Ana içeriğe atla

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə





“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir
... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.

Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətinin diqqətinə o an çatdırmışdır.
Hörmətli Tənzilə xanımın özünə kimi lider bilir, öz işidir, nəyimizə lazım. Fəqət, onun Əli Kərimlini dırnaq arası qəhrəman elan eləməsi, ictimai-siyasi baxımda bir naxələflikdir, üzərində bir az dayanılası məqamdı. İş burasıdır ki, bəlkə də yeniyetmələri bu cür pafoslu sözlərlə tövlamaq olar.

Ancaq, Tənzilə xanımın indi biət elədikləri üçün, eləcə də yaxın tariximizi unutmayanlar üçün bu açıqlama acı gülüşdən başqa bir şeyə yaramır. Tənzilə Rüstəmxanlı, bəlkə də Əli Kərimli də unuda bilər, Natiq Ədilov isə əsla unutmayıb ki, Tənzilə xanım üçün Əli Kərimli uzun illər əsl qəhrəman olub. Bəlkə, indi də elədir, sadəcə o da Hacı Şahin kimi təqiyyə edir, ona sözüm yox. Bəndəniz isə təqiyyə əhli olmadığından bir tarixi anı car çəkməlidir.

Əfəndilər, haman bu xanım 1999-cu ildə indi dırnaqarası qəhrəman hesab elədiyi Əli Kərimliyə qılınc təqdim eləmişdi. Özü də bilirsinizmi necə ? Paah, böyük bir həngamə formasında. O zaman bir « Press klub » vardı, ora cəm eləmişdi bütün jurnalistləri, tanınmış simaları və bu simvolik qılıncı Əli bəyə təqdim edərək demişdi ki, bu sizin parlamanda qılıncdan da kəskin çıxışlarınıza, qəhrəmanlığınıza görə təqdim edilir.

İndi mən üz tuturam, Tənzilə xanıma və Əli bəyə.
O qılıncı neynəmək lazımdı? Xahiş edirəm, bizi intizarda saxlamayın, qılıncın müqəddaratı ilə bağlı ictimaiyyəti bilgiləndirin.
Gəlirik söhbətimizin ən şirin yerinə.

Yəni, bura... “Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

Bu adımı sənə qoyaram, səni yana-yana qoyaram taktikasıdır.
Əzizlər, bu sözü Tənzilə xanım tez-tez xatırladır ki, guya kimlərsə xaricdən pul alıb ana vətənimizi gözdən salır, billik kimliyimizi baltalayır və s. Razısınızmı? Yəqin, siz də onun belə çıxışlarından doymusunuz. İndi sizdən bir söz soruşacam, xahiş edirəm, kişi kimi cavab verin. Tutaq ki, birdən Tənzilə xanımın əlinə belə bir materal keçir: “ Filankəs adlı müxalifət funksioneri ABŞ Dövlət Departamentindən qrant alıb. Qrantın təyinatı Birləşmiş Ərəb Əmirliklərində fahişəlik edən azərbaycanlı qızlardır”.
Siz ölənlərin goru, belə şeydən sonra Tənzilə xanımı durdurmaq olardımı? Nə danışırsınız? Əsla.

Yəqin, onun qılınc kimi bəyanatlarında bu cür ifadələr üzərdi: “Görürsünüzmü!! Şərəfsizlər pul xərcləməyə sahəmi tapmırlar! Onlar qəsdən belə şeylə uca Azəri-türk qadının gözdən salır! Hamısı Masonlar! Hamısı qlobal güclər! Vatan hainleri” Allah kahr etsinşkdjkfhüjkhgkrjegqujgi3rn vfegj!”

Heyhat, gözəl qardaşlar, dəyərli bacılar!
Bu bu xəyal məhsulu deyil. İş burasındadı ki, Tənzilə müəllimə özü, təşkilatı 2003-cü ilin yazında (tarixə diqqət!!!) ABŞ Dövlət Departamentindən külli miqdarda qrant alaraq belə bir layihə həyata keçirib. Təsəvvür edirsinizmi?! Azərbaycan qızlarının Dubay məcaralarından yazmaq üçün o layihənin pulundan jurnalist də tutub və BƏƏ-nə yollayıb. Bunlar hamısı Natiq Ədilovun arxivində yatan və bir-sıra etik səbəblərdən çox təfərrüatına varmaq istəmədiyi və elə bu səbəbdən uzun illərdir danışmağa hacət duymadığı faktlardı.
Allah şeytana lənət eləsin!


Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil