Mollalar, Nobelçi alim və siqaret

Qardaşlar, dünən vəhabi mollanın "şahmat oynamaq böyük günahdır" məzmununda xütbəsin yaydım, baxdıq güldük. Sizi məlum edim ki, vəhabilikdə siqaret də haramdır. İndi o məzmunda bir xütbə atsam yenə də gülüşəcik. Sözüm başqadır.
Mollaların sözü ilə oturub duran adamlar deyilik. Axı onları 7-ci əsrdə yaşayan müasirlərimiz sayırıq. Bizim üçün əsl alim sözü keçərli olmalı deyilmi? Bəli!
Elə isə dinləyin, gülü burnunda Nobel mükafatı alan türk alim Əziz Sancar deyir ki, xərçəngi qabaqlamaq istəyirsinizsə siqaret çəkməyin! Onun fikrini tam olaraq, BURANI BAS OXU)
Neçə nəfər o alimi dinləməyə, onun dediklərinə əməl eləməyə hazırdır? 
Axı o molla deyil, eşidəcik onu? Mən eşitməyə başladım, sizi bilmirəm.
PS. Xitabım qardaşlara ünvanlansa da bəzi bacılar da statusumdan nəsibin ala bilər.

(facebook, 2015 dekabr qeydlərimdən)