Ana içeriğe atla

O dünyadan gələn səs: "Mənə su verin"

Akademik Fərəməz Maqsudov
Eldar müəllimin (Eldar Sabiroğlu- yapın indi "arzuolunmaz" elan etdiyi keçmiş funksioneri, igid Rüfət Səfərovun atası) sübh tezdən bir məqaləsin oxudum. Mərhum akademik Fərəməz Maqsudova (zamanında alovlu yapçı, indi öz əqidədaşlarının unudub, yada salmaq istəmədiyi bivaris) həsr edib.
***
Məqalənin girişi belədir ki, müəllif yuxu görür. Yuxuya əsasən Fərəməz müəllimin halı o tərəfdə heç də yaxşı deyil. Şikayətlənir, təşnədir, bir qurtum suya həsrət qalıb.
Eldar müəllim də bu yuxunu belə şərh edir ki, Fərəməz Maqsudov dostlarının vəfasızlığına, onu heç yada salmalarına görə o dünyada odlanır...
***
Məqalənin əsas məziyyəti barədə daha sonra yazacam, indi isə ora yazılan bir şərh barədə.
Saytların birində gedən bu məqaləyə- "Unudulan adam", bir istifadəçi belə şərh yazıb. 
"Ay müəllim, yuxu görmüsən, ancaq onu düz yozmamısan. O cür yuxdan sonra hövkan qələmə sarılmaq lazım deyildi e. Gərək gedib, bir dəfə FATİHƏ,3 dəfə İxlas surələrin oxuyub, ruhuna hədiyyə edib, ona su göndərmiş olaydınız ". 
Mən bu şərhi oxuyanda, bir az güldüm. Sonra düşündüm, bu şərh çox adekvatdır. Ona qətiyyən gülmək lazım deyil. Çünki, məqalə müəllifi də yuxuya metofizik yanaşıb, şərh yazan da. Yəni, yazıdan görünür ki, Eldar müəllim də yuxuya inanır.
***
Biz həmin şərhə o zaman gülüşlə reaksiya verməyi haqq edərdik ki, Eldar müəllim o yuxusunu rasional formada, çağdaş elmin qayda-qanuna uyğun tərzdə şərh və ya təqdim edəydi. Məsələn, yaza bilərdi ki, bütün günü, yaxud son vaxtlar Maqsud müəllim barədə o qədər fikirləşdim, onunla öz taleyim arasında paralele apardım gecə yuxuma girdi. Bu olardı rasional, elmi yanaşma. Yoxsa, yuxu yozma, yuxu yozmadı. Ha Eldar müəllimdə, ha o şərh yazan kreativ vətəndaşda :)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Cəlal Əliyevin siyasi yetirmələri

Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha ar…