Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2016 tarihine ait yayınlar gösteriliyor

Hökumətin dərdi İrandımı?

Nardaranda hökumət qardaş qanı tökəndə bəzi yoldaşlar çıxdı, bu qanlı və qəddar hadisəyə haqq qazandırdı. Dedilər ki, İran Tale Bağırzadə vasitəsi ilə Azərbaycanda çeviriliş edib, şəriət dövləti qurmaq istəyirmiş, bunun qarşısı alınıb. ***
Buyurun, artıq o iş üzrə məhkəmə prosesi başlayıb. Məlum olur ki, İran-filan nədi, "Milli Şura, Cəmil Həsənli, Əli Kərimli çeviriliş etmək istəyirmiş". Yəni, istintaqın məqsədi belə olub. Tale Bağırzadəyə və onunla birgə tutulanlara ağır işgəncələr verərək Milli Şura və onun rəhbərliyi əleyhinə ifadə almaq istəyiblər. ***
Noldu bəs? Hanı İran izi? Aydın olurmu ki, hökumətin İranla Turanla problemi yoxdur. Onlarla səmimi bazara münasibətlərindədirlər. Alırlar, satırlar. Elə bu Nardaran qətlyamından sonra İranla Azərbaycan arasında çoxsaylı iqtisadi əməkdaşlıq sənədləri imzalanıb. Bu necə olur, dostlar? ***
Çox sadə. Hakimiyyətin məqsədi min yerdən bəhanə uydurub ölkədəki əsas və prinspial müxalifəti sıradan çıxarmaqdır.
Hökumət dünyaya sün…