Saytdan oxumuşam!

Hər deyilənə inanırsızmı?
Yox, cavabı verirsinizsə sizdən soruşuram, bəs niyə hər yazılana inanırsınız. 
Elə bilirsiniz ki yazmaq danışmaqdan çətindi?
Yoxsa, düşünürsünüz ki yalançılar yazanda o `qabiliyyətlərini` itirir?
Qabaqlar, məsələn 15-30 il əvvələdək belə şey moddaydı.
Bir nəfər öz fikirini əsaslı saydırmaq, hətta mübahisəsiz qəbul etdirmək üçün deyərdi. `Bunu kitabdan oxumuşam, yaxud televiziyadan eşitdim`.
Əyyam dəyişdi. Hamı bildi ki,  kitab çap eləmək çətin şey deyil, orda da Allahından dönüb nə istəsən çərənləyə də bilərsən. Eləcə də televizorda da adamlar get-gedə öyrəndilər ki, qatığı çox rahat qara rəngdə göstərmək olar.
Bundan sonra yeni bir istinadgah peyda oldu. `Əşi mənə inanmaya bilərsiz, axı bunu internetdə yazıblar`. 

Baaa, nə danışırsan, onda heç, sən deyəndi. Atan oldu rəhmətlik.
Sonra irəli daha bir addım atıldı, günümüzdə adamlardan tez-tez eşitmək olur. `Filan sayt yazıb, özümdən demirəm ki`.
Belə hallarla qarşılaşırsız, elədi?

Bu cür səthi yanaşmaya görə bəzən özünüz qurbana çevirilirsiniz, bəzən də kimisə qurban verirsiniz.
Odur ki, bəzi sadə şeyləri demək istəyirəm.
Əziz dostlar.
İndiki dövrdə kitab çap elətməkdən daha asan sayt yatarmaqdır. 5-10 manat belə sayt yaratmaq və istənilən informasiyanı, dezinformasiyanı ora doldurmaq olar.  Odur ki, gözyumlu hər yazılana inanmaq olmaz.
Hər bir xəbəri oxuyanda mütləq zəka süzgəcindən aşağıdakılar keçirilməlidir.

Bir. Bunu yazan hansı saytdır (o sayt kimə bağlıdır, hansı qrupu, siyasəti dəstəkləyir, kimin sözünü deyir)? Bu çox vacibdir, çünki indi hakim dairələr dezinformasiya təxribatı törətmək üçün çoxlu saytlar yaradıblar və onlar rahatlıqla ictimai rəyi çaşdırırlar.

İki. Xəbərin ilkin mənbəyi kimdir. Yəni, sayt yazdığı xəbəri kimin dilindən eşidib, açıqlama alıb. Məsələn, Natiq haqda xəbər var, baxmaq lazımdı bu xəbəri verən Natiqin nəyidir, kimidir və s.

Üç. Sensasiyalı, sizin heyrətinizə səbəb olan bir xəbəri oxuyanda onun barəsində səs-küy yaratmazdan əvvəl dəqiqləşdirin. Xəbərdə adı keçən adamın mövqeyi ilə tanışsınızmı. Sayt qarşı tərəfin mövqeyini öyrənibmi. Öyrənməyibsə, zərəri yoxdu, həmin şəxsin facebook hesabına baxın, yaxud o şəxsə yaxın olan medianın, saytın xəbərlərinə göz atın.

Dörd. Sizi 3-4 dəfə qəsdən aldadan, sizə yalan xəbərlər təqdim edən saytlarla birdəfəlik əlvidalaşın ki, nə vaxtınız, nə də hissləriniz istismar olunsun.


Beş. Tutaq ki, bir sayt sizin etibarınızı qazanıb, lakin bu da hələ o anlama gəlmir ki, onun yazdıqları avtomatik həqiqət kimi qəbul etməlisiniz. Nəzərə alın ki, bazar iqtisadiyyatıdır. Saytlar, qəzetlər də əl dəyişir, kobud desək, `satılır`. Dünən dəmirə metal deyən sayt, bu gün dəmirə rahatlıqla qaz yazır.

Xülasə, antik dövrdən gələn bu fikiri başınızdan çıxarmayın. Şübhə biliyin əsasıdır. Oxuduğunuz xəbərdən həmişə şübhələnin. Araşdırın, sonra daxilən əmin olun.
Həndəsədə bizə teoremləri necə isbat edirdilər, yadınızda qalmayıb?
Əksini fərz edək, tutaq ki filan şey filan cür deyil, bəsməkən cürədi.