31.1.16

Heydər Əliyev yaltaqlığa qarşı?!

Təqdim etdiyim fakt, 90-cı illərin sonuna aiddi. Yanılmıramsa 1998-ci ildi. Bu yazını diqqətlə oxuyun. Heydər Əliyevin "dovşana qaç, tazıya tut" siyasəti!

28.1.16

Elçibəy hekayəsi

Və ya biz kimi itirmişik?..("Azadlıq" qəzetinin 21 Avqust 2013 sayındakı məqaləm)

Bu gün Milli Azadlıq Hərəkatının lideri, eks prezident və AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin dünyasını dəyişdiyi gündür. Onun vəfatının 13-cü ildönümü tamamlanır.

Biz “narahat ruh” ifadəsini qəbul ediriksə, 13 ildir başımızın üstündə Elçibəyin narahat ruhunun dolaşdığını deyə bilərik. Amma bir şey də var ki, 13 il əvvəl olduğu kimi, indi də ictimai-siyasi meydanda Elçibəy faktoru diridir, sözünü deyən, eşidiləcək həddədir.

Elə sonuncu mitinqdə coşqulu kütlə aksiyanın məram və məqsədinə aidiyyəti olmadığı halda, birdən-birə “Elçibəy” deyə hayqırmağa başladı. Bəlkə də mən mistikaya varıram, amma “Elçibəy!” şüarı etirazçı insanlar üçün “Ura!” tipli bir səfərbəredici şüara çevrilməkdədir.

Elçibəy indi çox populyardır. Xüsusən gənclər arasında yeni bir Elçibəy renesansı gedir – bunu yazsam, yəqin, çox şişirtmiş olmaram. Elçibəy haqqında bir zamanlar səslənən irad vardı: “Gərək o, prezident olub bir siyasi zümrənin təmsilçiliyinə getməyəydi, xalqın lideri, bir növ, ağsaqqal kimi qalaydı”.

Açığı, bu fikri heç vaxt səmimi qarşılamamışam, ancaq belə görürəm ki, Elçibəy ölümündən sonra bu statusa uyğunlaşmaqdadır. Indi onu çox geniş zümrə özününkü bilir. Hazırda Elçibəyi AXCP sədri kimi təqdim etmək, hətta bir az siyasi risk və səhv sayılır. Bəli, vəziyyət elə bir həddə çatıb ki, indi “Elçibəy bizim sədrimiz olub” deməyi “cəbhəçilərin eqoizmi” sayırlar. Bu çox yaxşı haldır, əlbəttə. Elçibəyin onsuz da bu xalqın məhəbbətindən savayı heç nəyi olmayıb, fəqət, məhəbbət haləsinin şöləsi altında bəziləri yaxşı oyunbazlıq da qura bilir.

Elçibəyin fotosunu qəzetinə vurub, Elçibəyə aid kitab yazanlar, özünə “Elçibəyçiyəm” deyənlər indi çox asanlıqla Elçibəyi hakimiyyətdən devirənlərlə bir cəbhədə dayanıblar. Elçibəy sevgisi bu qədər amorf olmamalıdır, məncə.

Axı “Elçibəyçilik” nədir, onun kriteriyaları nələrdir? Mənə görə, bu yöndə ən başlıca meyar demokratiyaya sadiqlik, avtoritar rejimlə barışmaz münasibətdir. Demokratiya uğrunda savaşmırsansa, Elçibəyin arzularını gözündə qoyan bir hakimiyyətin boyunduruğu altına girmisənsə, avtoritarizm sənin tükünü də tərpətmirsə, necə özünü “Elçibəy əsgəri” kimi qələmə verə bilərsən, axı?

Saxta elçibəyçilik üçün Güney Azərbaycan mövzusu çox işəyarayandır. Ancaq belə hiylələrlə sadəlövhləri aldatmaq olar. Yada salıram, Elçibəyin sağlığında Güney Azərbaycan məsələsini ən güclü tərənnüm edənlərdən biri Fəzail Ağamalı və onun partiyası idi. Bəli, bəli, sizə qəribə gəlməsin, Fəzail Ağamalı, hətta Elçibəyi onun ideyalarını mənimsəməkdə suçlayırdı. Indi götürün, Elçibəyin o zaman Fəzail Ağamalıya münasibətini. Fəzail Ağamalı özünə “Elçibəyçiyəm” deyən adamlar yeni dövrün fəzailağamalıları ilə də elə Elçibəy kimi davranmalı deyilmi?

Bütün böyük insanlar kimi, Elçibəyin də əfsanələşdirilməsi prosesinin içindəyik. Son dövrün, hətta çox təsirli bir lətifəsi də yaranıb, az-çox siyasətlə məşğul olan hər kəsin belə bir hekayəsi var: “Bəyə dedim ki, a bəy, filan-filan…” Yəni, az qala, hər kəs Elçibəylə tərəfmüqabil olub, bu azmış kimi, hətta Elibəyə tövsiyələrini də verib.

Təbiidir. Qüsurlu müqayisə olmasın, doktor Əli Şəriəti də yazırdı ki, Həzrəti Məhəmmədə o qədər hədis qoşublar ki, Peyğəmbər gərək üç ömür yaşasın ki, o qədər söz desin, başına o qədər iş gəlsin. Bu baxımdan Elçibəy hekayələrinin də çoxalması və onların reallıqdan uzaq olması başadüşüləndir. Problem ondadır ki, əsl nüxsə itib-batmaqdadır.

Əbülfəz Elçibəyin keçən ad günündə Əli Kərimli, Isa Qəmbər bu problemə toxundular. Onlar problemdən çıxış yolunu da göstərdilər. Çıxış yolu sadədir, Elçibəyin çiyindaşları onun barəsində cəmiyyəti, gəncləri məlumatlandırmalıdılar, bu haqda danışmalı, yazmalıdılar. Dedilər, amma heç kim Elçibəylə bağlı bir hekayət danışmadı. Ümumi təsvirlər, qiymətləndirmələr oldu. Əlbəttə, onlar da doğru idi, fəqət hekayə olmadı. Axı başa düşmək o qədər çətin deyil ki, konkret tarixi hadisə, hekayə daha təsirli və yadda qalandır, nəinki ümumi qiymətləndirmələr.

Madam, məsləhətverən oldum, o zaman tənqid etdiklərimə oxşamayım, özüm bir hekayət danışım. Danışdıqlarım da birinci mənbəyə dayanır. Onları “Xaqani 33″də Əbülfəz Elçibəydən şəxsən eşitmişəm.

Əbülfəz bəy deyirdi ki, bir gün eşidir ki, əmək haqlarının azlığına görə Dövlət Neft Şirkətində fəhlələr tətilə başlayır. O zaman şirkətin prezidenti Sabit Bağırov idi. Bəy Sabit Bağırovu çağırır ki, “xəbərin var, işçilərin tətilə başlayır?” Özü də bu elə bir vaxtda baş verir ki, büdcədə pul yox, müharibənin də şıdırğı vaxtıdır. Sabir Bağırov nəinki tətildən xəbərdar olduğunu deyir, üstəlik, qeyd edir ki, aksiyanın öncülü elə özü olacaq.

Bundan sonrasını bilmirəm necə olub, onlar dil tapa biliblər ya yox. Gərək, gerisini Sabit bəy yaza. Deməyim odur ki, prezident və onun məmuru arasında belə bir ideal demokratik mühit olub.

Daha bir hekayə və yenə də Əbülfəz bəyin öz dilindən. Deyirdi ki, oturmuşdum otaqda, bir də gördüm Nəcəf Nəcəfov (prezidentin məbtuat xidmətinin rəhbəri) əlində ərizə, girdi içəri. O ərizəni prezidentin stolunun üstünə qoyur və deyir:

Indi təsəvvür etmək necə də çətindi; prezidentin sağ əli ailəsini dolandırmaq üçün halal maaşının qaldırılmasını tələb edir.

Biz belə bir lideri itirmişik. Başımız sağ olsun…

24.1.16

Stalin və hicab

Kitabdan görüntü-1
Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevin xatirələrində (Həyəcan təbili" kitabı. Nəşr ili 1982) maraqlı fakt aşkarlamışam.
Demək, H.Əliyev təxminən 50-ci ilin əvvəlində Talış dağlarında ezamiyyıtdı olur. Gəzir, gəzir gedib çıxır Yardımlıya. İndi isə diqqət.
O, yazır ki 40-50 evi olan bir kəndə yetişir.
Təəccüb edir ki, kənddə gözə adam dəymir. “Kənd soveti”nə (kənd icra nümayəndəliyi-yeni nəsil üçün arayış) yollanır ki bəlkə, orda kimsə tapa. Yenə heç kim yox. Kəndə uşaqlarla haray salınır ki bəs axı Bakıdan gələn var.  
Kitabdan 2-ci görüntü
Bir azdan başına bənövşəyi rəngdə kəlağayı bağlamış bir qadın gəlib onunla salamlaşır. Bu Partiya Təşkilat katibi olur. O deyir ki, "məhərrəm ayı" olduğundan camaat başqa rayonlara dolanmağa" gedib.
Müəllif yazır ki bu kənd başabaş seyidlərmiş, yeni onlar başqa kəndlərə əzadarlığa yollanıblar.
Sitat: "Bəs başını niyə sarımısan, xəstəsən?"
Dedi ki, yox, ay başına dönüm, seyidəm, məhərrəm ayıdır, camaatdan ayrılmaq olmaz".
Beləliklə, mən sadalayıram: 50-ci il, Stalin hele sağdı, Partiya katibi başı bağlı, seyidler de təziyədir..mən pas qardaş, söz sizdədir, buyurun.

Qeyd: Fotolardakı latın qrafikası və yuxarıda yazdığım nəşr ili çaşqınlıq yaratmasın. Kitab sonra latın əlifbası ilə təkrar çap olunub.


19.1.16

Əziz Əliyev və kürdlər

Bütün milletlere derin hörmetimi, bütün milletlerin beraber ve qardaş olduğunu vurğulayaraq soruşmaq isteyirem: Eziz Eliyevin kürd olması barede nese oxumamısınız ki?
(Əziz Əliyev və Mircəfər Bağırovun münasibətinə dair  oxumaq üçün buranı bas
Hacı Zeynal Abdin Tağıyev və Əziz Əliyevlə əlaqəsi barədə oxumaq üçün buranı bas )

Hazırda oxuduğum "Eziz Eliyev-dövrü heyatı, şexsiyyeti" adlı kitab mene vesvese vermekdedi.
Kitabdan ittiham qaydasında deyil, adi ve maraqlı hal kimi iki sehife paylaşıram. 
Görün oxuya bilirsiz?



13.1.16

Sehrli söz

Bilmirəm, ölüm mələyi onların qulağına nə pıçıldadı ki, o kişilər bütün ömürlərini xərcləyib əldə etdikləri yekə-yekə evlərini, mallarını-pullarını, əzizlərini, fəxr elədiyikləri hər şeyi bir anda vəfasızca atıb, gedib quruca qəbirdə uzandılar.
Hz Əli ölüm və dünyagirlər barədə deyib bunları. Yəni, SilK Wayi, Azerfonu, qızıl yataqlarını, kürsünü az qamarla, a bədbəxt oğlu. Qulağına o sehrli sözü pıçıldayan kimi gedib qəbirdə böyürü üstə fərəqat dayanacaqsan. Nə gözəl söz, nə pis aqibət!

12.1.16

Heydər Əliyevin dişləri

S u a l: Azərbaycanda neft var, təbii qaz var, hər şey var, amma zənginləşə bilmir. Yəni zəiflik davam edir, bizdəki kimi, işsizlik var, islama dönüş var. Mən orada olarkən bəziləri söylədilər. Allah Sizə uzun 
ömür versin. Mən çox dua edirəm, Siz yaşayın. Çünki Siz çox önəmli bir insansınız. Bütün bölgənin sabitliyi üçün çox önəmlisiniz. Amma Sizdən sonra orada xaos, savaş olmasın deyə, nə kimi tədbirlər
görməyi düşünürsünüz? 
C a v a b: Birincisi, Allah sənin dualarını eşidəcəkdir. Ona görə məni çox yaşadacaqdır. Bu gün gedib dişlərimi də müayinə etdim. Dişlərim xoşuna gəlirmi?
J u r n a l i s t: Dişlərinizin hamısı yerindədir.
H e y d ə r Ə l i y e v: Bəli, mənim özümündür, amma müayinə etmək lazım idi. Müayinə etdilər, daha da gözəl oldu.
J u r n a l i s t: Maşallah, maşallah.
Mənbə: Türkiyənin «SABAH» qəzetinin şərhçisi xanım Heydər Əliyevin müsahibəsindən, 16 mart 2001-ci il

11.1.16

Mircəfər Bağırov Əziz Əliyevin niyə cəzalandırdı?

Professor Ə.İbrahimovun «Görkəmli insanların həyatı. Məmməd Əbdül oğlu Isgəndərov» kitabın oxudum və kitabdakı məlumatların nə qədər həqiqət olduğunu axtarmaq təşəbbüsündəyəm.
Professorun yazmasına görə Mir Cəfər Bağırov Dağıstanı Azərbaycana birləşdirmək istəyirmiş, amma bu plan Əziz Əliyev (İlham Əliyevin ana babası) siyasi səhlənkarlığı ucbatından baş tutmayıb.
Oxuyaq.

«Azərbaycanın geoloq-geofizikləri Dağıstan Muxtar Respublikasının dəniz şelfində neft-qaz yatağı aşkar etmişdilər. Həmin yatağın istismarını təmin etmək üçün Mircəfər Bağırov Dağıstan Muxtar Respublikasının Azərbaycana birləşdirilməsi barədə Moskvadan razılıq almışdır. Problemin həllini təmin etmək üçün professor Əziz Əliyevi Dağıstan Muxtar Respublikasının KP MK-nın birinci katibi seçilməsinə nail olmuşdur. Çox əfsuslar ki, Muxtar Respublikanın Azərbaycana birləşdirilməsinə Sovet Ittifaqı KP MK-nın bürosunda baxılanda məsələnin həllini təmin edə bilmədi. 

Muxtar Respublikanın Ali Sovetinin sədri Daniyalov etirazını bildirdi. Xidməti işlərinə görə Daniyalovu Dağıstan MR MK-nın birinci katibi vəzifəsinə təyin etdilər. Görünür pərdə arxasında Əziz Əliyevin yüksək vəzifə postunu itirməsini Rusiya Federasiyası təmin etmişdir. Mircəfər Bağırov onu səhlənkarlığına görə partiyadan xaric etdirdi. Amma peşə ixtisası üzrə «Caparidze» adına xəstəxananın (Sabunçu qəsəbəsindəki xəstəxananın) baş həkiminin birinci müavini vəzifəsinə təyin olunmasına Mircəfər Bağırov razılığını verir. Əziz Əliyev özü demişkən: ona da çox şükür.


Görünür Rusiya Federasiyasının rəhbərliyi Dağıstan MR Ali Sovetinin sədri Daniyalovu şirnikləndirərək məsələnin həllinə maneçilik törədiblər. 
Axırıncı da M.Bağırovun qəzəbinə səbəb olmuşdur. Növbəti seçkidə Əziz Əliyev Muxtar Respublikanın KP MK birinci katibi vəzifəsinə təkrarən seçilmədi. O vəzifəyə Daniyalov seçildi. Azərbaycan KP MK bürosu Əziz Əliyevi neqativ səhvə yol verdiyinə görə, partiya sıralarından azad olunması barədə qərarını verdi və onun «Caparidze» adına xəstəxanaya baş həkimin birinci müavini təyin olunması barədə səhiyyə nazirliyinə sərəncam verildi. Qeyd olunan məsələni professor özü mənə söylədi. Demək olar ki, Əziz Əliyevin siyasi səhvi nəticəsində, Dağıstan MR Ali Sovetində özünə sədaqətli şəxslə kadr dəyişikliyi vaxtında etmədiyinin nəticəsində Dağıstan MR-i itirdik.» (səh. 87)

5.1.16

Yaşamaq və intihar haqda

Möhterem dostlar, isterdim ki son günlerimizin acı reallığı olan intihar barede bir neçe kelme deyim.
İntihar insan faciesidir, burda teze söz demek çetindi.
Ölkemizde baş qaldıran bu intihar dalğası birmenalı olaraq cemiyyetdeki böhrana bağlıdır.
Sonsuz sayda ictimai problemler var, onların mütleq ekseri yarıtmaz idareetmeden qaynaqlanıb.
Bele bir şeraitde insanlarımız yalnızlıq derdi yaşayır. Men intiharın adı bele bele de çağırıram- yalnızlığın sonu.
İnsanlar hemdemsizdiler, derdlerine çare nedi, onu eşidecek adam tapa bilmirler.
Çünki hamı öz hayındadı. Herenin başı öz qarnına, öz müsibetine ele qarışıb ki en eziz adamına vaxt ayıra bilmir.
Nese alimlik etmek istemirem, yalnız bir sözüm var, bu ses küylü intiharların paradoksal olsa da bir xeyri olacaq ki, saxta intihar aşiqlerinin ses küyünden qulağımız dincelecek.
Ölümü terennüm eden feqet 2 caynaqları ile bu dünyadan yapışan deleduzlar, duyğu istismarçıları facebookda da çoxdu. Onlar her gün ölmek isteyirler, intiharın yolların arayırlar, ölümün gözelliyin vesf edirler, amma nedese heç cür öle bilmirler.
Real intiharlar bu insaları bir az kiridecek.
Ölüm xoş şey deyil, dostlar, ancaq labüd prosesdi. Ondan ne qorxmaq lazımdı, ne de ondan öteri sinov getmek. Ölümü öz başına buraxın, geler salamlayarıq, gelmirse neyçün çağıraq?
Men size leyaqetli heyat, izzetli ölüm arzulayıram.
Sağ olun.

Jurnalist təşkilatları Rasim Əliyevin qətliylə bağlı məhkəməni niyə izləmirlər?

Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Prosesdə iştirak etmək istəyən media nümayəndələrinə əngəl yaradılıb.
Bəs ölkənin jurnalist birlikləri məhkəmə prosesini izləyirlərmi?
Məsələ ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə əlaqə saxladıq. 
A.Əliyev bildirdi ki, bəhs etdiyimiz məhkəmə prosesi ilə maraqlanmır: “Səbəb odur ki, mən bu işlərdən çoxdan çəkilmişəm. Çünki maraqlandığım hallar və adamlar təəssüflər olsun, elə bir vəziyyətdədirlər ki, bizim bir zaman mübarizə apardığımız sistem indi həmin şəxslərdən güc alır”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də musavat.com-a açıqlamasında bu məhkəmə prosesini izləmədiyini bildirib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunduqdan sonra daha çox vaxtımı bu qurumda keçirirəm. Ona görə də Demokratik Jurnalistlər Liqası ilə çox məşğul ola bilmirəm. Bu işlərə vaxtım çatmır. Artıq bir ildən çoxdur ki, Demokratik Jurnalistlər Liqasına elə də vaxt ayıra bilmirəm”.

Əli Rais, 
Musavat.com

Mənbə bu linkdə

4.1.16

Şərq budur-tanıyın!

Bilmirem "Şerq", "Qerb insanı", "Şerq dünyası", "Qerb dünyası" kimi ağır ve yorucu mövzular sizin üçün ne qeder maraqlıdır, bu barede düşünürsüzmü?
Yeqin, düşünürsüz.
Mene Şerqi oxuduğum kitablardan, meqalelerden, dinlediyim insanlardan, yaşadığım şerq heyatından daha çox ustad Lütfü tanıdıb. Xüsusen, onun teqdim edeceyim musiqisi.
***
Bir defe yazmışdım, tekrarlayıram, onun "Eşg danad" musiqisi bize çox aydın şekilde şerq insanının ezabını, düçar olduğu ağır möhnetli heyatı,dövranın kec reftarını, dostun vefasızlığını, bextsizliyi, heyatın faniliyini izah edir.
Bu musiqi çox ağırdır, hetta deyerdim heyata tehlükedir, feqet bu heyatın özüdür, günümüzdür, ne xoşqedemdi, ne "ay zaur"du, ne de İlham Aliyevin boz inkişaf nağılıdır! 

Dinleyin, baxın (musiqini dinləmək üçün bura vur)

(2013-ə aid facebook qeydimdən)