Ana içeriğe atla

Kayıtlar

Aralık, 2016 tarihine ait yayınlar gösteriliyor

Əfv niyə olmadı?

Yoldaşların beynində belə sual dolaşır ki, bu il qibleyi aləm neyçün əfv vermədi.
Bunun səbəbi aydındır. Bildiyimiz kimi cənab prezident çox humanistdir. Ondan olsa hər həftə əfv verər. Bu onun xeyirinədir. Hakimiyyət neftdən çox, bizim siyasi məhbuslardan xeyir görüb (siyasi mənada). Hər əfvdən sonra dünyanın dürlü-dürlü ölkə və təkilatlarından, cənabın ünvanına təşəkkür məktubları gələr, onun humanist addımı alqışlanır, qəlbləri fərhlə doldurur.
Lakin, bu proses təkcə prezidentdən asılı deyil. Çox təəssüf ki, bizim siyasi məhbuslar özlərini layiqincə aparıb, prezidentimizin nüfuzunun qalxmasına imkan yaratmırlar. Mən düşünürəm, qəsdən belə edirlər. Odur, bayaq oxuyuram ki, məhkəmə AXCP sədrinin müşaviri Məmməd İbrahimi ha çalışıb azad eləsin, alınmayıb. Heç demə, Məmməd bəy kalonda yerin səliqə ilə yığışdırmırmış, ərazində təmizlik işi aparmaq üçün əlinə bir dəfə də süpürgə almayıbmış.
O birisilər də elədir. Onlar qəsdən belə intizamsızlıq edirlər ki, cənab prezident fakt qarşısında q…

"Taxtabaş ziyalı"ya bir sual

Tale Bağırzadəni ona görə müdafiə etmirsən, hətta böhtana məruz qoyursan ki, o dindardı, dünya baxışında əsas ağırlıq din təşkil edir. Bəs, onunla birgə tutulan, namazı-orucu olmayan, sənin kimi qalstuk-kostyümlü, hər an dünyəvi və demokratik Azərbaycan üçün can qoyan və yeganə günahı yazdığı status olan Fuad Qəhrəmanlını niyə müdafiə eləmirsən, ay "xalq şairi?" Nə Fuad, nə Tale sizin kimi başı qarnına calaq olan, "zülmət saçan ziyalılara" (ifadə Asif Atanındı) müdafiənizə ehtiyacı var. Sadəcə, bu tablonu sizin riyakarlığınızı göstərmək üçün çəkdim.

"Sekülyar" müəllimlər

Məsələnin bir yanı da var, deyim sizə.
Bu gün o günahsız yerə uzun müddətə həbsə göndərilən dindarlara həqarət edənlər ki var, onlar öz əclaflığını pərdələmək üçün özlərin sekülyar göstərirlər.
Aldanmayın. Onlarla sekülyarlıq arasında yerlə göy qədər fərq var. Bu cürə adamlar sadəcə opportunistlərdi, fürsətcillərdir. İnanın, sabah hansısa dini qruplaşma güc, söz sahibinə çevirilsə, onlar gündə 25 rükət namaz qılacaq, 3 ay oruc tutacaq, şəriətin başqa qaydalarına laqeyd yanaşan başqası üçün eynən bu günkü qəddar davranışı göstərəcək.
Nəyə əsasən deyirəm? Çünki, bu gün o namərdliyi edən adamları (haqsız yerə həbs olunan, dəhşətli işgəncə görən və indi bizə cavab vermə imkanı olmayanları) yamanlaranlar əksərən kimlərdi? Adı JEK işçisinə etiraz etməyə cürəti çatmayanlar, 5-6 manatlıq maaş üçün hansısa gönüqalın birinə səcdə edənlər. İndi siz deyin, bunlar sabah iraq olsun, doğrudan dövlət quruluşuna real təhlükə olanda sinəsin qabağa verən tiplərdi??

O dünyadan gələn səs: "Mənə su verin"

Eldar müəllimin (Eldar Sabiroğlu- yapın indi "arzuolunmaz" elan etdiyi keçmiş funksioneri, igid Rüfət Səfərovun atası) sübh tezdən bir məqaləsin oxudum. Mərhum akademik Fərəməz Maqsudova (zamanında alovlu yapçı, indi öz əqidədaşlarının unudub, yada salmaq istəmədiyi bivaris) həsr edib. ***
Məqalənin girişi belədir ki, müəllif yuxu görür. Yuxuya əsasən Fərəməz müəllimin halı o tərəfdə heç də yaxşı deyil. Şikayətlənir, təşnədir, bir qurtum suya həsrət qalıb.
Eldar müəllim də bu yuxunu belə şərh edir ki, Fərəməz Maqsudov dostlarının vəfasızlığına, onu heç yada salmalarına görə o dünyada odlanır... ***
Məqalənin əsas məziyyəti barədə daha sonra yazacam, indi isə ora yazılan bir şərh barədə.
Saytların birində gedən bu məqaləyə- "Unudulan adam", bir istifadəçi belə şərh yazıb.  "Ay müəllim, yuxu görmüsən, ancaq onu düz yozmamısan. O cür yuxdan sonra hövkan qələmə sarılmaq lazım deyildi e. Gərək gedib, bir dəfə FATİHƏ,3 dəfə İxlas surələrin oxuyub, ruhuna hədiyyə edib…

Şahbanunun qüssəsi

İranın sonuncu şahı Rzanın arvadı Fərəh Pəhləvi xatirələrində yazır ki, bir gün SSRİ-yə səfərə gəlirlər. Moskvada növbəti gəzintidə onları devirilən Nikolayın yaşadığı evə aparırlar. Fərəh o gəzintini özləri üçün həqarət sayır. Yazır ki, bizə Nikolayın yatdığı yatağı-filanı göstərirdilər ki, bax, burda vaxtı ilə səltənət sahibi rahat yatıb, o stolda oturub, bu mətbəxtə yeyib və s.
Fərəh bundan rəncidə olsa da, tarixdən ibrət almadı. Gərək alaydı. Almadığına görə, onun öz xanimanı da Nikolayınkı kimi oldu. Deyəsən, indi İranda heç onun evini muzey olmağa da layiq bilməyiblər.

Qeyd: Fərəh indi ABŞ-da yaşayır. İran inqilabından sonra əri çox faciəli şəkildə xərçəngdən öldü. Qızı Leylanın ( 21 yaş) Londonda yüksək dozalı narkotik qəbulundan ölü tapıldı. 2011-ci ildə isə 2 oğlundan biri Kaliforniyada özünü güllələyib öldürdü.

Dəmiryolu

"Allah Prezidentimizi saxlasın. Ancaq biz qırılırıq!"

Bu gün  "cənab prezident sağ olsun, o yaxşı adamdır, taxt tacı əbədi olsun", deyib, dalıyca , "amma vallah biz acından qırılırıq, krediti verə bilmirik, polis, məhkəmə də bir yandan bizi minir" əlavəsin edirsinizsə, stop, sizə sürprizim var. Bu sizin riyakarlığınızı göstərir.
Bu cür yanaşma barədə yüz il əvvəl yoldaş Lenin yazdıqlarına nəsə əlavə etmək çətindi. Oxuyaq. Sadəcə oxuyanda, "iuduşka-kadet sözünü" azərbaycanlı ziyalı, yazıçı, bitərəf, ağsaqqal"la əvəzləyin.
"İuduşka- kadet kədərli gözlərini qaldırıb həm inqilabçı xalqa, həm də əks inqilabçı hökumətə baxaraq məzəmmətlə deyir: mübarizə nəyə gərəkdir, daxili çəkişmə nəyə lazımdır?
Qardaşlar, gəlin bir-birimizi sevək! Qoy həm canavarlar tox olsun, həm də qoyunlar salamat qalsın, həm yuxarı palata monarxiya toxunulmaz qalsn, həm də "xalq azadlığı" təmin olunsun".

Qəlbə düşən ilk şübhə

Pambığa minnətdarlıq duyğusu ilə Mən siyasi şübhədən danışıram. Söhbət o zamandan gedir ki, Heydər Əliyevi siyasi olimpin tam zirvəsində saymaq olardı. Hakimiyyəti təzə ələ keçirmişdi. Siyasi savadı o qədər zəngin olmayan, sadəlövh azərbaycanlılara görə o peyda olan “Xızır Nəbi” idi. Camaat, çətinliklə dolanırdı. Hamı həyatında əsaslı dönüş gözləyirdi.   O vaxt məktəbli idim, sadə, siyasətdən uzaq bir kənddə yaşayırdım. Mən tam bilmirdim, ölkədə nələr olub, keçir, vəziyyət nə cürədir və hara gedir. Ancaq, Heydər Əliyevin az qala hər ay keçirdiyi müşavirələr ( indikindən uzaq qabaq AzTV başdan ayağa Heydər Əliyev olardı), mənim kimi məktəbliləri belə siyasətə boylanmağa vadar edərdi. Onlardan isə bunu öyrənirdi ki, ölkə xaraba günə qalıb, bunu təbii ki, keçmişdəki hakimiyyətlər edib. İndi vaxt yetişib, "baba" onları sahmana salacaq. Görürdüm ki,  tutaq ki,  Heydər Əliyev icra başçıların, hətta kolxozçuları yığıb danlayır. Onlar da günahların boyunlarına alır ki, yaxşı işləməmişik…

"Siyasi məhbuslar"dan bunu heç gözləməzdim

Biz həmişə demişik ki, siyasi məhbuslar günahsızdır. Məni bağışlayın, bir doğma qardaşım, xeyli sayda dostum vicdan məhbusu, siyasi məhbus olsa da, mən daha belə qələt eləmək fikrində deyiləm. Siyasi məhbuslar betər günahkarmış. Odur, Avropa prokurorları üzə çıxardı ki, siyasi məhbuslarımıza görə yazıq büdcəmiz 3 milyon ziyana düşüb. 3 milyon hələ aysberqin görünən hissəsidir. Binəva hökumətimiz gedib bu siyasi məhbuslara görə Avropanın moşenniklərinə 3 milyon avro pul, kürü, xalça xərcləyib (Ətraflı BURANI BAS OXU) . Ki, onlar mötəbər məclislərdə Azərbaycanı pisləməsinlər, deməsinlər ki, Azərbaycanda insanları haqsız yerə damlayırlar. Siyasi məhbuslarımıza görə büdcəmizin incəlməsinə son qoylsun!
Buna görə, o "ziyanxorları" dərhal türmədən açıb buraxmaq lazımdır ki, büdcəmizin yükü bir az azalsın. Yoxsa, belə olmaz, bəylər və xanımlar. 3 milyon avronun üstün düzəldib, Göyçayda ildə iki dəfə "Nar bayramı" keçirmək olar.

"Vallah, YAP-da da yaxşı oğanlar var"

Mollalar, Nobelçi alim və siqaret

Qardaşlar, dünən vəhabi mollanın "şahmat oynamaq böyük günahdır" məzmununda xütbəsin yaydım, baxdıq güldük. Sizi məlum edim ki, vəhabilikdə siqaret də haramdır. İndi o məzmunda bir xütbə atsam yenə də gülüşəcik. Sözüm başqadır. Mollaların sözü ilə oturub duran adamlar deyilik. Axı onları 7-ci əsrdə yaşayan müasirlərimiz sayırıq. Bizim üçün əsl alim sözü keçərli olmalı deyilmi? Bəli!
Elə isə dinləyin, gülü burnunda Nobel mükafatı alan türk alim Əziz Sancar deyir ki, xərçəngi qabaqlamaq istəyirsinizsə siqaret çəkməyin! Onun fikrini tam olaraq, BURANI BAS OXU) Neçə nəfər o alimi dinləməyə, onun dediklərinə əməl eləməyə hazırdır?  Axı o molla deyil, eşidəcik onu? Mən eşitməyə başladım, sizi bilmirəm. PS. Xitabım qardaşlara ünvanlansa da bəzi bacılar da statusumdan nəsibin ala bilər.
(facebook, 2015 dekabr qeydlərimdən)

Ənvər Seyidovun xosunvay olması barədə

Mənfur rejimin qansız lakeyi Ənvər Seyidovun azarlaması barədə bu gün xəbər yayıldı. Dedilər, ölür. Bədbəxtlikdən bu sətirlər yazılanda o hələ də fani dünya ilə xüdahafizləşməmişdi. Möcüzə baş verməsə, yəqin ölən də deyil. 
Bunlar bizim tayımız deyillər ki, yanılarından yel ötəndə pnevmaniya tutub gəbərsinlər. Yaxşı səhiyyə xidmətindən bəhrələnmə, keyfiyyətli qidalanma, stressiz (arsız daha yerinə düşür) həyat və şübhəsiz, əlaqədar orqanlarındakı "ağ tük" onların ölümün bu qədər asan eləməz. 

Ənvərlər hələ bizim kimi binəsibləri çox yeyib-bitirib, sümüklərimizi də gəmirəcək. Bu heç. Söz açmaq istədiyim mövzu, hər belə hadisələr vaxtı "əxlaq polisləri" və "humanizm doktorları"nın gözümüzü qıpıq etmə təşəbbüsləridir. Onlar Ənvərin gorbagor olma perespektivinə sevinənləri danlayır, xəstəhal olmuş adama qarşı ancaq “acil şəfalar” arzulamağın müstəhəbliyindən bəhs edirlər. 
Bəs nə?! Sivil və ziyalı insan belə şeylərə sevinməməlidir. Gözüm kəlləmə çıxır. Bu tələyə …

Baxma, o dəmiryoluna baxma

2010-ci ildə Bakı-Tblisi-Qars adlı dəmiryolu xətti istifadəyə verilməli idi. İldən ilə uzatdılar. Bu gün, sabah. Bu gün, sabah. Milyardları həzmdən keçirdilər. Hələ də yolu istifadəyə verə bilməyiblər. Ancaq nolsun, Pezident Yanında Strateji Araşdırmalar Mərkəzi xarici ölkədə BTQ dair kitab çap edib. Zalım uşağı çox strateqdilər e. Bahar gəlmədən gül olub açıblar.
Necə ki, yoxsulluğu İlham Əliyev kağız üzərində ləğv elədi, dəmir yolu da o cürü. Kitablarda, qəzetlərdə qatarlar Bakıdan Qarsa, Qarsdan Bakıya gedir.  Əsas olan da budur.

"Bəxtsiz gəlin" barədə o biriQEYDLƏRİ BURANI BAS OXU



Qızını öldürmək istəyən Mirzə Cəlil

Mirzə Cəlili yenidən tanımaq üçün “Xatirələrim”i oxmağınız vacibdir

Cəlil Məmmədquluzadənin orta məktəblərdən şüurlarımıza hopan bir fotosu var. Bu sətirləri oxuyan kimi yəqin… dərhal gözünüz önünə o foto gəldi: bığları yuxarı dartılan, dolu sağlam sifətli və bir az özündən razı, kefli bir obraz…
Mirzə Cəlilin yazıları da bir başqa aləmdir. Böyük acılardan yazsa da, onun əsərləri dodağımızı qaçırdır, kefimizi açır. Adam onun əsərlərini oxuduqca deyir; nə ola bu adamın yanında olasan, doyunca söhbət edə, zarafatlarını dinləyəsən. Beləliklə, beynimdəki Mirzə Cəlil çox şən biri idi. Həmidə Xanım Cavanşirin “Xatirələrim” kitabını oxuyanacan.

Qorxaq, şübhəcil, vasvası…

Bu kitabı ərsəyə gətirən Mehriban Vəzirdir, bu iş üçün mən ona təntənəli surətdə təşəkkür edirəm.
Həmidə xanımın bu kitabını mən cana faydalı əsərlər sırasına salmışam və kitab oxumağı bacaran bütün insanlara onu şiddətlə tövsiyə edirəm. “Xatirələrim” bizə Mirzə Cəlili və onun zamanını anladan ən sanballı mənbələrdəndir. Həmi…

Lenin Lütfüzadə və Əliyev rejimi

İqtibas V.İ. Leninin "Materializm və empriokritisizm" əsərindən götürülüb.