Ana içeriğe atla

Kayıtlar

Şubat, 2016 tarihine ait yayınlar gösteriliyor

"Mübariz allahsızlar "

Qurultay..bir vezife olaraq tapşırır ki

-her bir kendde, kolxozda, her bir müessisede mübariz allahsızlar ittifaqı dernekleri teşkil ederek, ehali arasında kütlevi başasalma ve terbiye işi apararaq, mövhümat yayanların- ruhanilerin iç üzünü bütünlükle aşkara çıxarmaq ve zehmetkeşlerin geride qalmış tebeqelerini dini tiryekinden xilas etmek lazımdır (1938-ci il, Azərbaycan)

Məhkəmələrimizin kolxoza dönməsi

"Bizim Yol" qəzetinin 20 iyun 2008 sayındakı məqaləm
Ötən həftə Milli Məclis bir qrup şəxsin hakim vəzifəsinə namizədliyini  təsdiq etdi.Son dərəcə maraqlı və müəmmalı, iztirablı mərhələlərdən keçib ədalət kürsüsünün ən uca məqamlarına sahib olanların bəziləri haqda xəbərləri sizə çatdırırıq.

«Silesar»lıqdan hakimliyə gedən yol

Ağayev Rəşadət Əhməd oğlu: 1964-cü ildə Naxçıvanda anadan olan Ədalət müəllim məhkəmə sisteminə 1993-cü ilin dekabrında transfer edib. 1993-cü il dekabrında Azərbaycanda artıq dövlət çevrilişi başa çatmışdı. Buna görə R.Ağayevin regional mənsubiyyətinin siyasi dominantlığı onun Ali Məhkəmənin Hərbi Kollegiyasına məhkəmə-iclas katibi təyin edilməsinə problem yaratmayıb. 2000-ci ilədək bu vəzifədə qalan Rəşadət müəllim 2000-ci ilin sentyabrında Qaradağ rayon Məhkəməsinin, 2007-ci ilin iyulundan isə Bakı Apellyasiya Məhkəməsinin hakimi  təyin edilir.
1993-cü ilin xoş dekabr günlərinə qədər isə onun əmək fəaliyyəti belə olub:
06.1979-05.1980 - «Bakpoçtamp»…