Ana içeriğe atla

Kayıtlar

Nisan, 2015 tarihine ait yayınlar gösteriliyor

Bəy və müəllim Əli Kərimli

Bu gün (28 aprel) AXCP sədri Əli Kərimli 50 yaşını tamamlayır. Bu əlamətdar günlə bağlı mənim də deyəcəklərim var. Ancaq hardan və necə başlamaq çətindi. Xüsusən bütün gözəl sözlərin dəyərdən salındığı bir vaxtda yaşadığımızı nəzərə alsaq. Elə bir zamandır ki, insanlara haqq elədiyi tərifli sözləri deyəndə, yazanda adamı tərəddüd bürüyür ki, görən yaltaqlıq, yarınmaq kimi başa düşülmürəm? Fəqət, bir şeyi də unutmaq lazım deyil. Müdriklər deyir ki, zülm bir insana haqq elədiyi şeydən məhrum etməməkdir. Bütün şüurlu həyatını Azərbaycan insanının azadlığı, rifahı üçün məhrumiyyətlərə həsr edən insanı heç olmaya bu gün zülm etmək niyyətim yoxdu. *** Ordan başlayım ki, Əli Kərimli adlı siyasətçini mən ilk tanıdığım günlərdə ona yönəlik təniqdlərin çoxu onun yaşı ilə bağlı olardı. Söhbət 1996-97-ci illərdən gedir. Bu o dövr idi ki, Əli Kərimli AXCP sədrinin birinci müavini idi, onun böyük çapda siyasət aparması qıcıq yaradırdı. Əli Kərimli hələ o zamanlar potensial prezidentlik iddiasında o…

Natiq Ədilov: «Əlimi, qolumu sallayıb çıxmamışam oralardan»

Natiq Ədilov: «Pasportun fəaliyyətsizdir deyib məni qatardan düşürdülər»AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov AzadlıqRadiosuna müsahibəsində deyir ki, sərhəddə ona «pasport problemi» yaradılıb.(Azadlıq radiosundan çıxan 11.04.2015 tarixli müsahibəm )«Həbs, yoxsa mühacir həyatı?» – özünün dediyinə görə, belə bir seçim qarşısında AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov qalıb. İndi o, Fransadadır. Telelayihə olan «Azərbaycan saatı»nda jurnalist kimi fəaliyyətini davam etdirir, «Azadlıq» qəzetinə yazır. AzadlıqRadiosuna müsahibəsində AXCP fəalı xaricə getməyinin səbəblərindən, gələcək planlarından danışır.- Fransaya getməyinizlə bağlı mətbuata açıqlamanızda deyirsiniz ki, iki yol var idi, ya getmək, ya da həbs olunmaq. Niyə düşünürsünüz ki, getməsəydiniz, həbs olunacaqdınız?- Bəli, belə bir fikri yazmışam və o qüvvədə qalır. Amma bir əlavə də etmək lazımdır ki, Azərbaycanda mənim daha iki variantim var idi - ictimai-…