13.10.16

Əli İnsanovun əfv ərizəsi

Əli İnsanov 11 il həbsdə qaldı. İndi onu təzədən 4-5 illiyə məhkum edirlər. İki şeyi diqqətinizə çatdrım, bizi idarəedənlərin necə yalançı, şərbaz, qorxulu ünsürlər olduğun bilin.
1. İnsanov həbs olandan bir həftə donra MTN, DİN və Prokurorluq guya onun etiraf ifadəsin yaydı. Orda yazılmışdı ki, "mənim gördüyüm iş çirkin işdi və buna görə özümə nifrət edirəm".
"Mənim gördüyüm iş"-yəni, guya İlham Əliyevə qarşı çeviriliş planı.
Güc orqanlarının yaydığı bu "etiraf"a hətta İlham Əliyev də sonra istinad elədi. Amma vəkillə ilk təmasda İnsanovdan təkzib gəldi, ki belə bir şey olmayıb.
2. İkinci əfv ərizəsin "525-ci qəzet" ərsə gətirdi və ildırım sürəti ilə bütün parazit hökumət mediasına yayıldı. Bu baş verdi 3-4 il əvvəl. O zaman inandırıcılıq üçün hətta ərizənin "Əl yazmasın" nümayiş etdirdilər. Yalanın ömürü bu dəfə daha az oldu. Yenə təkzib gəldi ki, özləri İnsanovun yerinə əfv ərizəsi yazıblar.
"Əfv ərizəsi yaxşıdır, yoxsa pisdir" diskusiyası açmadan yuxarıdakı iki faktı təhlil yekunlaşdırsaq bu alınır: İlham Əliyev İnsanovun əfv ərizəsinə möhtacdır.
İnsanov isə uzun müddətli məhkumluğuna baxmayaraq bu lütfi Əliyevə qıymır.