29.4.15

Bəy və müəllim Əli Kərimli

Bu gün AXCP sədri Əli Kərimlinin ad günüdür. Bu əlamətdar günlə bağlı mənim də deyəcəklərim var. Ancaq hardan və necə başlamaq çətindi. Xüsusən, bütün gözəl sözlərin dəyərdən salındığı bir vaxtda yaşadığımızı nəzərə alsaq. Elə bir zamandır ki, insanlara haqq etdiyi tərifli sözləri də də deyəndə, yazanda adamı tərəddüd bürüyür ki, görən yaltaqlıq, yarınmaq kimi başa düşülmürəm?
Fəqət, bir şeyi də unutmaq lazım deyil. Müdriklər deyir ki, zülm bir insana haqq elədiyi şeydən məhrum etməməkdir. Bütün şüurlu həyatını Azərbaycan insanının azadlığı, rifahı üçün məhrumiyyətlərə həsr edən insana heç olmaya bu gün zülm etmək niyyətim yoxdu. *** Ordan başlayım ki, Əli Kərimli adlı siyasətçini mən ilk tanıdığım günlərdə ona yönəlik təniqdlərin çoxu onun yaşı ilə bağlı olardı. Söhbət 1996-97-ci illərdən gedir. Kərimlinin 30 yaşı təzəcə adladığı illər. Bu o dövr idi ki, Əli Kərimli AXCP sədrinin birinci müavini idi, onun böyük çapda siyasət aparması qıcıq yaradırdı. Əli Kərimli hələ o zamanlar potensial prezidentlik iddiasında olan siyasətçi kimi qavranılırdı. Elə buna görə də başqa söz tapa bilməyənlər aşkar, bəzən eyhamlarla deyirdilər, yazırdılar ki, nolub ay qardaş, hələ 35-ə (prezidentliyə namizədliyin minimal yaş həddi) yetiş də bir! O günlərdən xeyli vaxt keçib, indi də təzə niqabda amma köhnə ruhda təniqdlərdən Kərimli korluq çəkmir. Onu əsaslı tənqid eləməkdə çətinlik çəkənlər, “müxalifət qocalıb, yeni nəfəsə ehtiyac var” deyib, təkrarlayırlar. O, isə sübut edir, yaşdan daha vacib şey, hər yaşda öz sözünü deyə bilməkdir. *** Əli Kərimli Milli Azadlıq hərakatı dalğasında siyasətə gələn demək olar yeganə siyasətçilərdəndi ki, o ilk gündən bu çağacan liderliyi ilə fərqlənib. O, həm də “hərəkat”ın ətaləti ilə gedənlərdən, “hərəkatdan yığılan baqajı” xərcləyərək gündəmdə qalanlardan deyil. O, dövrün siyasi instrumentlərinə dərhal yiyələnə bilən, öz üzərində aramsız, yorulmadan işləyən siyasətçidir. *** Əli Kərimlini tanıyan hər kəs onun müstəsna təşkilatı bacarığına bələddir. Onun tələblərinə cavab verəcək səviyyədə iş təqdim eləmək müşkül məsələdir. Bizim dostlar arasında bir təbəssüm doğuran hadisə məşhurdur. Partiya funksionerinə 4-5 tapşırığı, işi həvalə edib, ondan ürəkaçan nəticə almayanda Əli Kərimli irad tutur. “Axı burda nə var ki, bu işi mən özüm bir saata həll edirəm (edərəm). Belə amansız, qarşə tərəfi tərki silah edən arqumentə nəhayət dostlardan biri cavab tapır. Deyir ki, bəy, insaf elə, o işi bir saata həll eləyə bilsəydim elə mən də Əli Kərimli olardım da, filankəs yox.Öz üzərində işləmək, görəcəyin işə məsuliyyətlə yanaşmaq məsələsinə dair bəndənizin şahid olduğu daha bir hadisə. 3-4 il əvvəlin söhbətidir. Hanısa müşavirəmiz vardı, Əli bəy bir -iki gün əvvəlcə mənə də çıxış eləməyi tapşırdı. Elə o anda da soruşdu ki, çıxışa necə hazırlaşırsan. Dedim ki, “Allaha pənah formada”, belə daha təbii alınır filan, yəni bədahətən. İndi sizə çox adi görünsə də, o məni təccübləndirdi. Təccübümə səbəb o oldu ki, uzun illərdir hətta bədxahlarının parlaq nitq ustası kimi qəbul elədiyi Əli Kərimli mənə hər çıxışından əvvəl hazırlaşdığını, danışacağı sözləri-fikirləri götür qoy elədiyini dedi. Bu onun xarakterik əlamətidir. Mənim tanıdığım Əli Kərimli qətii kortəbiliyi, hesablanmamış, ölçülməmiş heç nəyi qəbul eləmir. Elə buna görədir ki, diqqət eləsəniz (mən buna 4-5 il müxalifətin konfranslarından, iclaslarından, mitinqlərindən reportaj hazırlaşmış şəxs kimi şəhadət gətirirəm) o çıxışlarında taftalogiyaya varmır, fikir ardıcıllığı ilə seçilir. Hər bir jurnalist üçün Əli Kərimlidən alınan müsahibəni lentdən yazıya köçürmək can rahatlığınıdı. Çünki onun çıxışında yersiz hayişələr, rabitəsizlik, lazımsız təkraralar yox səviyyəsində olur. *** Özünü tamami ilə mübarizəyə həsr eləmiş insan. Ümidvaram, Əli Kərimli barədə bu ifadəni işlədərkən ifrata varmıram. Bəzi, örnəklər verərək, çalışacam fikirimi şübhələrdən qurtarım. Bir dəfə hanısısa məsələyə görə ondan nəsə cavab gözləyirdim. Cavab uzanırdı, bir qayda olaraq ondan belə şey gözlənilməz idi. O konkreliyi sevən və buna riayət edən tiplərdəndir. Sms yolladım, deyəsən, məzmununda narahatlığım görsənirdi deyə zəng edəndə dedi: " ...bəzən bizim kimi adamların da şəxsi problemləri, qayğıları olur".
Az sonra bildim ki, neçə günmüş ki valideyninin xəstəliyi ilə məşğulmuş. O " ...bəzən bizim kimi adamların da şəxsi problemləri, qayğıları olur"u sözgəlişi, bəlkə də zarafata demişdi, amma mən ancaq ilkj dəfə onda düşündüm ki, biz axı heç vaxt onun şəxsi problemlərini dilə gətirdiyini, buna görə hansısa iclasda olmamağın, yaxud tədbiri buna görə yarıda buraxıb getdiyin heç görməmişik axı. Bu xüsusda daha bir hadisə. Keçən ilin (2014) yayı idi. Partiya Rəyasət Heyətinin iclasında ənənəvi olaraq, yenə siyasi məhbuslara diqqət göstərilməyin vacibliyindən danışırdıq. Əli bəy tapşırıq verirdi, filan siyasi məhbus barədə kampaniya lazımdı, filan məhbusun ailəsinə baş çəkmək lazımdı, filanın uşağının hansısa problemi ilə məşğul olmaq lazımdı. Adı çəkilənlər demək olar siyasi mənsubiyyətcə cəbhəçi deyildi. Bu an üzbəüz tutuduğumuz Asif Yusifli gülərək replika verdi ki, hamını yada saldıq bəs, bizim öz cəbhəçimiz Natiqin qardaşı Murad üçün nəsə edəcəyik ya yox? Bu an mən sanki özümə gəldim, əlbəttə ki Murada görə yox. Dedim ki, Murad dünən yox srağagün tutulub, sədr öz məhbus qohumunu da yaddan çıxarıb deyəsən ( Elnur Seyidov Əli Kərimlinin qaynıdır, elə bu səbəbdən 7,6 il azadlıqdan məhrum edilib). Gülüşdük. Biz həmişə onun dəsti xəttini belə görmüşük: Ümumun marağı üçün öz maraqların tərəddüdsüz qurban verməyə hazır adam! Bu gün elə bir ağır ictimai-siyasi vəziyyətdə yaşayırıq ki, razılaşın ki, insanlar heç öz doğma qan qohumlarını diqqətdə saxlaya bilmir. Onların hal əhvalı ilə maraqlanmağa nə macal, nə də maraq göstərirlər. Amma bu Xalq Cəbhəsində Əli Kərimlinin timsalında tam tərsidir. Azərbaycanın hansı tərəfindən olmasından asılı olmayaraq çətinlikləı üzlşən cəbhəçi Əli Kərimli üçün bir fikir mənbəyidir, narahatlıqdır. O insan mütləq və mütləq qaydada gücümüz atan formada qayğı ilə əhatə olunur. Pardon! Təkcə cəbhəçilərmi? Kimsə varmı ki çıxıb desin o bu gün hpkm sürən zümlə səs ucaldıb, təzyiq görüb amma Kərimlidən, onun rəhbərlik etdiyi təşkilatdan dəstək görməyib? Elə bu sadə səbəbdəndir ki, uzun illərin repressiyası, təqibləri, təzyiqləri AXCP bir sosial-siyasi təssisat kimi sıradan çıxara bilmir. Çünki bu təşkilatda insanları yalnız quru nizamnamə, partiya etiketləri bir-birinə bağlamır.Heç istəməzdim “ad günüdə” dönüklərdən söz açım, amma bunsuz da keçinmək olmur. Bəli, bu bir həqiqətdir ki, Əli Kərimlinin böyründən fərarilık edib səngərin “o biri üzünə” adlayanlar da olub. Bir müddət çox cənfəşanlıqla bunu onun zəif siyasətçiliyi ilə əlaqələndirməyə çalışdılar. Bihudə. Əksinə zaman keçdikcə bu faktın özü Kərimlinin xeyrinə işlədi. Fakt bundan ibarətdir ki, Kərimlini tənqid edib ondan uzaqlaşanların heç biri bu gün Azərbaycan siyasətində söz sahibi deyil. Bəli, onlar “mənsəb sahibi” ola biliblər, olsun ki indi daha keyfiyyətli brend geyirlər, bahalı markaladan istifadə edilər, ancaq kim inkar edə bilər ki siyasətçinin dəyəri qiyməti özündə, sözündə yox, paltarında, istifadə elədiyi məişət əşyalarındadı.
Gəlin, etiraf edək ki, Əli Kərimlinin üzləşdiyi dönüklükləri çoxumuz qəbullanmaq gücünüdə deyil. Zarafat deyil, səninlə illərlə çiyindaş, “dostluğumuz qiyamətədək davam edəcək” deyən biri bir gün özgə süfrəsində isti kasaya görə yanından sivişib gedirsə, dünya adamın başına uçar. Yalnız bütöv şəxsiyyətlər, güclü xarakter sahibləri, öz yoluna inanan, hədəfini dəqiq görən biri buna tab gətirə bilib, yola davam edər.
Uğurlar Əli bəy, Əli müəllim! Mübarəksiniz!