29.9.16

Akif Çovdarovun "prikol"u

Çovdarov
"Əl-Qaidə"nin "Əkiz Qüllələr"i partlatmasına dair 4 serialı sənədli filmi var. "National Geographic Channel" çəkib. Baxmamısız? Olduqca detallı və sanballıdır. Gənclərin sözü olmasın, adam özünü hadisələrin içində hiss edir.
Filmdə bir paradoksal yer var. Təyyarəni divara çırpan al-qaidaçılar "Allahu əkbər", qurbanlar isə həmin an "oy my God" qışqırır. Bizim klassik deyimdəki kimi: qaçan da Allahı çağırır, qovan da.
Bunu niyə yazdım?
 Bayaq şərəfsiz killer Akif Çovdarovun açıqlamasın oxuyuram. Bildiyiniz kimi onu həbs ediblər. O, müxtəlif xəstəliklərdən şikayətlənir, amma Pentensiar Xidmətin həkimi açıqlama verir ki, boş söhbətdi, keçmiş "mtnşik" turp kimidir.
İndi Akif götürüb o həkimi hədələyən açıqlama yayıb. Deyib ki, adam kişi olar, başqasının əlində "tryapka" olmaz. Nolsun, sənə əmr ediblər ki, denən mən sağlamam, sən işinə vicdanla yanaş, görmürsən xəstəyəm?! Bu hələ heç.
Çovdarov həkimə deyir ki, onsuz da gec- tez haqq ədalət yerin tapacaq və sən qanun qarşısında cavab verəcəksən
Bu yerdə bəndeyi-həqirinizin ard-arda 4 kasa kofe içməkdədir ki, yuxuda olmadığına, oxuduqlarının xəyal olmadığına əmin olsun.

"Hamımız naxçıvanlıyıq"

Gələn ilki büdcədə Naxçıvanda adam başına 813 manat, Sabirabadda 65 manat nəzərdə tutulub.
Gözgörəti ayrı-seçkilik, başqa zonalara qarşı həqarət. Əlbəttə, o pullar bəlkə də sadə naxçıvanlıya çatmayacaq. Amma bu dəqiqdi: o pulları məhz naxçıvanlı polis rəisi, prokuror, icra başçısı yeyəcək.
Qeyd: bu sual hamını düşündürməlidir, niyə Naxçıvandan formalizm naminə bir kənar yerdən olan adamı da deputat etmirlər, niyə bir qeyri naxçıvanlı orda icra başçısı, polis rəisi deyil?
Bu siyasətin sonu hamımıza başağrısı vəd etmirmi?
Noldu, bəs başqa vaxt deyirdilər ki, "Azərbaycanı bölgələrə ayırmaq lazım deyil, hamımız naxçıvanlıyıq!" :). Hamımız naxçıvanlıyıqsa, 813 manatla, 65 manat arasında fərqi kim yaradıb, əfəndilər?

Hüseyn Cavid, Elçibəy və o "deputat"

1992-93 ildəki Elçibəy hakimiyyətin ideallaşdırmaq fikrindən uzağam. Səhvlər, səhlənkarlıqlar olub. Bunu o çağın rəhbərləri də etiraf edib.
Fəqət, o illərə qarşı amansız bir inkarçılıq, insafsızlıq edildiyinə də əminəm. Özü də bir çox mövzularda. Məsələn, biri bu: "Cəbhə hakimiyyəti mədəniyyətin qayğısına qalmayıb, az qala ona düşmən kəsilib".
Büsbütün yalan! Düşmən uydurması.
Yolunuz "Axundov kitabxanası"na düşəndə baxın o çətin illərdə, dövlətin hələ ayaq üstə güclə dayanmağa başladığı, qanlı müharibənin getdiyi vaxtda dövlət hesabına necə əsərlər çap olub. Müharibənin şıdırığı getdiyi vaxtda Bakıda neçə qiymətli abidə-heykəl ucaldılıb. Cavidə, Şah ismayıla və s.
Bayaq bir filmə- "Qayıdış", baxdım və aşkar ürək ağırısı yaşadım. Bu Cəbhə vaxtı Hüseyn Cavid barədə çəkilən sənədli filmdir. (Filmi bu linkə basaraq izlə )  Film kimi də çox qiymətlidir, buna söz ola bilməz. Amma siz o filmin lap sonuna baxın.

Diqqət etsəniz görəcəksiniz ki, o çağın prezidenti Əbülfəz Elçibəy Hüseyn Cavidin heykəlin açılışına qatılıb. Fəqət nə kamera onu geniş planda göstərir, nə də senaridə onun adı bir dəfə də olsun çəkilir. 

Bunca təvəzökarlıq, bunca gözəgirməmək davranışı görün nə zamandan bizlər üçün yad bir şeyə çevirilib :(
Bunu da əlavə eləmək olar: Filmin senari müəllifi indi VHP-dən deputat təyin olunan Rəfail Hüseynovdu. O vaxtkı Rəfail hara, indi zəlimxanyaqublaşmış Rəfail hara!

( yazı 2014-ün sentyabrına aid facebook qeydlərimdədi https://www.facebook.com/nadilov/posts/10204325192625654)

28.9.16

İlham Əliyev barədə vacib bir qeyd

İlham Əliyev yenə adətinə xilaf çıxmayaraq, 1 illik AXC hakimiyyətin yamanlayıb. 
Sitat: “ O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. " (mənbə BURDA )
Xub. Düşünək ki, düz deyir. O zaman soruşaq:
Sənətkar, öz dediklərinə özün də inanırsansa, icazə ver soruşaq, siz o vaxt, yetkin bir şəxs idiniz. Ali təhsil belə almışdınız. Bəs niyə yurdunuzu saran bu "mənfur ünsürlər"ə qarşı bapbalaca da olsa səs qaldırmamısız? Bir kəlmə etiraz eləmisinizmi o zamanın "yarıtmaz Cəbhə-Müsavat hökumətinə?"
Etməmisiniz. Niyə? Niyəsin desəm, qan düşəcək. Qalsın hələ.

Amerika niyə belə edir, a bəy?

ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycandakı referendum biabırçılığını alqışlayıb. Deyib ki, proses insidentsiz keçib.(Ətraflı burdan izlə)
Mən belə başa düşdüm ki, amerkanlar fikirləşib ki, azərbaycanlılar respublika quruluşunun qətlə yetirilməsinə dözməyəcək, şahlıq rejiminin yaranmasına üsyan edəcək. Ancaq görəndə ki, sağmal inəklərinin topa topa bülleteni qutuya doldurması respublika ictimaiyyəti tərəfindən hərarətli təbəssümlərlə qarşılanır, onlar da deyib, neynək, sizə xoş, bizə ondan da xoş.
Hərçənd, belə düşünmək özü biabırçılıqdır. Dəyərlərə hörmətsizlik, güclüyə kömək, gücsüzə kötəkdir. Amma neynəməli, dünya belədir.

Çovdarov Allahı çağırır

Əl-Qaidə"nin "Əkiz Qüllələr"i partlatmasına dair 4 serialı sənədli filmi var. "National Geographic Channel" çəkib. Baxmamısız? Olduqca detallı və sanballıdır. Gənclərin sözü olmasın, adam özünü hadisələrin içində hiss edir.
Filmdə bir paradoksal yer var. Təyyarəni divara çırpan al-qaidaçılar "Allahu əkbər", qurbanlar isə həmin an "oy my God" qışqırır. Bizim klassik deyimdəki kimi: qaçan da Allahı çağırır, qovan da.
Bunu niyə yazdım?
Bayaq şərəfsiz killer Akif Çovdarovun açıqlamasın oxuyuram. Bildiyiniz kimi onu həbs ediblər. O, müxtəlif xəstəliklərdən şikayətlənir, amma Pentensiar Xidmətin həkimi açıqlama verir ki, boş söhbətdi, keçmiş "mtnşik" turp kimidir.
İndi Akif götürüb o həkimi hədələyən açıqlama yayıb. Deyib ki, adam kişi olar, başqasının əlində "tryapka" olmaz. Nolsun, sənə əmr ediblər ki, denən mən sağlamam, sən işinə vicdanla yanaş, görmürsən xəstəyəm?! Bu hələ heç.
Çovdarov həkimə deyir ki, onsuz da gec- tez haqq ədalət yerin tapacaq və sən qanun qarşısında cavab verəcəksən
Bu yerdə bəndeyi-həqirinizin ard-arda 4 kasa kofe içməkdədir ki, yuxuda olmadığına, oxuduqlarının xəyal olmadığına əmin olsun.

İlham Əliyev özünü işə salıb

İlham Əliyev yenə adətinə xilaf çıxmayaraq, 1 illik AXC hakimiyyətin yamanlayıb. Deyib, onlar anti-milli ünsir idilər, dövləti talayırdılar və s.
Xub. Düşünək ki, düz deyir. Onda sual yaranır.
Sənətkar, öz dediklərinə özün də inanırsansa, icazə ver soruşaq, siz o vaxt, yetkin bir şəxs idiniz. Ali təhsil belə almışdınız. Bəs niyə yurdunuzu saran bu "mənfur ünsürlər"ə qarşı bapbalaca da olsa səs qaldırmamısız? Bir kəlmə etiraz eləmisinizmi o zamanın "yarıtmaz cəbhə-müsavat hökumətinə?"
Etməmisiniz. Niyə? Niyəsin desəm, qan düşəcək. Qalsın hələ.