"Həsənağa qohumlarının" ölkəsində Həsən bəy olmaq

Hesen Kerimov bəyin bu fotosunu özüm çəkmişdim.
Məncə, bu foto özü hər şeyi deyir. Çox ağır oldu bu itki, çox.
Amma bu ötən anlarda soyuq başla özümə sual verməyə də macal tapdım: Həsən bəy guya nə vaxt, necə vəfat etsəydi bizi yandırmazdı ki? 
Bizə təsəlli verən onun necə yaşamasıdır, eləcə də necə vəfat etməsi!
Həsən bəy Azərbaycanın bir nömrəli rayonun başçısı olub-Səbailin. Çox çətin dövrdə işləməsində baxmayaraq, onun rəhbərliyindən kiminsə şikayət etdiyin eşitməmişəm. Çünki, düz adam olub, düz işəyib, harama bulaşmayıb. Bunun parlaq sübutu Səbail dairəsindən deputatlığa namizəd olarkən qazandığı səslərdir (bu səslərin nəticəsinin hökumət oğurlasa da, Avropa Məhkəməsində təsdiqin tapdı).
***
Həsən bəy bir nömrəli rayonda yüzlərlə evi pulsuz insanlara paylayıb, amma özü şəhərin ucqarında yaşayıb!
O "başçı"ykən, məktəbli oğlu yanılmıramsa, iki dəfə qaçıb ondan xəbərsiz Qarabağa döyüşə gedib.
Həsən bəylə rayon müşavirələrinin birində
***
Həsən bəy mən tanıyandan AXCP-nin üst eşalonunda olub. Ona nələr təklif olunmayıb, nələr. Amma o, cəbhəçi ilə 1 manatlıq çay içməyin ləzzətini "irin qandan" törəyən cah-cəlala dəyişməyib.
Yorulmayıb, mübarizəsindən usanmayıb!
***
Bütün mitinqlərdə, partiya tədbirlərində sağlamlığı yol verməsə də, rəhbərlik səviyyəsində "bu işlərlə özünü yormağa icazə vermirik" tövsiyyəsi verilsə də, o həmişə özünü işə atırdı. Rayon şöbələri ilə əlaqə saxlamaq, ayrı ayrı insanları ruhlandırmaq, danlamaq işiydi.
Həm də bunu heç zaman, inzibatçı kimi etməzdi, "qadan alım"la həll edərdi. Əsəbləşdiyi də olurdu. Amma ondan incimək çətin məsələydi. Hamı qəbul edirdi ki, bütün şüurlu ömürünü mübarizəyə verən, bu yolda dözülməz məhrumiyyətləri saçlarını ağardan Həsən bəy nəyisə acı deyirsə belə, özü üçün demir, ümumi mənafeyimiz üçün deyir.
***
Həsən bəyin ictimai missiyası bir yana, mən ona bir yoldaş olaraq borcluyam. 2003-də həsb oldum. Nə qədər dost tanışın "daş atıb başın tutduğu" məndənü z döndərdiyi bir vaxtda Hesen bəyi, Cemil Hasanli ilə ailəmizin yanında gördüm. Evimizi ziyarət etmişdilər, daha sonra isə məhkəməmdə olmuşdular. Nəzərə alın ki, Natiq Ədilov ondan indiki Natiq deyildi, yəni nə siyasi postu-filanı yox idi, sıravi bir rayon cəbhəçi idi.
Qardaşım Murad Adilov da həbs olanda sayğılı cəbhədaşlarımla birgə Həsən bəyi yanımızda görmüşük. Belə faktlar, birdimi, yüz birdimi?
Bütün ölkə boyun təkcə "Cəbhə" xəritəsini əzbər bilmirdi bu insan, eyni zamanda hansısa kənddəki bir cəbhəçinin dərd sərinə bələd idi. Biz sənin haqqından hələ çox danışacıq, qocaman KİŞİ. İndi isə izn ver xatirəni sükutla yola verək! Rahat yat!

(20 noyabr 2015)