Ana içeriğe atla

Ənvər Seyidovun xosunvay olması barədə

Mənfur rejimin qansız lakeyi Ənvər Seyidovun azarlaması barədə bu gün xəbər yayıldı. Dedilər, ölür. Bədbəxtlikdən bu sətirlər yazılanda o hələ də fani dünya ilə xüdahafizləşməmişdi. Möcüzə baş verməsə, yəqin ölən də deyil. 
Bunlar bizim tayımız deyillər ki, yanılarından yel ötəndə pnevmaniya tutub gəbərsinlər. Yaxşı səhiyyə xidmətindən bəhrələnmə, keyfiyyətli qidalanma, stressiz (arsız daha yerinə düşür) həyat və şübhəsiz, əlaqədar orqanlarındakı "ağ tük" onların ölümün bu qədər asan eləməz. 

Ənvərlər hələ bizim kimi binəsibləri çox yeyib-bitirib, sümüklərimizi də gəmirəcək. Bu heç. Söz açmaq istədiyim mövzu, hər belə hadisələr vaxtı "əxlaq polisləri" və "humanizm doktorları"nın gözümüzü qıpıq etmə təşəbbüsləridir.
Onlar Ənvərin gorbagor olma perespektivinə sevinənləri danlayır, xəstəhal olmuş adama qarşı ancaq “acil şəfalar” arzulamağın müstəhəbliyindən bəhs edirlər. 
Bəs nə?! Sivil və ziyalı insan belə şeylərə sevinməməlidir. Gözüm kəlləmə çıxır. Bu tələyə hətta ağıllı adamlar da düşür.


Ənvər kimdi? Mən uzaq keçmişə gedib onun OMONçulara, müxaliətçilərə necə ağır və ədalətsiz hökumlər çıxardığın yazmayacam. Axı o gün oldu; bu adam Heydər Əliyevin çoxsaylı büstlərindən birinə iki kəlmə söz yazdığı üçün Qiyas adlı parlaq bir gəncimizə 10 il həbs cəzası verdi. Mən sizin duyğu orqanlarınızın geniş imkanlarına heyrət edirəm, yoldaşlar. Siz həm Qiyasın urcah olduğu o hökm üçün qüssələnə bilirsiz, eyni zamanda o şərəfsiz hökmü verəna dam xosunvay olanda kədər damarınız tutur.
Başa düşmək lazımdı. Ənvərlərin ölməsinə, yaxud xosunvay olmasına sevinənlər siz deyən şeyləri çox yaxşı bilir. Bilir bu zavallı xalq. Ancaq nə etsin. Onun əlində artıq pozulmuş haqqının bərpası, yaxud tapdalanan haqlarınına adekvat olaraq gülməkdən, sevinməkdən, nifrət etməkdən savayı heç nə qalmayıb. Fikrimi izah edə bilirəmmi? 
Biz Ənvərlərin qanun, hüquq qarşısında yaramazlığını, cinayətini qiymətləndirə bilsək, onları qanun əsasında layiq olduğu statusa məhkum edə bilsək nə vardi ki... O zaman heç onlar xəstələnəndə, öləndə bizim də kədər damarımızın implusu artardı. İndiki halda- ölkədə haqsızlığın, ədalətsizliyin zirvəyə çatdığı bir halda zalım birinin xosunvay olmasına sevinmək, bu sevinci aşkar nümayiş etdirmək ən insani davranışdı, ən inqilabı aktdır. Mənə inanmırsınız? Özünüz bilərsiniz, mən heç. Bəs böyük humanist Viktor Hüqoya sözünüz nə olacaq.  Tənbəl olmayın, götürün “Səfillər”də “Yepiskop nəməlum bir işıq qarşısında. Onuncu fəsil” bölməsini oxuyun. Razılaşmasanız, mən də yenidən düşünüb daşınmağa söz verirərm. Həmin fəsildən bir hissəni paylaşıram.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Cəlal Əliyevin siyasi yetirmələri

Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha ar…