4.10.16

Hacı Şahinin Allahşükür zirvəsinə can atmaqlığı

Bu yoldaşla bizim nə alışımız, nə verilişimiz? Heç nə. Bir iki dəfə mənim tənqidim olub, düzdü. Onu danışıq tərzinə görə cəfəriliyin mini Fətullah Güləni saymışam. Bir də Heydər Əliyevin heykəli, məzarı önündə dua oxumasını, Heydər Əliyev kuboku uğurunda futbol yarışlarında iştirakın. Vəssalam, şüttamam. O zaman da dostlar buyurdular ki, nə hacət, qoy başın salıb aşağı tüccarlığın eləsin də, sizə nə istisi, nə soyuğu. 
***
İndi bu yoldaşa nə deyiblər, nə əməl ediblər bilmirəm, qılıncın götürüb düşüb bizim-müxalifətin üstünə. Bu gün müxalifət əleyhinə köşə yazıb. Əlbəttə, özü yazmayıb, onun yerinə (dünyəvi məsələlər üzrə ) məqalə yazan adamları da tanıyıram, amma indi yeri deyil. Yazsın, bunu kim qadağan edə bilər?
Yazının qayəsi tipik tüccar təfəkkürdür. Bizi özü ilə eyniləşdirməyidir. Mübariz Qurbanlı kimi rudimentə cavab vermək qüdrəti, hünəri olmayan Hacı Şahin əcəbdir ki, ABŞ-a, müxalifətə saldırır. A bəy, etmə, eləmə. Səni bu işə vadar edənlərə bir söz deyə bilmirsən, yəqindir ki, dilini qısa edən səbəblər var. Səni başa düşürəm. Ancaq bu yol sənin özünü həlaka aparır. Bir an ayıl.
***
Sənin mömin qardaşlarına işgəncə verən, əqidələrin alçaldan biz deyilik, guya bilmirsən?
Oxuduğuna and olsun, ölkədə halal yolla insanların elementar dolanışıq imakanlarını məhv edən də, bz deyilik.
Ancaq dövrün yezidlərini öz adı ilə çağırdığına görə qara zindanlarda çürüdülən insanlara da nə hökm oxuyan, nə ittiham verən biz deyilik.
Kimdir? Kölgəsinə sığındığın mübarizqurbanlılar, allahşükürpaşazadələrdir. Sən isə guya bunları görməzdən gəlirsən. "Ver əlini bura, lotusan mən ölüm".
***
Şeyx Qamet Suleymanovu mənfur rejimə münasibətdə daha səmimi gördüm. O heç bir foks-moks göstərmədən açıqca deyir ki, hakimə, hakimiyyətə qarşı çıxmaq bizim əqidəyə ziddir.
Bəs sən zülmə, zalım İlham Əliyevə qarşı insanları təslimiyyətə sürükləyərkən öz əqidəndən hansı əsaslara istinad edirsən, cənab Şahin? Təqiyyədən başqa nəsə cavabın varsa, yaz oxuyaq.