Ana içeriğe atla

Kayıtlar

2016 tarihine ait yayınlar gösteriliyor

Əfv niyə olmadı?

Yoldaşların beynində belə sual dolaşır ki, bu il qibleyi aləm neyçün əfv vermədi.
Bunun səbəbi aydındır. Bildiyimiz kimi cənab prezident çox humanistdir. Ondan olsa hər həftə əfv verər. Bu onun xeyirinədir. Hakimiyyət neftdən çox, bizim siyasi məhbuslardan xeyir görüb (siyasi mənada). Hər əfvdən sonra dünyanın dürlü-dürlü ölkə və təkilatlarından, cənabın ünvanına təşəkkür məktubları gələr, onun humanist addımı alqışlanır, qəlbləri fərhlə doldurur.
Lakin, bu proses təkcə prezidentdən asılı deyil. Çox təəssüf ki, bizim siyasi məhbuslar özlərini layiqincə aparıb, prezidentimizin nüfuzunun qalxmasına imkan yaratmırlar. Mən düşünürəm, qəsdən belə edirlər. Odur, bayaq oxuyuram ki, məhkəmə AXCP sədrinin müşaviri Məmməd İbrahimi ha çalışıb azad eləsin, alınmayıb. Heç demə, Məmməd bəy kalonda yerin səliqə ilə yığışdırmırmış, ərazində təmizlik işi aparmaq üçün əlinə bir dəfə də süpürgə almayıbmış.
O birisilər də elədir. Onlar qəsdən belə intizamsızlıq edirlər ki, cənab prezident fakt qarşısında q…

"Taxtabaş ziyalı"ya bir sual

Tale Bağırzadəni ona görə müdafiə etmirsən, hətta böhtana məruz qoyursan ki, o dindardı, dünya baxışında əsas ağırlıq din təşkil edir. Bəs, onunla birgə tutulan, namazı-orucu olmayan, sənin kimi qalstuk-kostyümlü, hər an dünyəvi və demokratik Azərbaycan üçün can qoyan və yeganə günahı yazdığı status olan Fuad Qəhrəmanlını niyə müdafiə eləmirsən, ay "xalq şairi?" Nə Fuad, nə Tale sizin kimi başı qarnına calaq olan, "zülmət saçan ziyalılara" (ifadə Asif Atanındı) müdafiənizə ehtiyacı var. Sadəcə, bu tablonu sizin riyakarlığınızı göstərmək üçün çəkdim.

"Sekülyar" müəllimlər

Məsələnin bir yanı da var, deyim sizə.
Bu gün o günahsız yerə uzun müddətə həbsə göndərilən dindarlara həqarət edənlər ki var, onlar öz əclaflığını pərdələmək üçün özlərin sekülyar göstərirlər.
Aldanmayın. Onlarla sekülyarlıq arasında yerlə göy qədər fərq var. Bu cürə adamlar sadəcə opportunistlərdi, fürsətcillərdir. İnanın, sabah hansısa dini qruplaşma güc, söz sahibinə çevirilsə, onlar gündə 25 rükət namaz qılacaq, 3 ay oruc tutacaq, şəriətin başqa qaydalarına laqeyd yanaşan başqası üçün eynən bu günkü qəddar davranışı göstərəcək.
Nəyə əsasən deyirəm? Çünki, bu gün o namərdliyi edən adamları (haqsız yerə həbs olunan, dəhşətli işgəncə görən və indi bizə cavab vermə imkanı olmayanları) yamanlaranlar əksərən kimlərdi? Adı JEK işçisinə etiraz etməyə cürəti çatmayanlar, 5-6 manatlıq maaş üçün hansısa gönüqalın birinə səcdə edənlər. İndi siz deyin, bunlar sabah iraq olsun, doğrudan dövlət quruluşuna real təhlükə olanda sinəsin qabağa verən tiplərdi??

O dünyadan gələn səs: "Mənə su verin"

Eldar müəllimin (Eldar Sabiroğlu- yapın indi "arzuolunmaz" elan etdiyi keçmiş funksioneri, igid Rüfət Səfərovun atası) sübh tezdən bir məqaləsin oxudum. Mərhum akademik Fərəməz Maqsudova (zamanında alovlu yapçı, indi öz əqidədaşlarının unudub, yada salmaq istəmədiyi bivaris) həsr edib. ***
Məqalənin girişi belədir ki, müəllif yuxu görür. Yuxuya əsasən Fərəməz müəllimin halı o tərəfdə heç də yaxşı deyil. Şikayətlənir, təşnədir, bir qurtum suya həsrət qalıb.
Eldar müəllim də bu yuxunu belə şərh edir ki, Fərəməz Maqsudov dostlarının vəfasızlığına, onu heç yada salmalarına görə o dünyada odlanır... ***
Məqalənin əsas məziyyəti barədə daha sonra yazacam, indi isə ora yazılan bir şərh barədə.
Saytların birində gedən bu məqaləyə- "Unudulan adam", bir istifadəçi belə şərh yazıb.  "Ay müəllim, yuxu görmüsən, ancaq onu düz yozmamısan. O cür yuxdan sonra hövkan qələmə sarılmaq lazım deyildi e. Gərək gedib, bir dəfə FATİHƏ,3 dəfə İxlas surələrin oxuyub, ruhuna hədiyyə edib…

Şahbanunun qüssəsi

İranın sonuncu şahı Rzanın arvadı Fərəh Pəhləvi xatirələrində yazır ki, bir gün SSRİ-yə səfərə gəlirlər. Moskvada növbəti gəzintidə onları devirilən Nikolayın yaşadığı evə aparırlar. Fərəh o gəzintini özləri üçün həqarət sayır. Yazır ki, bizə Nikolayın yatdığı yatağı-filanı göstərirdilər ki, bax, burda vaxtı ilə səltənət sahibi rahat yatıb, o stolda oturub, bu mətbəxtə yeyib və s.
Fərəh bundan rəncidə olsa da, tarixdən ibrət almadı. Gərək alaydı. Almadığına görə, onun öz xanimanı da Nikolayınkı kimi oldu. Deyəsən, indi İranda heç onun evini muzey olmağa da layiq bilməyiblər.

Qeyd: Fərəh indi ABŞ-da yaşayır. İran inqilabından sonra əri çox faciəli şəkildə xərçəngdən öldü. Qızı Leylanın ( 21 yaş) Londonda yüksək dozalı narkotik qəbulundan ölü tapıldı. 2011-ci ildə isə 2 oğlundan biri Kaliforniyada özünü güllələyib öldürdü.

Dəmiryolu

"Allah Prezidentimizi saxlasın. Ancaq biz qırılırıq!"

Bu gün  "cənab prezident sağ olsun, o yaxşı adamdır, taxt tacı əbədi olsun", deyib, dalıyca , "amma vallah biz acından qırılırıq, krediti verə bilmirik, polis, məhkəmə də bir yandan bizi minir" əlavəsin edirsinizsə, stop, sizə sürprizim var. Bu sizin riyakarlığınızı göstərir.
Bu cür yanaşma barədə yüz il əvvəl yoldaş Lenin yazdıqlarına nəsə əlavə etmək çətindi. Oxuyaq. Sadəcə oxuyanda, "iuduşka-kadet sözünü" azərbaycanlı ziyalı, yazıçı, bitərəf, ağsaqqal"la əvəzləyin.
"İuduşka- kadet kədərli gözlərini qaldırıb həm inqilabçı xalqa, həm də əks inqilabçı hökumətə baxaraq məzəmmətlə deyir: mübarizə nəyə gərəkdir, daxili çəkişmə nəyə lazımdır?
Qardaşlar, gəlin bir-birimizi sevək! Qoy həm canavarlar tox olsun, həm də qoyunlar salamat qalsın, həm yuxarı palata monarxiya toxunulmaz qalsn, həm də "xalq azadlığı" təmin olunsun".

Qəlbə düşən ilk şübhə

Pambığa minnətdarlıq duyğusu ilə Mən siyasi şübhədən danışıram. Söhbət o zamandan gedir ki, Heydər Əliyevi siyasi olimpin tam zirvəsində saymaq olardı. Hakimiyyəti təzə ələ keçirmişdi. Siyasi savadı o qədər zəngin olmayan, sadəlövh azərbaycanlılara görə o peyda olan “Xızır Nəbi” idi. Camaat, çətinliklə dolanırdı. Hamı həyatında əsaslı dönüş gözləyirdi.   O vaxt məktəbli idim, sadə, siyasətdən uzaq bir kənddə yaşayırdım. Mən tam bilmirdim, ölkədə nələr olub, keçir, vəziyyət nə cürədir və hara gedir. Ancaq, Heydər Əliyevin az qala hər ay keçirdiyi müşavirələr ( indikindən uzaq qabaq AzTV başdan ayağa Heydər Əliyev olardı), mənim kimi məktəbliləri belə siyasətə boylanmağa vadar edərdi. Onlardan isə bunu öyrənirdi ki, ölkə xaraba günə qalıb, bunu təbii ki, keçmişdəki hakimiyyətlər edib. İndi vaxt yetişib, "baba" onları sahmana salacaq. Görürdüm ki,  tutaq ki,  Heydər Əliyev icra başçıların, hətta kolxozçuları yığıb danlayır. Onlar da günahların boyunlarına alır ki, yaxşı işləməmişik…

"Siyasi məhbuslar"dan bunu heç gözləməzdim

Biz həmişə demişik ki, siyasi məhbuslar günahsızdır. Məni bağışlayın, bir doğma qardaşım, xeyli sayda dostum vicdan məhbusu, siyasi məhbus olsa da, mən daha belə qələt eləmək fikrində deyiləm. Siyasi məhbuslar betər günahkarmış. Odur, Avropa prokurorları üzə çıxardı ki, siyasi məhbuslarımıza görə yazıq büdcəmiz 3 milyon ziyana düşüb. 3 milyon hələ aysberqin görünən hissəsidir. Binəva hökumətimiz gedib bu siyasi məhbuslara görə Avropanın moşenniklərinə 3 milyon avro pul, kürü, xalça xərcləyib (Ətraflı BURANI BAS OXU) . Ki, onlar mötəbər məclislərdə Azərbaycanı pisləməsinlər, deməsinlər ki, Azərbaycanda insanları haqsız yerə damlayırlar. Siyasi məhbuslarımıza görə büdcəmizin incəlməsinə son qoylsun!
Buna görə, o "ziyanxorları" dərhal türmədən açıb buraxmaq lazımdır ki, büdcəmizin yükü bir az azalsın. Yoxsa, belə olmaz, bəylər və xanımlar. 3 milyon avronun üstün düzəldib, Göyçayda ildə iki dəfə "Nar bayramı" keçirmək olar.

"Vallah, YAP-da da yaxşı oğanlar var"

Mollalar, Nobelçi alim və siqaret

Qardaşlar, dünən vəhabi mollanın "şahmat oynamaq böyük günahdır" məzmununda xütbəsin yaydım, baxdıq güldük. Sizi məlum edim ki, vəhabilikdə siqaret də haramdır. İndi o məzmunda bir xütbə atsam yenə də gülüşəcik. Sözüm başqadır. Mollaların sözü ilə oturub duran adamlar deyilik. Axı onları 7-ci əsrdə yaşayan müasirlərimiz sayırıq. Bizim üçün əsl alim sözü keçərli olmalı deyilmi? Bəli!
Elə isə dinləyin, gülü burnunda Nobel mükafatı alan türk alim Əziz Sancar deyir ki, xərçəngi qabaqlamaq istəyirsinizsə siqaret çəkməyin! Onun fikrini tam olaraq, BURANI BAS OXU) Neçə nəfər o alimi dinləməyə, onun dediklərinə əməl eləməyə hazırdır?  Axı o molla deyil, eşidəcik onu? Mən eşitməyə başladım, sizi bilmirəm. PS. Xitabım qardaşlara ünvanlansa da bəzi bacılar da statusumdan nəsibin ala bilər.
(facebook, 2015 dekabr qeydlərimdən)

Ənvər Seyidovun xosunvay olması barədə

Mənfur rejimin qansız lakeyi Ənvər Seyidovun azarlaması barədə bu gün xəbər yayıldı. Dedilər, ölür. Bədbəxtlikdən bu sətirlər yazılanda o hələ də fani dünya ilə xüdahafizləşməmişdi. Möcüzə baş verməsə, yəqin ölən də deyil. 
Bunlar bizim tayımız deyillər ki, yanılarından yel ötəndə pnevmaniya tutub gəbərsinlər. Yaxşı səhiyyə xidmətindən bəhrələnmə, keyfiyyətli qidalanma, stressiz (arsız daha yerinə düşür) həyat və şübhəsiz, əlaqədar orqanlarındakı "ağ tük" onların ölümün bu qədər asan eləməz. 

Ənvərlər hələ bizim kimi binəsibləri çox yeyib-bitirib, sümüklərimizi də gəmirəcək. Bu heç. Söz açmaq istədiyim mövzu, hər belə hadisələr vaxtı "əxlaq polisləri" və "humanizm doktorları"nın gözümüzü qıpıq etmə təşəbbüsləridir. Onlar Ənvərin gorbagor olma perespektivinə sevinənləri danlayır, xəstəhal olmuş adama qarşı ancaq “acil şəfalar” arzulamağın müstəhəbliyindən bəhs edirlər. 
Bəs nə?! Sivil və ziyalı insan belə şeylərə sevinməməlidir. Gözüm kəlləmə çıxır. Bu tələyə …

Baxma, o dəmiryoluna baxma

2010-ci ildə Bakı-Tblisi-Qars adlı dəmiryolu xətti istifadəyə verilməli idi. İldən ilə uzatdılar. Bu gün, sabah. Bu gün, sabah. Milyardları həzmdən keçirdilər. Hələ də yolu istifadəyə verə bilməyiblər. Ancaq nolsun, Pezident Yanında Strateji Araşdırmalar Mərkəzi xarici ölkədə BTQ dair kitab çap edib. Zalım uşağı çox strateqdilər e. Bahar gəlmədən gül olub açıblar.
Necə ki, yoxsulluğu İlham Əliyev kağız üzərində ləğv elədi, dəmir yolu da o cürü. Kitablarda, qəzetlərdə qatarlar Bakıdan Qarsa, Qarsdan Bakıya gedir.  Əsas olan da budur.

"Bəxtsiz gəlin" barədə o biriQEYDLƏRİ BURANI BAS OXU



Qızını öldürmək istəyən Mirzə Cəlil

Mirzə Cəlili yenidən tanımaq üçün “Xatirələrim”i oxmağınız vacibdir

Cəlil Məmmədquluzadənin orta məktəblərdən şüurlarımıza hopan bir fotosu var. Bu sətirləri oxuyan kimi yəqin… dərhal gözünüz önünə o foto gəldi: bığları yuxarı dartılan, dolu sağlam sifətli və bir az özündən razı, kefli bir obraz…
Mirzə Cəlilin yazıları da bir başqa aləmdir. Böyük acılardan yazsa da, onun əsərləri dodağımızı qaçırdır, kefimizi açır. Adam onun əsərlərini oxuduqca deyir; nə ola bu adamın yanında olasan, doyunca söhbət edə, zarafatlarını dinləyəsən. Beləliklə, beynimdəki Mirzə Cəlil çox şən biri idi. Həmidə Xanım Cavanşirin “Xatirələrim” kitabını oxuyanacan.

Qorxaq, şübhəcil, vasvası…

Bu kitabı ərsəyə gətirən Mehriban Vəzirdir, bu iş üçün mən ona təntənəli surətdə təşəkkür edirəm.
Həmidə xanımın bu kitabını mən cana faydalı əsərlər sırasına salmışam və kitab oxumağı bacaran bütün insanlara onu şiddətlə tövsiyə edirəm. “Xatirələrim” bizə Mirzə Cəlili və onun zamanını anladan ən sanballı mənbələrdəndir. Həmi…

Lenin Lütfüzadə və Əliyev rejimi

İqtibas V.İ. Leninin "Materializm və empriokritisizm" əsərindən götürülüb.

İran şahının "qazlanması" (ibrət)

1963. İran şahı Məhəmmədrza arvadı Fərəhlə ABŞ-a səfərə gedir. Şah özün şirin satmaq üçün ABŞ prezidentinin arvadı Jaklin Kennediyə bir zamanlar Şir ürəkli Riçardın xanımına məxsus antikvar komplekt (briliyant qaşlı üzük, sırğa, boyunbağı və s) bağışlayır. Şahın qaynanasının şahidliyinə görə bu hədiyyənin alınması üçün Məhəmmədrza üzminlərlə dollar xərcləyibmiş.
ABŞ prezidenti isə bu bahalı hədiyyənin qarşılığında şaha bir köhnə qalstuk verir. Deyir ki, bunu vaxtı ilə Corc Vaşinqton taxıb.
Prezidentin arvadı isə Məhəmmədrzanın övrətinə akvarellə çəkilən bir tablo bağışlayır, onu belə mazata mindirir ki, bu şəkili o kollecdə oxuyanda çəkib. Qaynana yazır ki, qalstukun qiyməti heç bir dollar yox imiş. Buna görə onlar iqamətgahlarına qayıdanda Şahın arvadı Fərəh Diba elə Məhəmmədrzanın yanında qəzəblə kükrəyib deyir: "Bu ... qonağa cındır qalstuk bağışlayıb, hələ iddia da edirlər ki, bu Vaşinqtonun, yaxud Linkolnindir" :)

"Həsənağa qohumlarının" ölkəsində Həsən bəy olmaq

Hesen Kerimovbəyin bu fotosunu özüm çəkmişdim.
Məncə, bu foto özü hər şeyi deyir. Çox ağır oldu bu itki, çox.
Amma bu ötən anlarda soyuq başla özümə sual verməyə də macal tapdım: Həsən bəy guya nə vaxt, necə vəfat etsəydi bizi yandırmazdı ki? 
Bizə təsəlli verən onun necə yaşamasıdır, eləcə də necə vəfat etməsi! Həsən bəy Azərbaycanın bir nömrəli rayonun başçısı olub-Səbailin. Çox çətin dövrdə işləməsində baxmayaraq, onun rəhbərliyindən kiminsə şikayət etdiyin eşitməmişəm. Çünki, düz adam olub, düz işəyib, harama bulaşmayıb. Bunun parlaq sübutu Səbail dairəsindən deputatlığa namizəd olarkən qazandığı səslərdir (bu səslərin nəticəsinin hökumət oğurlasa da, Avropa Məhkəməsində təsdiqin tapdı).
***
Həsən bəy bir nömrəli rayonda yüzlərlə evi pulsuz insanlara paylayıb, amma özü şəhərin ucqarında yaşayıb!
O "başçı"ykən, məktəbli oğlu yanılmıramsa, iki dəfə qaçıb ondan xəbərsiz Qarabağa döyüşə gedib. ***
Həsən bəy mən tanıyandan AXCP-nin üst eşalonunda olub. Ona nələr təklif olunma…

"Qərb dairələrinin Bakı hoqqaları"

İlham Əliyev Qərb ölkələrini "islam düşməni" olmaqda elə ürəkdən ittiham edir ki, bəzən mən də düşünürəm ki...

bəlkə, Bakıdakı "Əbu Bəkr" məscidini İngiltərə 3 ildir qapısı bağlı saxlayır?
bəlkə, Şəhidlər camesinin qapısını 3 ildir Mossad kilidləyib?
bəlkə, "Peygəmbərimiz hz Məhəmmədin" məscidini uçurub onun yerində bina tikən Ramiz Mehdiyevin yeznəsi yox, Obamanın qızının sevigilisidir?
bəlkə, Bakıda azanı səsgücləndirilənlərlə verilməsini yasaqlayan Hacıbala yox, Fransa prezedenti kafər Olanddı?

"Azərbaycanı Suriyaya döndərmək" haqqında

Mene göre yer üzünde ağıllı, ağlı zeif xalq, millet yoxdu.
Bütün xalqlar eyni yolu keçir, keçecek; hamısı da eyni nailiyyetleri, ezabları dadacaq, dadır. Biri tez, biri gec.
Baxın, indi bezileri ereb ölkelerinde dava-dalaşı esas tutub müxalifeti şantaj edir.
Deyirler, deyişiklik edib buranı Misir, Suriyaya döndereceksiz?
Xeyr ve esla.
Misir, Suriya bizim dalımzca gelir, biz eksine getmirik.

Suriyada, Misirde baş verenler bizim coğrafiyada azı yüz il önce olub.
1909-cu ilde M.E. Resulzadenin "İran mektubları"n oxuyuram (Rəsulzadə və AXC barədə maraqı kitabları BURANI BAS PULSUZ ENDİR). Ele şeyler yazır ki düşünürsen kinodur.
Meselen, inqilabdan sonra Tehranda, Tebrizde qurulan dar ağaclarından.
Resulzade yazır ki, her axşamçağı dara çekme olurdu, camaat sebrsizlikle o anı gözleyirdi.
Hamı şadyanalıqla, alqışla inqilab düşmenlerinin asılmasını alqışlayırdı.
Hetta konkret ad yazıb-Şeyx Mehdi, öz atasının dara çekilmeyine göre camaatdan tebrikler qebul edib. çünki atası kazyol olub inqilab…

Elçibəyə gülürdük

İman gətirib, saleh əməl sahibi olanlar yaşları çatırsa, mənim haqq sözümə şahidlik edəcəklər. Mən Sabirabadlıyam. Bilirsiniz ki, bizim rayon camaatına pambıqla qan uddurublar. Dastanlar, rəvayətlər var pambıq zülümünə dair, bu haqda sonra danışarıq. Cəbhə hakimiyyətə gələndə ölkədə müharibə gedirdi, çoxlu həll olunası problemlər vardı. Ancaq bu çətinlik içində adamlar gülməyə, hətta qəşş eləməyə mövzular tapırdılar. Dəqiq yadımdadı bizim camaat ən çox belə bir hadisəyə uğunub keçirdilər. Prezident Elçibəydən müxbirlər soruşmuşdu ki, bəy bu pambıq işi nə olacaq? O da deyib ki, necə olacaq, pambıqdır da, yığarlar lap yaxşı, varlaşarlar, yığmazlar da öz işləri... Camaat üçün bu gülməli idi. Necə yəni ə, pambığı yığırsan yığ, yığmırsan cəhənnəmə. İnsanlarımız o vaxt hələ bilmirdi ki, xüsusi təsərrüfatın, bazar iqtisadiyyatının olduğu yerdə prezident pambıq ək, xurma becər, nar soku çək sərəncamı, göstərişi verə bilməz. Öz işindi. Lakin, camaat bunu hələ idrakından keçirə bilmədiyindən "…

Ad günü problemi

Bu risalə azman mühərrir Səbuhi Məmmədlinin “Şərq” qəzetinin ad günündən reportaj yazmasına təpkidir Adı, soyadı başına bəla olan doktor Əli Şərətinin kitablarının arasında sizin rastınıza nə vaxtsa “İnsanın dörd zindanı” adlı bir yazısı çıxacaq. Bu sənətkarın 1970-ci ildə etdiyi məruzədir, sonra kitaba salınıb. Söz gəlişi deyim ki, Əli Şəriətinin 20 cild civarında kitabları çap edilsə də, müəllim onlardan klassik mənada 3, 4-ün yazıb, qalanları onun məruzələri, konfranslardakı çıxışlarıdır. Lakin, o çıxışlar, məruzələr o qədər sistemli, əhatəli olub ki, onları kitaba salanda məzmunsuz söz yığını təsiri bağışlamayıb.
***
“İnsanın dörd zindanı”nda müəllif göstərir ki, biz insanlar doğuluşdan bizi əhatə edən təbiətin (1), tarixin (2), cəmiyyətin (3), öz eqomuzun (4) əsarətindəyik. Onun təbirincə əsl insanın missiyası bu zindanlardan özün azad eləmək, dörd yanı alan bu divarları, eləcə də özünü söküb təzədən yığmaqdır. O bu prosesi “iqbal” adlandırır.
Mən ağır söhbətlərlə bu istirahət günü…

"Hara gedib, o Elçibəy !!!???"

2000-ci ilin axırlarında AzTV-də "Cəbhə-Müsavat" hakimiyyəti əleyhinə növbəti "zəhmətkeş reportajları" hazırlanırmış.
Bir kişi çıxır gözünü yumur ay Əli Kərimli, Pənah Hüseyn, İsa Qəmbər belədir filandır, asıb kəsir.
"Paytaxt sakini" Əbülfəz Elçibəyə kecəndə qıraqdan kimsə deyir ki "ayə onu yox , o rəhmətə gedib".
Kişi söhbəti tuta bilmir, qayıdır ki, "hara gedib, niyə gedib Elçibəy, gəlsin hesabat versin" :)

Bəndəniz bu yazdıqlarını möhtəbər bir zatdan eşitmişdi. Həmin o mübarək zat bəndənizi inandırmışdır ki, bu hadisəni şəxsən televizyondan iziləmişdir. Bəndeyi həqirin o mübarək şəxsin sözünə qarşı hər hansı quşqusu yoxdur, yenə də hansısa xətadan aləmlərin Rəbbinə pənah aparıram, düzü Xüdavəndi aləm bilər.

Sümükləri sındı, inamı yox

Mənim bir dostum var- Asif Yusifli. Onunla dostluğumuzun təməli 1997-ci ilə dayanır.
Asif mərd insandır. Tək-tük adam var ki, özümdən nikbin hesab edirəm, onlardan biri Asifdir. 
Adam var, barmağının ucuna tikan batır, amma salam verməyinə peşman olursan; olmayan min bir xəstəliyi, mücərrəd qayğısı, problemi ilə adamı yükləyir, yorur.
Asifdə tərsindədir. Mən bilirəm onun boğaza dirənən qayğıları var: Qarabağ qazisidir, sağlıq problemi, uzun ildir növbədə olmasına baxmayaraq qərəzlə mənzil verilməməsi, "n" sayda məişət qayğıları və s...
Bunlara baxmayaraq biz Asiflə görüşəndə sözün əsl mənasında Nirivanada uçuruq. Asif belə insanlardan, dostlardandır.
O, 4 aydır, yataq xəstəsidir. Qəzaya düşüb. Tez-tez də olmasa həftədə bir onu ziyarət edirəm. Bu gün də etdim. Asif bu yarımcanı ilə məni elə fərəhləndirdi ki, bilmirəm necə ifadə edim. Onunla danışa-danışa düşündüm, inamlı olmaq nə gözəldir!  Böyük hədəfləri məqsəd seçmək nə xoşdur!
İnamlı insan başqadır. O inamı ilə sizə Xəzəri də üz…

Almaniyanı dolayan azərbaycanlı

 DİBAÇƏ Mühacirət normalda əzablı hadisə olmalıdır. Hicrət barədə nə qədər qəm-qüssəli kitablar, əzablı xatirələr var. Amma biz azərbaycanlılar elə elədik ki, hicrət anektoda döndü.
Hicrət bizdə indi "dezertir"liklə sinonim sayılır və əksərən də bu düz qiymətləndirmədir. "Bbiz azərbaycanlılar" yazdım, ancaq həqiqət belədir ki, biz tək deyilik, hətta bir neçə xalqa baxanda bu mövzuda abırlıyıq) ***
Alman dövlətini dolaya bilən azərbaycanlılar Xüsusi ilə bu alman siyasətçi Leyla Yunusun xanımlığına və xəstəliyinə görə haqsız mühakiməsindən qəzəblənmişdi.
O zaman (dekabr 2014) bizim QHTlərdən bir dəstə yığışdı, cənab Martin Şultsu lənətləyən bəyanata imza atdılar.
*** İndi nə görsəm yaxşıdı? Avropa Birliyinə, bu alman siyasətçisinə haqlı tələbə görə (təkrar edirəm məzlumları müdafiə etdiyinə görə) etiraz edən QHT-lərdən birinin yaradıcısı, boz kardinalı Almaniyaya pənah aparıb. Bəli, bəli vurub məni də oyana keçib Alman dövlətindən mədəd umub ki, məni qoruyun, yoxsa İlham…

Naxçıvanda allahsızlıq

Naxçıvan MR-da aparılan seçkinin nəticələrinə baxıb dəli olmamaq mümkünsüzdü. 
Girin siz də baxın, msk.gov.az da.
Belə seçkini keçirməyi İlham özünə necə yaraşdırır. Və ya Vasif Talıbov.
Yüzlərlə kənddə guya sanki insanlar ağır söyüş qoyub və o söyüşə intizamla əməl ediblər ki, bir kənddə Cəmil Həsənliyə birdən artıq səs vermək olmaz.
Təkrar edirəm, belə protokol yazıblar; yüzlərlə kəndin hamısından Cəmil bəy guya cəmi bir səs alıb. Buna inanan insan pitekantropdan da zəkasızolmalıdır.
Hesab edirəm ki, vətənpərvər azərbaycanlıların hamısı təkcə Dağlıq Qarabağ dərdini düşünməməlidir, Naxçıvan Muxtar Respublikası əldən çıxıb, təcili oranın Azərbaycana ilhaq edilməsi və orda insani bir rejimin yaradılması barədə iş aparılmalıdır.
Dəhşətdir sadəcə, qarayola gecə vaxtı hardan baxdım o nəticələrə.

Əli İnsanovun əfv ərizəsi

Əli İnsanov 11 il həbsdə qaldı. İndi onu təzədən 4-5 illiyə məhkum edirlər. İki şeyi diqqətinizə çatdrım, bizi idarəedənlərin necə yalançı, şərbaz, qorxulu ünsürlər olduğun bilin. 1. İnsanov həbs olandan bir həftə donra MTN, DİN və Prokurorluq guya onun etiraf ifadəsin yaydı. Orda yazılmışdı ki, "mənim gördüyüm iş çirkin işdi və buna görə özümə nifrət edirəm".
"Mənim gördüyüm iş"-yəni, guya İlham Əliyevə qarşı çeviriliş planı. Güc orqanlarının yaydığı bu "etiraf"a hətta İlham Əliyev də sonra istinad elədi. Amma vəkillə ilk təmasda İnsanovdan təkzib gəldi, ki belə bir şey olmayıb. 2. İkinci əfv ərizəsin "525-ci qəzet" ərsə gətirdi və ildırım sürəti ilə bütün parazit hökumət mediasına yayıldı. Bu baş verdi 3-4 il əvvəl. O zaman inandırıcılıq üçün hətta ərizənin "Əl yazmasın" nümayiş etdirdilər. Yalanın ömürü bu dəfə daha az oldu. Yenə təkzib gəldi ki, özləri İnsanovun yerinə əfv ərizəsi yazıblar. "Əfv ərizəsi yaxşıdır, yoxsa pisdir&…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…