Ana içeriğe atla

Sümükləri sındı, inamı yox

Mənim bir dostum var- Asif Yusifli. Onunla dostluğumuzun təməli 1997-ci ilə dayanır.
Asif mərd insandır. Tək-tük adam var ki, özümdən nikbin hesab edirəm, onlardan biri Asifdir. 
Adam var, barmağının ucuna tikan batır, amma salam verməyinə peşman olursan; olmayan min bir xəstəliyi, mücərrəd qayğısı, problemi ilə adamı yükləyir, yorur.
Asifdə tərsindədir. Mən bilirəm onun boğaza dirənən qayğıları var: Qarabağ qazisidir, sağlıq problemi, uzun ildir növbədə olmasına baxmayaraq qərəzlə mənzil verilməməsi, "n" sayda məişət qayğıları və s...
Bunlara baxmayaraq biz Asiflə görüşəndə sözün əsl mənasında Nirivanada uçuruq. Asif belə insanlardan, dostlardandır.
O, 4 aydır, yataq xəstəsidir. Qəzaya düşüb. Tez-tez də olmasa həftədə bir onu ziyarət edirəm. Bu gün də etdim. Asif bu yarımcanı ilə məni elə fərəhləndirdi ki, bilmirəm necə ifadə edim. Onunla danışa-danışa düşündüm, inamlı olmaq nə gözəldir!
 Böyük hədəfləri məqsəd seçmək nə xoşdur!
İnamlı insan başqadır. O inamı ilə sizə Xəzəri də üzüb keçmək gücündə olduğunu təlqin edər və siz doğrudan da Xəzəri keçərsiniz.
Asif, tez sağal. Şair demişkən, "qayıt sahmana sal bu kainatı" 

Bu qeydləri bəndəniz 2012-ci ilin noyabrında "facebook" profilində edib. Aradan 4 il ötüb, Asifin yazıda sıraladığım problemləri olduğu kimi qalıb, hətta ağırlaşıb. Adam 2 ilə yaxındır günahsız yerə həbsdədir. Lakin, dəyişməyən onun sarsılmaz iradəsi, inamıdır.  Mən indi onun bu qədər məşəqqətlər içində dikduruşunu tərif etməyi belə özümə ayıb bilirəm. Mənim hünərim deyil. Mənim indi gücüm ancaq əziz dostum Asifi məndən minlərlə km uzaqda nəmli, olduqca məhbududiyyətli kamerada təsəvüvr edib, köks ötürməyə və arada belə cızma qara etməyə çatır. Lakin, bizim əhdimiz yerindədi: "Nə sevdamız bitib, nə qovğamız!!"

Asif Yusifli barədə başqa bir yazını BURANI BAS OXU

Asif Yusifli haqda daha bir qeydimi BURANI BAS OXU

Asif Yusifli barədə qısa VİDEO TƏQDİMATI BURANI BAS İZLƏ

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …