Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2015 tarihine ait yayınlar gösteriliyor

Çekist Heydər Əliyevin sirli illəri

Bizim ölkəmizdə dünyanı idarə edən gizli qüvvələr, illah da “masonluq” barədə söhbətlərə hər tinbaşı rast gəlmək olar. Bir çoxları lətifə mövzusu olan bu söhbətlərin yaranma, çiçəklənmə səbəbi hardasa başadüşüləndi. Məchulluq insan təbiətini həmişə özünə cəlb edib. Dünyanın hər yerində belədir, bizdəki fərqlilik isə gizliliklər barədə söhbətlərin çox bəsit olması, daha çox qulağa dolan sözlərə, fantaziyalara əsaslanmadır.Azərbaycandakı qəribəliyin bir cəhəti də budur ki, ölkə özü sirri-xuda olsa da, bura nəzər yetirən azdır, adamlarımızın çoxu geopolitik olmağa meyllidir. Məsələn, özümüzdənsə, Bukingem sarayındakı gizli idarəetmə, Pentaqon rəhbərliyinin şəxsiyyətindəki gizli çalarları üzə çıxarmağa daha çox təşnədilər. Bir detal: köhnə “KQB” dünyada heç də masonluqdan maraqsız, mübhəm quruluş olmayıb. Azərbaycan da uzun illər “KQB”yə rəhbərlik etmiş şəxsin - Heydər Əliyevin idarəetməsi altında olub. Bu gün də onun üsul və fəlsəfəsilə Azərbaycan yönəldilir. Gəlin, özümüzə sual verək: H…

İlham Əliyev və ermənilər

2009-cu ildə Azərbaycanda belə bir hadisə olmuşdu. Həmin il keçirilən "Eurovison" mahnı müsabiqəsində iştirak edən erməni təmsilçiyə Azərbaycandan bir iki nəfər sms yollamışdı. Həmin adamları MTN çağırıb sıxma boğmaya salmışdı. O zaman yerli mətbuat, sms yollayanlar nə qədər yazıb töksə də ki, a balam bu mahnı müsabiqəsidi, bunu siyasiləşdirməyin, xeyri olmadı. İqtidarpərəstlər sms-ə görə həmin şəxsləri sonadək qətiyyətlə "xalq düşməni" elan etməkdə qaldılar. Bu birinci hadisəidi, yadınızda saxlayın ki ikinci hadisəni eşidəndən sonra müqayisə edəsiniz.
İkinci hadisə, Bakıda Avropa Oyunları vaxtı baş verdi. İlham Əliyev Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyana gümüş medalı təqdim edərkən tamaşaçılar erməni idmançını fitə basdı. Bu zaman dövlət başçısı tamaşaçılara müraciət edərək, əl jesti ilə fiti dayandırdı. Onun bu jestindən sonra zalda əyləşən tamaşaçılar idmançını alqışladılar və İlham Əliyev bu davranışa görə onlara təşəkkür etdi. Erməni musiqiçiyə …

ABŞ-ın ad gününə

Bu gün-4 iyul ABŞ-ın ad günüdür. Mən səmimiyyətlə amerikalı dostları, yoldaşları təbrik edirəm. Amma bu təbrikin xitab olunduğu auditoriyasını geniş də saymaq olar. Axı bu gündən tək amerikalılar deyil, bəşəriyyətin demokratiya, qanunun aliliyi uğurunda mübarizə aparan hər kəsə pay düşür.
 ***
ABŞ himnində deyildiyi kimi, bu ölkə doğrudan da azad və cəsur insanların ölkəsidi. Yaxud, İranlı dostumun dediyi kimi: " Marg bar Amrika şüarı səsləndirənlər belə Amerikada olmaq istəyir".
***
 4 iyul ABŞ-ın İngiltərədən müstəqillik qazandığı gün olsa da, bir çox amerikalılar hesab edir ki, ABŞ ingilis beyninın, zəkasının məhsuludur. Daha konkretləşdirsək, bu günkü Amerika ingiltərəli mütəfəkkir Con Lokkun ideyaları üzərində bərqərar olan quruluş sayılır. Sizlər kimi mən də bu ölkənin inkişafının qaranlıq səbəblərini, sirrini axtarmışam, bu yöndə çox sayda yazılar oxumuşam. İcmalım belədir: ABŞ-ı ABŞ edən azadlıq, cəsarət və yeniliyə dəhşətli can atmadı.
"New brand" (yeni …