Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2015 tarihine ait yayınlar gösteriliyor

"Ujas"

Oxuyacağınız iki sadə fakt bizə necə dəhşətli, qorxulu ölkəmiz olduğun sübut edir. Hacı Məmmədov— DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı. Uzun illər sonra həbs olundu, onda bilindi ki, öz vəzifəsindən istifadə edərək banda yaradıb. Nə qədər baş kəsib, qan töküb. Yanılmıramsa öldürdüyü sübuta yetirilən adamların sayı 22 olmuşdu. Emin Şəkinski- Azərbaycan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general. Onun keçmiş həyat yoldaşı saxta sənəd düzəldərək, 4 uşağı ilə birgə ölkədən qaçıb. Baxmayaraq ki, o bu qadının və uşaqların ölkədən çıxmağına qadağa qoyubmuş. Görürsüzmü, ölkədə qanun yox, pul işləyəndə heç general da öz maraqlarını qoruya bilmir.
İndi təsəvvür edin.

Süleymanın məsəlləri

İşgəncənin kralı və kralın nökəri olmaq
“Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür. Əcəldən əvvəl təkəbbür gələr”
(Tövrat, Süleymanın məsəlləri)

"...Artıq heç bir coğrafiyanın, heç bir şey gizlənə bilmədiyi rəqəmsal bir aynanın qarşısındayıq.  Bu aynanın o  qədər böyük və geniş bir əksolunma keyfiyyəti var ki, kimsə və heç bir şeyə gizlənmək şansı verməyib.  
Budur, illərdir qaranlıq küçələrini hiyləgər və rəhimsiz kölgələrin idarə etdiyi şəhərlər ard-arda ayağa qalxır.  
Və azadlıq hayqırtıları o rəqəmsal aynadan bütün dünyaya əks olunur. Xəyallar və həyəcanlar, hirs və şiddət, təzyiq və zülm gizlənə bilmir. Buna görə totalitar respublikalarının diktatorları, səssiz xalqlarından gələn yeni səsləri kəsə bilmir. Misirdə Mübarək, keçmişdə etdiyi qırğınları bu rəqəmsal aynada edə bilmədi. Zindanları işgəncəylə doldura bilmir.
Çünki köhnə motodlu qırğınlarını yenə etsəydi, bu dəfə insanlığın gözləri qarşısında, tarixin ilk canlı cinayətini işləyəcəkdi. Çünki, İnterneti …