Ana içeriğe atla

Qızını öldürmək istəyən Mirzə Cəlil

Mirzə Cəlili yenidən tanımaq üçün “Xatirələrim”i oxmağınız vacibdir

Cəlil Məmmədquluzadənin orta məktəblərdən şüurlarımıza hopan bir fotosu var. Bu sətirləri oxuyan kimi yəqin… dərhal gözünüz önünə o foto gəldi: bığları yuxarı dartılan, dolu sağlam sifətli və bir az özündən razı, kefli bir obraz…
Mirzə Cəlilin yazıları da bir başqa aləmdir. Böyük acılardan yazsa da, onun əsərləri dodağımızı qaçırdır, kefimizi açır. Adam onun əsərlərini oxuduqca deyir; nə ola bu adamın yanında olasan, doyunca söhbət edə, zarafatlarını dinləyəsən. Beləliklə, beynimdəki Mirzə Cəlil çox şən biri idi. Həmidə Xanım Cavanşirin “Xatirələrim” kitabını oxuyanacan.

Qorxaq, şübhəcil, vasvası…

Bu kitabı ərsəyə gətirən Mehriban Vəzirdir, bu iş üçün mən ona təntənəli surətdə təşəkkür edirəm.
Həmidə xanımın bu kitabını mən cana faydalı əsərlər sırasına salmışam və kitab oxumağı bacaran bütün insanlara onu şiddətlə tövsiyə edirəm. “Xatirələrim” bizə Mirzə Cəlili və onun zamanını anladan ən sanballı mənbələrdəndir. Həmidə xanımın anlatdığı Mirzə Cəlil şüurumdakı Mirzədən fərqlidir. O, vasvasıdır (otağına belə elan yazıbmış: xahiş edirəm mənimlə əllə görüşməyin, uzun söhbətlərlə başımı qatmayın) əsəbidir, qaşqabaqlıdır və qorxaqdır.
“Çox ehtiyatlı və şübhəcil idi. Bəzən çox qorxaq olurdu. Tək-tək adama inanırdı. Gecə yatarkən otağın bütün qapı-pəncərələrini bağlayırdı”.

Övlad qatili olacaqmış

400 səhifəyə qədər kitabda Mirzənin bircə zarafatını da görməyib xeyli təəccübləndim. Əvəzində onlarla yerdə belə qeydlər var: “Mirzənin kefi yox idi”, “Mirzə əsəbi idi” və s. Bəli ümumiləşdirilmiş formada bir-iki yerdə Mirzə Cəlilin kefinin kök olduğu yazılıb, amma ailədə, dostları ilə bağlı bircə dodaqqaçırdan da xatirə yoxdur.
Mirzə Cəlilin sinirlərinin çox oyaq olmasına dair bir əhalvatı onun özünə istinadən Həmidə xanım belə yazır: “Mirzə Cəlil 1898-ci ildə Naxçıvanda yaşayanda bir yaşlı qızı bərk ağlayırmış, uşağı sakitləşdirmək mümkün deyilmiş. Uşağın çığırtısından bezən Mirzə onu quyuya tullayıb canını qurtarmaq üçün qucağına alır və… yolda fikrini dəyişir”.

AXC və Sovet Azərbaycanına qarşı biganəlik

Mirzə Cəlilin qorxaqlığı başadüşüləndir. Azı dörd dəfə onun barəsində (Bakıda, Qarabağda, Iranda, Tiflisdə) ruhanilər ölüm hökmü çıxarır. Hökm olsa da bunu reallaşdırmaq kimsəyə qismət olmur. Mən bu məqamı Azərbaycandakı jurnalist qəsdləri ilə tutuşdurdum. Deməli, dövlətin marağı yoxdursa, yazar haqqında ha hökm çıxarsınlar, onu həyata keçirmək asan deyil.
Mirzə Cəlilin AXC və sovet Azərbaycanına da münasibəti birmənalı olmayıb. Həmidə xanım bir tərəfdən yazır ki, onun da, ərinin də Müsavat hökumətinə münasibəti yaxşı olmayıb, onların Həmidə xanıma deputat olmaq təklifini rədd edib. Amma maraqlı burasıdır ki, türklərin Şuşada nizam-intizam yaratmasını, ermənilərin təcavüzünü dayandırmasını xoş sözlərlə yad edib. Bakını azad edən Nuru Paşanın Ağdamda onlarda qonaq qalmasına da Həmidə xanım ayrıca diqqət ayırıb. AXC-nin yıxılmasından sonra qurulan Sovet Azərbaycanına münasibətini isə biz sözlərdə yox, əməllərdə görürük. Mirzə Cəlilin ailəsi AXC yıxılandan dərhal sonra “bu yerlərdə rahatlıq itdi” deyib, Irana üz tutur.

Əlyazmalar yanır

Ara sakitləşəndən sonra Azərbaycandan geri dönüş dəvəti alan Mirzənin Azərbaycan rəhbərliyinin əksəri ilə əlaqəli olsa da nə jurnalı, nə də özü üçün heç bir şəraitlə təmin edilmir. Ona verilən ev o qədər dar olur ki, hətta ailə üzləri sığışmır.
Təsirli səhnələrdən biri də bu: 1931-ci ildə evin soyuqluğu ucbatından Mirzə Həmidə xanımın israrına baxmayaraq, əlyazmalarını sobaya atıb otağı isidir…

Çara da xiffət edirik

“Xatirələrim”də heyran qaldığım bir məqam da Çar sisteminin poçt xidməti oldu. Belə görünür ki, insanlar o zaman bir-biri ilə çox rahatlıqla məktub əlaqəsi qururmuşlar. Məktublar indiki kimi orda-burda itib batmırmış (Yasamal məhkəməsi ilə bizim redaksiyanın arasında 2 km məsafə var, amma bu qədər yaxından məktub bəzən bir aya gəlib çatır).

Zəhmət heç vaxt ayıb deyil

Mən mediada çalışan və öz qələmini şərə satan çox insanları tanıyıram. Onların ən böyük özünümüdafiəsi belə olub: mən yazı adamıyam, azad, tənqidçi mətbuatda da balamı saxlamaq üçün pul yoxdursa, neyləməliyəm. Mən neçə dəfə belələrinə demişəm, gedib qoyun otar, göyərti sat, təki vicdanla yaşa! Onların cavabı: mən qələm adamıyam!!
Mirzə Cəlil də qələm adamı idi, düşünmürəm, səngərdəyişənlər ondan daha yaxşı yazsın. “Xatirələrim”də oxuyuruq ki, o boyda nəhəng Mirzə Cəlil günlərini təsərrüfatda keçirib, pambıq əkib, taxıl biçib və s.

“Ermənipərəst Amerika”

Bizdə çox yanlış olaraq, özümüzdən başqalarına qarşı etimazsızlıq var. Bizə çox vaxt elə gəlir ki, bütün dünya dövlətləri, xüsusən xristina dövlətləri sıradan çıxmağımız üçün gecə-gündüz düşünür. Amerikanın, Avropanın ermənipərəst olması barədə AzTV-dən saatlarla tezislər eşitmişik. Bir xatirə yazım, bəlkə başqaları ilə münasibətlərimizi götür-qoy etmək üçün vəsilə oldu. Həmidə xanım bildirir ki, 1918-ci ildə Qarabağı dəhşət aclıq bürüyür. Bu zaman xəbər gəlir ki, Amerikadan doktor hartman adlı biri Şuşanın erməni səmtində yerləşib və ermənilərə yardım edir. Həmidə xanım tərəddüdlə o həkimlə görüşə gedir və müsəlman şuşalıların acınacaqlı vəziyyətindən söz açır və… “doktor məni dinləyib həmin saat sərəncam verdi. Onun göstərişi ilə mənə böyük həcmdə pul verdilər. Sonra qənd, çay, qəhvə, müxtəlif dənli məhsullar və başqa ərzaq növləri ilə yardım etdilər”.
Yazını uzada bilərəm, ancaq daha yaxşısı kitabı təcili tapıb oxumağınızdı.

Qeyd: Bu məqaləm "Azadlıq" qəzetinin 16 Avqust 2012 sayında dərc edilib. Link BURDA

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil