Ana içeriğe atla

Qəlbə düşən ilk şübhə

Pambığa minnətdarlıq duyğusu ilə
 Mən siyasi şübhədən danışıram. Söhbət o zamandan gedir ki, Heydər Əliyevi siyasi olimpin tam zirvəsində saymaq olardı. Hakimiyyəti təzə ələ keçirmişdi. Siyasi savadı o qədər zəngin olmayan, sadəlövh azərbaycanlılara görə o peyda olan “Xızır Nəbi” idi.
Camaat, çətinliklə dolanırdı. Hamı həyatında əsaslı dönüş gözləyirdi. 
 O vaxt məktəbli idim, sadə, siyasətdən uzaq bir kənddə yaşayırdım. Mən tam bilmirdim, ölkədə nələr olub, keçir, vəziyyət nə cürədir və hara gedir. Ancaq, Heydər Əliyevin az qala hər ay keçirdiyi müşavirələr ( indikindən uzaq qabaq AzTV başdan ayağa Heydər Əliyev olardı), mənim kimi məktəbliləri belə siyasətə boylanmağa vadar edərdi. Onlardan isə bunu öyrənirdi ki, ölkə xaraba günə qalıb, bunu təbii ki, keçmişdəki hakimiyyətlər edib. İndi vaxt yetişib, "baba" onları sahmana salacaq.
Görürdüm ki,  tutaq ki,  Heydər Əliyev icra başçıların, hətta kolxozçuları yığıb danlayır. Onlar da günahların boyunlarına alır ki, yaxşı işləməmişik, tutaq ki, arat işin səhlənkara aparmışıq, nə bilim texnikanı mütəşəkkil formada şümlayama cəlb eləməmişik, ona görə də nəticə xoşagəlməz olub.
Heydər Əliyev deyərdi, ok, demək səhvini başa düşdün. Söz verirsənmi, gələn dəfə bunlar təkrara olmayacaq, nəticə zirvəyə dırmaşacaq.
Başçılar, kolxoz sədrləri and içər, aman edərdilər ki, ağsaqqal, bu nə sözdü, canla-başla sizin tapşırığınız ən yüksək səviyyədə həll olacaq.
Mövsümün axırında daha bir müşavirə olardı.  Görürdün ki, əşi heç nə dəyişməyib. Nəticələr keçən dəfəkindən də zaydı. Bu isə Heydər müəllimə əsəbiləşmək, baçşıları, kolxoz sədrlərin xalqın gözündə bədnam eləmək üçün növbəti imkankar yaradırdı.  O hiddətlənər, yumruğunu havada silkələyər, mənfur çinovnikləri iş bacarmadıqların görə lənətləyər, tənbeh edərdi. Xalq da baxar, deyərdi ki, “baba yazıq, neynəsin, bu yaramazlar işləmir də. Gördün də başçımıza nə abır verdi. Allah bizim ömrümüzdən kəsib onunkuna qoşsun”.
Bu formatda müşavirələr il ərzində azı 10-15 dənə olardı. Taxıl üçün bir, sənaye üçün bir, pambıq üçün bir və s.  Hər müşavirədə gələcəklə bağlı ümidli sözlər deyilir, vədlər verilir. Növbəti müşavirədə isə, verilən sözün yerinə hansı səbəbdən yetirilməməsi ilə bağlı izahatlar verilərdi. Bu müşavirələrdə hamı uduzar, udan bir Heydər Əliyev olardı.  Belə təəssürat yaradılırdı ki, o gecə gündüz demədən xalqımızın  nurlu sabahları üçün çalışır, amma aqronomlar, sex rəisləri, başçılar onun cahanşümul addımlarına “badalaq vururlar”.
Mən məktəbli bir uşaq, o zamanadək heç bir ciddi siyasi nəzəriyyə ilə tanış olmamış biri, təxminən iki ilə bu müşavirələrin tamaşa olmasına inandım. Bizə yalan deyildiyini dərk elədim. Bu mənim fövqəladə bacarığım, zəkamın göstəricisi idimi? Xeyr və əsla. Bu təmiz bir şüurun, siyasi təbliğat zir-zibili ilə zədələnməmiş insan təbiətinin adi reaksiyası idi. Ona görə həm ağılı başında olan, məndən yaşlı, “dünya görmüş” adamların Heydər Əliyevi “dahi, dünya şöhrətli siyasəti” saymasını, qəbul edib tərifləməsini də rahat anladım. Bu adamlar Heydər Əliyevlə ikinci dəfə qarşılaşanda  (1993) onların qabağında böyük bir büt vardı. KQB sədri, Azərbaycana rəhbərlik eləmiş katib, Sovetlər Birliyinin zirəvəsinə qalxmış azərbaycanlı və s. Mənim (məktəbli biri) üçün isə Heydər Əliyev olduğu kimi idi. Onu olduğu kimi qiymətləndirmək üçün heç bir titul mənə mane olmurdu. Sadə səbəbdən, mən onlardan xəbərsiz idim.
Bu “düstur”uma kimin şübhəsi varsa, belə etsin. Götürün, Heydər Əliyevin ixtiyarı bir yazılı çıxışını. Müəllifi gizlədərək verin onu  Əliyevin savadını, nitq qabiliyyətini tərifləyən birinə. Deyin ki, qardaş, bunu oxu və qiymətləndir, de görək necə bir mətndi? Bu eskprimenti etsəniz nəticəni mənə də yazın.



İlin günün bu vaxtı, bu söhbətlər hardan yadıma düşdü? Axı bu ilə bizim hökumət, onun zati-müqəddəs rəhbəri pambıqla start vermişdi. Dövlət başçısı öz bahalı kostyümuna  toz torpağının qonmasına da dözərək pambıq tarlalarına özün vurmuşdu. Az qala belə təbliğat gedirdi ki, "ağ qızıl" revanş edib bizi sosialızmə aparacaq. Qışın astanasına məni fikir götürüb: Görəsən, o sadəlövh məktəbli Natiqlər indi də varmı? Varsa, onlara niyə bir şey uydurub demirlər ki, yazda pambıqla bağlı deyilən, verilən o sözlər noldu?
Sosializmə çatırıq, yoxsa hələ sosializm yolunu Ziya müəllim təmir edir?

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …