Ana içeriğe atla

Məhkəmələrimizin kolxoza dönməsi



"Bizim Yol" qəzetinin 20 iyun 2008 sayındakı məqaləm
Ötən həftə Milli Məclis bir qrup şəxsin hakim vəzifəsinə namizədliyini  təsdiq etdi.Son dərəcə maraqlı və müəmmalı, iztirablı mərhələlərdən keçib ədalət kürsüsünün ən uca məqamlarına sahib olanların bəziləri haqda xəbərləri sizə çatdırırıq.

«Silesar»lıqdan hakimliyə gedən yol

Ağayev Rəşadət Əhməd oğlu: 1964-cü ildə Naxçıvanda anadan olan Ədalət müəllim məhkəmə sisteminə 1993-cü ilin dekabrında transfer edib. 1993-cü il dekabrında Azərbaycanda artıq dövlət çevrilişi başa çatmışdı. Buna görə R.Ağayevin regional mənsubiyyətinin siyasi dominantlığı onun Ali Məhkəmənin Hərbi Kollegiyasına məhkəmə-iclas katibi təyin edilməsinə problem yaratmayıb. 2000-ci ilədək bu vəzifədə qalan Rəşadət müəllim 2000-ci ilin sentyabrında Qaradağ rayon Məhkəməsinin, 2007-ci ilin iyulundan isə Bakı Apellyasiya Məhkəməsinin hakimi  təyin edilir.
1993-cü ilin xoş dekabr günlərinə qədər isə onun əmək fəaliyyəti belə olub:
06.1979-05.1980 - «Bakpoçtamp»da fəhlə
05.1980-04.1984 - DİN-nin  avtomobil təsərrüfatında çilingər
04.1984-04.1986 - hərbi xidmət
06.1986-05.1992 - EİB «Azavtonəqliyyattexnika», şöbə müdiri,
05.1992-12.1992 – «İrazər» birgə müəssisəsində mexanik.
Bioqrafik məlumatdan görünür ki, Rəşadət müəllim 1993-cü ildə BDU-nun hüquq fakultəsini qiyabi bitirib.

Kolxozda keçən ömür hakimliklə nəticələnir

Cəfərov İlham Məmməd oğlunun da üzünə tale 1993-cü ilin iyul günlərində doğub. İlham müəllimin də naxçıvanlı (1966-cı ildə Şərurda anadan olub) olmasını nəzərə alsaq, burada təəccüblü bir şey yoxdur. İ.Cəfərov ali təhsilini 30 yaşında, qiyabi olaraq 2000-ci ildə Naxçıvan Dövlət Universitetində (NDU) tamamlayıb. Lakin hüquq diplomu olmasına baxmayaraq, o, 1993-cü ilin iyulundan 2001-ci ilin aprelinədək Naxçıvan MR Hərbi Məhkəməsində iclas katibi işləyib. NDU-nun diplomu isə onun karyerasında əsaslı dönüş edib.
04.2001-01.2003 Naxçıvan MR Hərbi Məhkəməsində məsləhətçi işləməyə başlayan Cəfərov 2003-cü ilin yanvarında həmin məhkəmənin hakimi olur. O, bu vəzifəni ötən ilin iyuluna qədər icra edir. 2007-ci il iyulunda  Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini təyin olunan İlham müəllim budur, artıq Ali Məhkəmənin hakimidir.
İndi isə onun 1993-cü il devriminə qədərki bioqrafiyasına nəzərə yetirək.
06.1986-12.1986 - Şahbuz rayon H.Cavid adına sovxozda fəhlə
01.1987-05.1987 - Şahbuz rayon tədarük kontorasında fəhlə
06.1987-08.1987 - Qazaxıstan Respublikasında Çeloqrad vilayəti «Rodina» sovxozunda fəhlə
04.1988-08.1988 – «Rodina» sovxozunda fəhlə
09.1988-03.1989 - Şahbuz rayon H.Cavid adına sovxozda fəhlə
05.1989-10.1990 - Moskva şəhəri 3 saylı tkinti kontorasında fəhlə
07.1991-09.1992 - Şahbuz rayon tədarük kontorasında sortlayıcı

Kiminin (Vəlinin ) əvvəli, kiminin axırı

Naxçıvan torpağının daha bir yetirməsi- Abdullayev Vəli Əsgər oğlu.(1968-ci ildə Şərurda anadan olub)
Əsgər müəllim ömrünün laçın çağlarını zəhmətkeş kimi başa vurub.
08.1985-04.1990 - «Naxçıvan MSSR-nin 40 illiyi» adına sovxozda fəhlə
04.1990-01.1991 - F.Əliyev adına üzümçülük sovxozunda fəhlə
01.1991-04.1994 - Vərməziyar üzümçülük sovxozunda fəhlə
9 illik fəhləlik həyatına Vəli müəllim  Şərur rayon Ədliyyə Polis qrupuna inspektor vəzifəsinə keçməklə əlvida deyir. Qeyd edək ki, V.Abdullayev üzümçülük sovxozunda gərgin əməklə məşğul olduğu vaxt  BDU-da qiyabi hüquq təhsili alıb.
Qiyabi təhsilinin keyfiyyəti ona imkan verib ki, Naxçıvan MR Ali Məhkəməsi Cinayət və inzibatı xətalara dair işlər üzrə Apellyasia Kollegiyasına 2000-ci ildən 2008-ci ilin yanvarınadək sədrlik etsin. 2008-ci ilin yanvarında o, Naxçıvan MR Ali Məhkəməsi cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə  məhkəmə kollegiyasının sədri olur. 5 ay keçmir ki, o, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilir.

Qarovulçuluqdan qanun gözətçiliyinə...

30 yaşında ali təhsilini başa vuran daha bir naxçıvanlı (1959-cu ildə Babək rayonunda doğulub) hakim- Əhmədov Həsən Hüseyn oğlu.
Həsən müəllimi peşakar saymaq olar.
O, əmək fəaliyyətinə 1976-cı ildə Naxçıvan MSSR DİN yanında mühafizə bölməsində qarovulçu kimi başlayıb. İki il sərasər qarovulçuluq edən gənc Həsən 1977-ci ildə Sumqayıt şəhərində texniki peşə məktəbinə girir. Bir ilə məktəbi bitirir, sonra isə 1982-ci ilə qədər boru prokat zavodunda elektromantyor işləyir. 1985-ci ildən sistemə düzəlir. 1989-cu ildən 2000-ci ilədək o, müxtəlif rayonların istintaq şöbəsində müstəntiq kimi çalışır. 2000-ci ilin sentyabrında Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin hakimi təyin edilir. Bu aydan başlayaraq artıq o ali məhkəmənin hakimidir.

Kolxozçu komsomolçu...

Icazənizlə, daha bir naxçıvanlı hakimi sizə təqdim edək: Nəbiyev Hüseyn Əmir oğlu. O, indi Sumqayıt Apellyasiya Məhkəməsində hakimdir.
H.Nəbiyev 1954-cü ildə Şərur rayonunda anadan olub. 38 yaşında Moskva Hüquq İnstitunu qiyabi olaraq bitirib. Bu isə onun elimə necə böyük maraq göstərməsinə sübut sayıla bilər.
Nəbiyevin də ömrünün mənalı dövrü kolxozla bağlıdır. O, 1971-ci ilin sentyabrından 1976- ci ildək İliç rayonundakı SSRİ-nin 50 illiyi adına kolxozda fəhləlik edib.
Sonra pedaqoji fəaliyyəti üçün diplomu olmamasına baxmayaraq, 3 il orta məktəbdə müəllimlik edib.
1980-1990-ci illər arası Hüseyn müəllim marksizm ideyasını komsomol təşkilatlarında təbliğ etməklə məşğul olub. Onun imperialist ABŞ haqda çıxışlarını indi də naxçıvanlılar yaxşı xatırlayırlar.
1993-cü il AXC hakimiyyəti devrilən kimi, təbii olaraq Nəbiyevin komsomolçu keçmişi dada yetir və onu Naxçıvan MR Ədliyyə Nazirliyinə məsləhətçi götürürlər.
Bundan sonra onun karyerası günü-gündən zənginləşir. Bu gün o Ali Məhkəməmin hakimidir. Bu kürsüyə çatanadək isə aşağıdakı mərhələləri aşırıb.
07.1993-07.1994 - Naxçıvan nəqliyyat prokurorunun stajor böyük köməkçisi
07.1994-07.1995 - Naxçıvan nəqliyyat prokurorunun böyük köməkçisi
07.1995-11.1998 - nəqliyyat prokurorunun köməkçisi
11.1998-09.2000 Naxçıvan MR Prokurorluğunun dövlət ittihamı üzrə şöbəsinin böyük prokuroru
09.2000-08.2002.  - Naxçıvan MR Prokurorluğunun dövlət ittihamı üzrə şöbəsinin böyük prokuroru
08.2002-01.2003 - Naxçıvan MR prokurorunun müraciətlərə baxılması və kadr məsələləri üzrə köməkçisi
09.2002-01.2003 - Naxçıvan MR Prokurorluğunun Kollegiya üzvü
01.2003-07.2007 - Naxçıvan MR ali hakimi
07.2007-06.2008 - Naxçıvan MR Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının sədri

Kitab oxudu, corab toxudu hakim oldu

Səfiyeva Cəmilə İbrahim qızını da Ali Məhkəmə hakimliyinə gətirib çıxaran yol maraqlıdır:
09.1978-06.1979 - Zəngilan rayon Şayıflı sovxozunda fəhlə
06.1979 - Şayıflı kənd kitabxanasında müdir
08.1981-07.1983 - Bakı şəhər N.Nərimanov adına corab trikotaj birliyində toxucu
1983-1988 – BDU-da qiyabi tələbə
1990-1992 - laborant
04.1992-09.2000 - elmi işçi
09.2000-07.2007 - Sumqayıt Şəhər Məhkəməsinin hakimi
07.2007-06.2008 - Bakı şəhər Sabunçu rayon Məhkəməsinin hakimi

Makinaçıydı, indi hökm yazır

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilən Lətifə Məhyəddin qızı Məmmədova da hakimliyə qədərki ömrünün  beş ilini ağır əməyə həsr edib.
10.1987-02.1989 - 3 saylı MİS-də yaşıllaşdırma işçisi, katibə-makinaçı
02.1989-01.1991  3 - saylı İstehsalat istismar təmir müəssəsində kadrlar üzrə müvəkkil
01.1991-04.1992 - müvəqqəti makinaçı
04.1992-09.2000 - Bakı Şəhər Məhkəməsinin nəzarət şöbəsində məsləhətçi.
09.2000-07.2007 - Quba və Xaçmaz məhkəmələrində hakim
Lətifə xanım təhsilini qiyabi olaraq 1994-cü ildə BDU-da bitirib.

«Qarderobşik» hakim

Gəncə Apellyasiya Məhkəməsinə hakim təyin edilən Şəfiqə Musa qızı Əliyeva. Şəfiqə xanım 36 il əvvəl Gəncədə kimə desəydi ki, illər keçəcək mən bu şəhənin hakimi olacam, yəqin ki, heç kim inanmazdı. Ona görə ki, o vaxtlar (09.1972---08.1974) Şəfiqə xanım Gəncə şəhəri 30 saylı uşaq bağçasında paltar saxlayan («qarderobşik») işləyirdi. İndi paltarlarını Şəfiqə xanıma etibar edən cocuqların taleləri onun ixtiyarındadır. Ş.Əliyevanın dirçəliş dövrü də Əliyevlərin zamanında baş verib. O, məhkəmə sisteminə 2000-ci ildə 2 saylı yerli iqtisad məhkəməsinə hakim təyin edilməklə qədəm qoyub.

Milli Məclisin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilənlər arasında Aygün Adbulla qızı Abdullayeva da var. Aygün xanım BDU-nun hüquq fakültəsini qiyabi olaraq 1997-ci ildə bitirib. O qədər uğurlu təhsil görüb ki, BDU-nu bitirəndən üç il sonra Nizami rayon Məhkəməsinin hakimi təyin edilib. 2007- ci ildən bu  ilin iyuluna qədər o, hakimliyini Nəsimi rayon Məhkəməsində davam etdirirdi.
A.Abdullayevanı hakimliyə gətirən yol elə də zəngin olmayıb.
11.1985-01.1992 - 2 saylı məktəblərarası istehsalat kombinatında laborant
01.1992-01.1994 - Prezident Aparatında Dövlət-Hüquq şöbəsində inspektor (hüquq təhsili olmadan)
01.1994-09.2000 - Prezidentin İcra Aparatı hüquq mühafizə orqanları ilə iş şöbəsində baş mütəxəssis


Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …