Ana içeriğe atla

Zibilə dönmüş insan

Avropdakı qış istirahətindən dönən ümumilli liderimizin siyasi və bioloji varisi İlham Əliyevin xalqın probleminlə yaşamaqdan şəkər, ürək xəstəliyi tapan məmurlarımızla bahalaşmayala aid keçirdiyi müşavvirədə dediyi bir fikir hələ də qulaqlarımda cingildəyir : “Siz də, mən də, hamiımız bölgələrdə olanda görürük ki, haranın havası da təmizdir, adam rahat nəfəs alır. Amma Bakıya qayıdanda görürük ki, havası ağırdır (`Respublika` qəzeti 23 yanvar 2006)". 

O, havanın ağırlılaşmasına səbəb kimi neft-qaz mədənlərini, tıxacları, artan maşınları göstərmişdir.
Hava durumu dörurdan  da önəmli məsələdir və tarixən  cəmiyyətin ayıq-sayıq nümayəndələri barometr kimi havanı kontrol etməyi lazım biliblər. Məsələn illər öncə ünlü Nazim Hikmət belə yazırdı:

Hava kurşun gibi ağır!!
Bağır
     bağır
          bağır
                bağırıyorum.
Koşun
      kurşun
            erit-
               -meğe
                      çağırıyorum...

Şair və siyasətçinin havaya münasibəti gözlər önündədir. Nazim heç vaxt küçələri zibilləyən solafan torbalar qaygılandırmazdı, bizim prezidentsə lap yaxşı xatırlayıram ekologiya ilə bağlı bir müşavirəsində yalan olmasın on dəfə “selofan torbaları” dilinə gətirib şərəfləndirdi.
Havanı, küçəni çirkləndirən, zay edən, ikrahedici hala qoyan insandır. Bəs sən küçələrdə saatlarla  soyuq havada, öldürücü günəşin altında əməyini satamağa dayanan insana  yeri zibilləməmək barədə necə dərs keçə bilərsən. Sən ona nə təhər anlada bilərsən ki, soyuqlamamaq üçün altına qoyduğun  kardonu, eləcə də evdən gətirdiyin peraşkini yedinmi, onun solafan qabını sonda zibil yeşiyinə atmaq lazımdır. Gülməlidir. 

Adamı dövlət, hökmət ictimai dəyərdən salaraq müəllimlikdən, mühəndislikdən, zabitlikdən sürüyüb qul bazarına tullayıb, indi görün o nə qədər alicənab və sadəlövh olmalıdır ki, belə bir dövlətin qayğısına qalsın.

Bax elə bu təzada görə də Nazim kimi  nəhənglərə  xırda zir-zibillər vız gəlir. Zibil nədi, bir süpürgəçi tapacaqsan süpürüb hər şeyi sahmana salacaq.
Ancaq ictimai motivli zibillər doğurdan da bəladır. Havanı kurşun (qurğuşun) kimi ağır olmasının, zibilliklərin, neft-qaz, karbohidrogen katastrofları, tıxac, tox, ac problemlərini  kökündə daim belələri dayanıb.

İndi insanları ətrafı  zibillətməsinin qarşısın almaq üçün heç səy göstərməkdən mənasız iş yoxdurl. Baxın, şəhər yerlərində adamlar nəinki mədəni çağrışlara heç yedii mərtəbəli “ bura zibil tökənin atası anası əqarabası...” kimi söyüşlərə də əhəmiyyət verməyib istədikləri yerə zibil  tullayırlar.
Bu gün adamlarımızı zilil olmağa, yaxud zibil yerinə qoyulmamağa çalışmaq gərək. Bu çox çətindir ancaq ictimai-ab hava daxil olmaqla atmosferin təmizliyi üçün bundan özgə yol yoxdur. İnanmırsız Nazimə qulaq asaq


 Ben diyorum ki ona :
- Kül olayım
             Kerem
                 gibi
                    yana
                         yana.
Ben yanmasam
              sen yanmasan
                       biz yanmasak,
                       nasıl
                           çıkar
                                karan-
                                       -lıklar
                                          aydın-
                                               -lığa”

(3 mart 2007, `Azadlıq` qəzeti)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …