21.10.16

Almaniyanı dolayan azərbaycanlı

 DİBAÇƏ
Mühacirət normalda əzablı hadisə olmalıdır. Hicrət barədə nə qədər qəm-qüssəli kitablar, əzablı xatirələr var. Amma biz azərbaycanlılar elə elədik ki, hicrət anektoda döndü.
Hicrət bizdə indi "dezertir"liklə sinonim sayılır və əksərən də bu düz qiymətləndirmədir.
"Bbiz azərbaycanlılar" yazdım, ancaq həqiqət belədir ki, biz tək deyilik, hətta bir neçə xalqa baxanda bu mövzuda abırlıyıq)
***
Alman dövlətini dolaya bilən azərbaycanlılar
Martin Şults

Martin Şults almandı. Siyasətçidir. Qanı-qanımızdan, canı-canımızdan deyil. 2014-ün 2-ci yarısında Azərbaycan hökuməti qılıncın çəkib qhtləri doğrayanda, o haray qaldırdı. Dedi, "a müsəlman əlini saxla, neynirsən sən?"
***
Xüsusi ilə bu alman siyasətçi Leyla Yunusun xanımlığına və xəstəliyinə görə haqsız mühakiməsindən qəzəblənmişdi.
O zaman (dekabr 2014) bizim QHTlərdən bir dəstə yığışdı, cənab Martin Şultsu lənətləyən bəyanata imza atdılar.
                                                                                  ***
İndi nə görsəm yaxşıdı? Avropa Birliyinə, bu alman siyasətçisinə haqlı tələbə görə (təkrar edirəm məzlumları müdafiə etdiyinə görə) etiraz edən QHT-lərdən birinin yaradıcısı, boz kardinalı Almaniyaya pənah aparıb. Bəli, bəli vurub məni də oyana keçib Alman dövlətindən mədəd umub ki, məni qoruyun, yoxsa İlham Əliyev məni şişə çəkib Ziya Məmmədovun oğluna yedirdəcək...

***

Statusun bu yerində bəndeyi-həqiriniz bilmir, həmin yoldaşla eyni mühacir statusun paylaşdığına görə öz acı taleyinə gülsün, yoxsa Alman dövlətinin humanistliyindən (bəlkə də əfəlliyindən) heyrətlənib özün çaya atsın?!
Görən, Almaniya özünü bu cür əfəlliyə qoyub, yoxsa, bizimkilər çox "fərasətli"dilər. Eyyub Yaqubov sözü olmasın "kim bilir?"