Ana içeriğe atla

Ad günü problemi

Bu risalə azman mühərrir Səbuhi Məmmədlinin “Şərq” qəzetinin ad günündən reportaj yazmasına təpkidir
Adı, soyadı başına bəla olan doktor Əli Şərətinin kitablarının arasında sizin rastınıza nə vaxtsa “İnsanın dörd zindanı” adlı bir yazısı çıxacaq. Bu sənətkarın 1970-ci ildə etdiyi məruzədir, sonra kitaba salınıb. Söz gəlişi deyim ki, Əli Şəriətinin 20 cild civarında kitabları çap edilsə də, müəllim onlardan klassik mənada 3, 4-ün yazıb, qalanları onun məruzələri, konfranslardakı çıxışlarıdır. Lakin, o çıxışlar, məruzələr o qədər sistemli, əhatəli olub ki, onları kitaba salanda məzmunsuz söz yığını təsiri bağışlamayıb.
***
“İnsanın dörd zindanı”nda müəllif göstərir ki, biz insanlar doğuluşdan bizi əhatə edən təbiətin (1), tarixin (2), cəmiyyətin (3), öz eqomuzun (4) əsarətindəyik. Onun təbirincə əsl insanın missiyası bu zindanlardan özün azad eləmək, dörd yanı alan bu divarları, eləcə də özünü söküb təzədən yığmaqdır. O bu prosesi “iqbal” adlandırır.
Mən ağır söhbətlərlə bu istirahət günü zəhlənizi tökmək istəmirəm, buna heç öz gücüm də çatmaz. Məqsəd qisaca “tarix zindanı”ndan vasitə kimi istifadə edib, məni həmişə narahat edən bir hal barədə fikir mübadiləsi yaratmaqdı.
***
İki ildir, facebook və başqa sosial şəbəkələrdə doğum günümü gizlədirəm. Məqsəd təbriklərdən qorunmaqdı. Hələ ki bu planlaşdırdığım effekti vermir, bəzi çox diqqətli detektiv yoldaşlar hardansa duyuq düşür, bu günü müəyyən edir. Ancaq mən ruhdan düşməmişəm. Əminəm, yaxın gələcəkdə bu lənətlik günü bəşəriyyətin hafizəsindən silməyə və beləliklə onları da, özümü də lazımsız narahatlıqdan xilas edəcəm.
Bu eqoizimim deyil, əksinə eqoizmə mini üsyanımdı və nə qədər ki, yurdumuzda ağır və ciddi problemlər covlan edir, özümüzü belə şeylərlə əsarətdə saxlamaq bizə yaraşmaz. Bəli, ad günü təbrikləri (qəbul eləmək və yollamaq) bir əsarətdir. Əli Şəriətinin müəyyən elədiyi dörd zindanın dördü də bu ad günləri təbrik və tədbirlərində gizlənib.
***

Vaxtınız olanda diqqət edin, illah da “facebook”da ad günləri təbriklərində biz nə oyunlardan çıxırıq? Qiymətsiz adamlara qiymətli sözləri israf edirik. İstisnasız olaraq hamını tərifləyirik- axı bu “zindanın qaydasıdır”, ad günündə pis söz demək olmaz. Nəhayətdə, özümüzü də o “quş qoymaq üçün” elədiyimiz təbrik mətnlərinin əsirinə çeviririk, o biri yandan da bir gündə 2, 3 min təbrik qəbul edən soydaşımızı eqo çəlləyinə salıb bədbəxt edirik. 
Mən nə qədər adam görmüşəm, çox səmimiyyətlə bu külli miqdarda gələn təbriklərdən sonra belə status yazır: “Dostlar, hamınıza cavab verə bilmirəm, minlərlə təbrik, mesaj gəlib. Çox sağ olun”.
Kimsə bu tabloda özünü görsə, hirslənməsin, bunu mən də vaxtı ilə eləmişəm, əsla kiminsə qəlbini qırmaq üçün yazmadım. Mən belə sadəlövhlüyə güləcək qədər müdriklikdən xali deyiləm, əksinə hər dəfə belə şeyi görəndə qəlbim qübar edir. İstəyirəm həmin an, o gözəl insana yazım ki, müsyö, madam sən belə elə, gələn il sil hər yerdən ad günlərini gör 10 nəfər səni təbrik edəcəksə, xəbər elə sənə xalis “Şampan şərabı” yollayım. Bu reallıqdı, özü də acı reallıq zad yox. Bu təbii haldı. Dünyaya gəlmisən, lap yaxşı, get işinlə məşğul ol.
İfrata varmış kimi görünməyim, ad günü tədbirlərinin ailə çərçivəsinə, qohum, dost arasında qeyd olunmasına normal, hətta yaxşı baxıram. Təbii, bunu biznes alətinə çevirmədən (sən ad günümə filan şeyi al, mən də filan forması). Bundan başqa ömürünü müəyyən bir həddə (məsələn 50) şərəflə daşıyan, həyatda yaxşı nümunələr yaradan insanları təbrik yağışına tutmaq da pis deyil. Ancaq indi qarşılaşdığımız mənzərə fövqəladə acınacaqlıdır. Cavan cavan uşaqlar təbrikin çox gəlməsi üçün nəzirlər kəsir, təbriki az olanlar dünyadan əhdini kəsir, depressiyaya girir və s. Bizim gündəmimiz “ad günləri” ilə formalaşmağa başlayıb. Mən sizləri bu gedişata qarşı mini üsyana səsləyirəm.
Bitmədi, yazının ikinci hissəsi də var.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …