
Aldanmayın.
Onlarla sekülyarlıq arasında yerlə göy qədər fərq var. Bu cürə adamlar sadəcə opportunistlərdi, fürsətcillərdir. İnanın, sabah hansısa dini qruplaşma güc, söz sahibinə çevirilsə, onlar gündə 25 rükət namaz qılacaq, 3 ay oruc tutacaq, şəriətin başqa qaydalarına laqeyd yanaşan başqası üçün eynən bu günkü qəddar davranışı göstərəcək.
Nəyə əsasən deyirəm?
Çünki, bu gün o namərdliyi edən adamları (haqsız yerə həbs olunan, dəhşətli işgəncə görən və indi bizə cavab vermə imkanı olmayanları) yamanlaranlar əksərən kimlərdi? Adı JEK işçisinə etiraz etməyə cürəti çatmayanlar, 5-6 manatlıq maaş üçün hansısa gönüqalın birinə səcdə edənlər. İndi siz deyin, bunlar sabah iraq olsun, doğrudan dövlət quruluşuna real təhlükə olanda sinəsin qabağa verən tiplərdi??