Ana içeriğe atla

Bəy və müəllim Əli Kərimli


Bu gün (28 aprel) AXCP sədri Əli Kərimli 50 yaşını tamamlayır. Bu əlamətdar günlə bağlı mənim də deyəcəklərim var. Ancaq hardan və necə başlamaq çətindi. Xüsusən bütün gözəl sözlərin dəyərdən salındığı bir vaxtda yaşadığımızı nəzərə alsaq. Elə bir zamandır ki, insanlara haqq elədiyi tərifli sözləri deyəndə, yazanda adamı tərəddüd bürüyür ki, görən yaltaqlıq, yarınmaq kimi başa düşülmürəm?
Fəqət, bir şeyi də unutmaq lazım deyil. Müdriklər deyir ki, zülm bir insana haqq elədiyi şeydən məhrum etməməkdir. Bütün şüurlu həyatını Azərbaycan insanının azadlığı, rifahı üçün məhrumiyyətlərə həsr edən insanı heç olmaya bu gün zülm etmək niyyətim yoxdu.
***
Ordan başlayım ki, Əli Kərimli adlı siyasətçini mən ilk tanıdığım günlərdə ona yönəlik təniqdlərin çoxu onun yaşı ilə bağlı olardı. Söhbət 1996-97-ci illərdən gedir. Bu o dövr idi ki, Əli Kərimli AXCP sədrinin birinci müavini idi, onun böyük çapda siyasət aparması qıcıq yaradırdı. Əli Kərimli hələ o zamanlar potensial prezidentlik iddiasında olan siyasətçi kimi qavranılırdı. Elə buna görə də başqa söz tapa bilməyənlər aşkar, bəzən eyhamlarla deyirdilər, yazırdılar ki, nolub ay qardaş, hələ 35-ə (prezidentliyə namizədliyin minimal yaş həddi) yetiş də bir.
O günlərdən xeyli vaxt keçib, indi də təzə niqabda amma köhnə ruhda təniqdlərdən əskik deyil Kərimli. Onu əsaslı tənqid eləməkdə çətinlik çəkənlər, “müxalifət qocalıb, yeni nəfəsə ehtiyac var” deyib, təkrarlayırlar. O, isə sübut edir, yaşdan daha vacib hər yaşda öz sözünü deyə bilməkdir. 
*** 
Əli Kərimli Milli Azadlıq hərəkatı dalğasında siyasətə gələn demək olar yeganə siyasətçilərdəndi ki, o ilk gündən bu çağacan liderliyi ilə fərqlənib. O, həm də “hərəkat”ın ətaləti ilə gedənlərdən, “hərəkatdan yığılan baqajı” xərcləyərək gündəmdə qalanlardan deyil. O, dövrün siyasi instrumentlərinə dərhal yiyələnə bilən, öz üzərində amansızlıqla işləyən siyasətçidir.
***
Əli Kərimlini tanıyan hər kəs onun yorulmaz təşkilatı bacarığına bələddir. Faktiki onun tələblərinə cavab verəcək səviyyədə iş təqdim eləmək müşkül məsələdir. Bizim dostlar arasında bir təbəssüm doğuran hadisə məşhurdur. Partiya funksionerinə 4-5 tapşırığı, işi həvalə edib, ondan ürəkaçan nəticə almayanda Əli Kərimli irad tutur. “Axı burda nə var ki, bu işi mən özüm bir saata həll edirəm (edərəm)". Belə iradlara axırı ki, dostlardan biri cavab tapır. Deyir ki, bəy, insaf elə, o işi bir saata həll eləyə bilsəydim elə mən də Əli Kərimli olardım da, filankəs yox.
***
Öz üzərində işləmək, görəcəyin işə məsuliyyətlə yanaşmaq məsələsinə dair bəndənizin şahid olduğu daha bir hadisə. 3-4 il əvvəlin söhbətidir. Hanısa müşavirəmiz vardı, Əli bəy bir -iki gün əvvəlcə mənə də çıxış eləməyi tapşırdı. Elə o anda da soruşdu ki, çıxışa necə hazırlaşırsan. Dedim ki, “Allaha pənah formada”, belə daha təbii alınır filan, yəni bədahətən.
İndi sizə çox adi görünsə də, o məni təccübləndirdi. Təccübümə səbəb o oldu ki, uzun illərdir hətta bədxahlarının parlaq nitq ustası kimi qəbul elədiyi Əli Kərimli mənə hər çıxışından əvvəl hazırlaşdığını, danışacağı sözləri-fikirləri götür qoy elədiyini deyirdi. Bu onun xarakterik əlamətidir. Mənim tanıdığım Əli Kərimli qətii kortəbiliyi, hesablanmamış, ölçülməmiş heç nəyi qəbul eləmir. Elə buna görədir ki, diqqət eləsəniz (mən buna 4-5 il müxalifətin konfranslarından, iclaslarından, mitinqlərindən reportaj hazırlaşmış şəxs kimi şəhadət gətirirəm) o çıxışlarında taftalogiyaya varmır, fikir ardıcıllığı ilə seçilir. Hər bir jurnalist üçün Əli Kərimlidən alınan müsahibəni lentdən yazıya köçürmək can rahatlığınıdı. Çünki onun çıxışında yersiz hayişələr, rabitəsizlik, lazımsız təkraralar yox səviyyəsində olur.
***
Özünü tamami ilə mübarizəyə həsr eləmiş insan. Ümidvaram ki Əli Kərimli barədə bu ifadəni işlədərkən ifrata varmıram.
Bəzi, örnəklər verərək, çalışacam fikirimi şübhələrdən qutrtarım. Bir dəfə hanısısa məsələyə görə ondan nəsə cavab gözləyirdim. Cavab uzanırdı, bir qayda olaraq ondan belə şey gözlənilməz idi. O konkreliyi sevən və buna riayət edən tiplərdəndir. Sms yolladım, deyəsən, məzmununda narahatlığım görsənirdi deyə zəng edəndə ləngimənin səbəbi kimi dedi ki, bəzən bizim kimi adamların da şəxsi problemləri, qayğıları olur. Az sonra bildim ki, neçə günmüş ki valideyninin xəstəliyi ilə məşğulmuş. O zarafata demişdi, amma mən ancaq onda düşündüm ki, biz axı heç vaxt onun şəxsi problemlərin dilə gətirdiyini, buna görə hansısa iclasda olmamağın, yaxud tədbiri buna görə yarıda buraxıb getdiyin heç görməmişik axı.
Bu xüsusda daha bir hadisə.
Keçən ilin yayı idi. Rəyasət heyətinin iclasında ənənəvi olaraq, yenə siyasi məhbuslara diqqət göstərilməyin vacibliyindən danışırdıq. Əli Bəy tapşırıq verirdi, filan siyasi məhbus barədə kampaniya lazımdı, filan məhbusun ailəsinə baş çəkmək lazımdı, filanın uşağının hansısa problemi ilə məşğul olmaq lazımdı. Adı çəkilənlər demək olar, siyasi mənsubiyyətcə cəbhəçi deyildi. Bu an üzbəüz tutuduğumuz Asif Yusifli gülərək replika verdi ki, hamını yada saldıq bəs, bizim öz cəbhəçimiz Natiqin qardaşı Murad üçün nəsə edəcəyik ya yox. Bu an mən sanki özümə gəldim, əlbəttə ki Murada görə yox. Dedim ki, Murad dünən yox sragagün tutulub, sədr öz məhbus qohumunu da yaddan çıxarıb deyəsən ( Elnur Seyidov Əli Kərimlinin qaynıdır, elə bu səbəbdən 7,6 il azadlıqdan məhrum edilib). Gülüşdük. Biz həmişə onun dəsti xəttini belə görmüşük “öncə cəbhəçilərdir”!
***
Bu gün elə bir ağır ictimai-siyasi vəziyyətdə yaşayırıq ki, razılaşın ki, insanlar heç öz doğma qan qohumlarını diqqətdə saxlaya bilmir. Onların hal əhvalı ilə maraqlanmağa nə macal, nə də maraq göstərirlər. Amma bu Xalq Cəbhəsində Əli Kərimlinin timsalında tam tərsidir. Azərbaycanın hansı tərəfindən olmasından asılı olmayaraq çətinliklə üzlşən cəbhəçi Əli Kərimli üçün bir fikir mənbəyidir, narahatlıqdır. O insan mütləq və mütləq qaydada gücümüz atan formada qayğı ilə əhatə olunur. Elə bu sadə səbəbdəndir, uzun illərin repressiyası, təqibləri, təzyiqləri AXCP bir sosial-siyasi təssisat kimi sıradan çıxara bilmir. Çünki, bu təşkilatda insanları yalnız quru nizamnamə, partiya etiketləri bir-birinə bağlamır.



                                                                                     ***
Heç istəməzdim “ad günüdə” dönüklərdən söz açım, amma bunsuz da keçinmək olmur. Bəli, bu bir həqiqətdir ki, Əli Kərimlinin böyüründən fərarılık edib səngərin “o biri üzünə” adlayanlar da olub. Bir müddət çox cənfəşanlıqla bunu onun zəif siyasətçiliyi ilə əlaqələndirməyə çalışdılar. Bihudə. Əksinə zaman keçdikcə bu faktın özü Kərimlinin xeyrinə işlədi. Fakt bundan iubarətdir ki, Kərimlini tənqid edib ondan uzaqlaşanların heç biri bu gün Azərbaycan siyasətində söz sahibi deyil. Bəli, onlar “mənsəb sahibi” ola biliblər, olsun ki indi daha keyfiyyətli brend geyirlər, bahalı markaladan istifadə edilər, ancaq kim inkar edə bilər ki siyasətçinin dəyəri qiyməti özündə, sözündə yox, paltarında, istifadə elədiyi məişət əşyalarındadı. Gəlin, etiraf edək ki, Əli Kərimlinin üzləşdiyi dönüklükləri çoxumuz qəbullanmaq gücünüdə deyil. Zarafat deyil, səninlə illərlə çiyindaş, “dostluğumuz qiyamətədək davam edəcək” deyən biri bir gün özgə süfrəsində isti kasaya görə yanından sivişib gedirsə, dünya adamın başına uçar. Yalnız bütöv şəxsiyyətlər, güclü xarakter sahibləri, öz yoluna inanan, hədəfini dəqiq görən biri buna tab gətirə bilib, yola davam edər. 
Uğurlar Əli bəy, Əli müəllim! Mübarəksiniz! 

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil